Qaralama:Aytən Qurbanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aytən Qurbanova
Aytən Nəriman qızı Qurbanova
azərbaycan
Milliyyəti azərbaycanlı

Aytən Qurbanova (Aytən Nəriman qızı Qurbanova) — filologiya üzrə fəlsəfə doktoru, baş müəllim, alim, ictimai xadim, pedaqoq, publisist, yazar, Azərbaycan Jurnalistlər Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Dədə Ələsgər Ocağı” və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyininin üzvüdür.

Aytən Qurbanova 8 iyun 1986-cı il tarixində Cəbrayıl rayonunda anadan olub. 1992-ci ildə Minbaşılı kənd məktəbində birinci sinifdə təhsil almağa başlayıb. 1993-cü ildə məlum hadisələrlə əlaqədar olaraq əvvəlcə Beyləqan rayonunda, sonra isə Bakı şəhərində məskunlaşıb. 1994-cü ildən Bakı şəhəri Binəqədi rayonundakı 99 saylı orta məktəbdə təhsilini davam etdirib. 2003-cü ildə məktəbi əla qiymətlərlə bitirib Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 2008-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunda magistr pilləsi üzrə təhsil alıb. 2011-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorantura pilləsi üzrə təhsilini davam etdirmiş, 2017-ci ildə “Azərbaycan ədəbiyyatında hekayə janrının təkamülü və bədii tipologiyası (1920-1930-cu illər) ” mövzusunda dissertasiya işini fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün uğurla müdafiə edib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində 2021-ci ildən “Başqırd nəsrinin təşəkkülü və təkamülü” adlı doktorluq dissertasiyası üzərində işləyir. Xeyli sayda konfransların, elmi seminarların iştirakçısı,moderatoru, müxtəlif ədəbi-bədii, maarifləndirici, mədəni, tədbirlərin təşkilatçısı, aparıcısı olmuşdur. 17 illik pedaqoji təcrübəyə malik olması eyni zamanda gənclər və yeniyetmələr arasında, onların humanist, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsi istiqamətində müxtəlif miqyaslı, fərqli mövzularda və konseptlərdə hazırlanan tədbirlərin maraqla qarşılanmasına səbəb olmuşdur. Təkcə Türk dünyası, türkdilli xalqlar, onların ortaq milli adət-ənənələri, soy kökü, mənəvi dəyərləri, ədəbiyyatı, iqtisadiyyatı və s. mövzuda onlarla məqalənin müəllifidir. 2007-ci ildən 298 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə özünün təsis etdiyi “Buta Bilik Evi” adlı tədris mərkəzinin, hazırda isə “Buta academy” nin direktorudur. 2021-ci ildən DİM-də mətn testlərin hazırlanması üzrə ekspert kimi çalışır. ADPU Quba filialında baş müəllim kimi fəaliyyət göstərir.

Ailəlidir, bir övladı var.