Rəfael Süleymanov
Rəfael Süleymanov | |
---|---|
Doğum tarixi | 25 yanvar 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 24 fevral 2014 (74 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Rəfael Süleymanov (25 yanvar 1940, Qaşqaçay, Qax rayonu – 24 fevral 2014, Bakı) — BDU Slavyan ölkələri tarixi kafedrasının professoru, BDU Tarix fakültəsi dekanının elmi işlər üzrə müavini, tarix elmləri doktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur.
1949-1955-ci illərdə Qax və Zaqatala şəhər uşaq evlərində tərbiyə almışdır. 1955-1957-ci illərdə Bakı şəhəri 14 saylı sənət məktəbində oxumuşdur.
1957-1961-ci illərdə Azərnefttikinti idarəsində çalışmışdır.
1961-ci ildə Bakı şəhəri 33 saylı orta məktəbi bitirdikdən sonra 1961-1964-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Təhsili, elmi adları və dərəcələri
[redaktə | mənbəni redaktə et]1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı «Tarixçi. Tarix və ictimaiyyət müəllimi» ixtisası ilə bitirmişdir. Yüksək təhsil göstəriciləri nəzərə alınaraq universitetdə saxlanılmışdır. 1973-1975-ci illərdə dissertanturada, 1986-1988-ci illərdə doktoranturada oxumuşdur.
1975-ci ilin mayında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Müdafiə Şurasında «XIX əsrin birinci yarısında Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1990-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Müdafiə Şurasında «Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması 1920-1985-ci illər» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1969-1972-ci illərdə ADU tarix fakültəsinin SSRİ tarixi kafedrasında laborant və baş laborant vəzifələrində çalışmışdır.
1972-ci ilin fevralında həmin kafedrada əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsinə keçirilmişdir. 1973-1977-ci illərdə tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1984-cü ildə SSRİ tarixi kafedrasında dosent vəzifəsini tutmuşdur.
1993-cü ildə Şərqi Avropa xalqları tarixi (hazırda Slavyan ölkələri tarixi kafedrası adlanır) kafedrasında professor vəzifəsini tutmuşdur.
2001-ci ilin yanvarından hal-hazıradək qədər eyni zamanda tarix fakültəsi dekanının elmi işlər üzrə müavinidir.
Çalışdığı kafedrada bakalavr pilləsində «Slavyan ölkələrinin müasir tarixi» və magistratura pilləsində «SSRİ və onun xarici siyasəti» mövzusunda mühazirə və məşğələ dərslərini aparır. 2 monoqrafiyanın (həmmüəllif), 2 dərsliyin (həmmüəllif), 2 metodik vəsaitin və 45-dən artıq elmi məqalənin müəllifidir.
SSRİ Ali və Orta İxtisas təhsili Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
Tədqiqat sahəsi
[redaktə | mənbəni redaktə et]Cənub və Qərb slavyan ölkələrinin müasir tarixi, Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələrinin tarixi, Azərbaycanda ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemləri.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
[redaktə | mənbəni redaktə et]Bakı, Aşqabad və Sankt-Peterburqda keçirilən konfranslarda iştirak etmişdir.
Seçilmiş əsərləri
[redaktə | mənbəni redaktə et]- Azərbaycanda gömrük məntəqələrinin yaradılması və fəaliyyəti tarixindən (XIX əsrin I yarısı) «Bakı Universiteti xəbərləri», humanitar elmlər seriyası, №2, 2002
- Tarix fakültəsinin qiyabi tələbələri üçün ixtisas fənlərindən metodik göstərişlər (III-IV kurslar), həmmüəllif, Bakı, 2003
- Slavyan ölkələri tarixi ümumi kursunun proqrammı, həmmüəllif, Bakı, 2004
- Cənubi Qafqazda ticarət kompaniyalarının və cəmiyyətlərinin təsis edilməsi və onların fəaliyyəti haqqında, «Bakı Universiteti xəbərləri», humanitar elmlər seriyası, №3, 2006
- Müasir dövrdə Slavyan ölkələrinin tarixi. Magistr kursunun proqramı, həmmüəllif, Bakı, 2008
- Heydər Əliyev və Bakı Dövlət Universiteti. sabiq prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları, Bakı, 2008
- Tarix fakültəsinin qiyabi tələbələri üçün ixtisas fənlərindən metodik tövsiyələr (III-IV kurslar), həmmüəllif, Bakı, 2008
Kitablar
[redaktə | mənbəni redaktə et]- Azərbaycanda ali məktəbin inkişafı, (rus dilində, həmmüəllif), Bakı, 1984
- Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması, (rus dilində, həmmüəllif), Bakı, 1990
- Orta məktəblərin 9-cu sinifləri üçün «Yeni tarix» dərsliyi, həmmüəllif, Bakı, 2003
- Orta məktəblərin 10-cu sinifləri üçün «Yeni tarix» dərsliyi, həmmüəllif, Bakı, 2003
- Orta məktəblərin 9-cu sinifləri üçün «Yeni tarix» dərsliyi (təkmilləşdirilmiş nəşri) həmmüəllif, Bakı, 2007
- Orta məktəblərin 10-cu sinifləri üçün «Yeni tarix» dərsliyi (təkmilləşdirilmiş nəşri), həmmüəllif, Bakı, 2007