Qao Çenyun
Qao Çenyun | |
---|---|
çin. 高承勇 | |
| |
Doğum tarixi | 10 noyabr 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 2019 (55 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | seriyalı qatil |
Fəaliyyət illəri | 1988–2002 |
Tanınır | Qətl, seksual hücum, oğurluq, meyit təhrifetmə |
Titul | Çinli Qarındeşən Cek |
Cinayət | Qətl və təcavüz |
Cinayət cəzası | Edam |
Mükafat məbləği | 200.000 yuan |
Qurbanlar | 11 |
Cinayətlər aralığı | 1988–2002 |
Ölkə | Çin |
Şəhərlər | Bayin (Qansu) və Baotou (DMMR) ÇXR |
Hədəf | Qadınlar |
Həbs olunub | 26 avqust 2016, Bayin, Qansu, Çin |
Qao Çenyun (çin. 高承勇; 10 noyabr 1964, Yuyçjun mahalı[d], Qansu – 3 yanvar 2019, Bayin[d], Qansu)[1] — Çin seriyalı qatili və təcavüzçüsü. O, qurbanlarının bədənlərini təhrif etdiyinə görə Çin KİV-lərində "Çinli Qarındeşən Cek" adlandırılmışdır.[2] Çenyunun 1988–2002-ci illərdə on bir qadını öldürdüyü ehtimal olunur.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Qətllər
[redaktə | mənbəni redaktə et]On dörd il ərzində Çenyun on bir qadını zorlamış, onları qətlə yetirmiş və bədənlərini təhrif etmişdir. Bu hadisələrin doqquzu Qansu əyalətinin Bayin şəhərində, ikisi isə DMMR-nın Baotou şəhərində gerçəkləşmişdir.[4] Qurbanların hamısı qırmızı geyimdə idilər. Qurbanların ən azyaşlısı sadəcə səkkiz yaşında idi. İlk qətlin Çenyunun həyat yoldaşının dəstəyi ilə Bayin şəhərindəki bir marketdə gerçəkləşdiyi ehtimal olunur.[5] O, adətən gündüz vaxtı fəaliyyət göstərər, qurbanlarını evlərinə qədər təqib etdikdən sonra onlara hücum edərdi.[6]
Çenyun qurbanlarını bəzən sağ ikən, bəzən isə bıçaqlayaraq öldürdükdən sonra zorlayırdı. O, öldürdüyü qadınların bəzilərinin cinsi orqanlarını,[7] ən azı birinin isə əl və döşlərini də kəsmişdir.[8]
Həbs edilmə
[redaktə | mənbəni redaktə et]Çin polisi on bir qətli ilk dəfə 2004-cü ildə bir araya gətirmiş və qatili tapana 200.000 yuan məbləğində mükafat verəcəyini bəyan etmişdir.[9] Çenyun yaxın bir qohumu kiçik bir cinayətə görə həbs edilməsinə qədər həbsdən qaça bilmişdir. Vaxtaşırı DNT testi zamanı şəxsin Çenyunla yaxın ailəvi münasibəti olduğu aşkar edilmişdir. Bunun əsasında Çenyun 26 avqust 2016-cı il tarixində Bayin şəhərində işlədiyi bir mağazada həbs edilmişdir.[3][10] Çin Xalq Respublikası İctimai Təhlükəsizlik Nazirliyinin verdiyi məlumata görə Çenyun on bir qətlin məsulu olduğunu öz boynuna götürmüşdür.[2] Çenyun 30 mart 2018-ci ildə ölüm hökmü ilə cəzalandırılmış,[11] 3 yanvar 2019-cu ildə isə edam edilmişdir.[1]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Qao Çenyun evli idi və iki övladı var idi.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "China's 'Jack the Ripper' Gao Chengyong executed for murders". BBC. 3 yanvar 2019. 15 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2019.
- ↑ 1 2 "DNA tests lead police to Gansu 'Ripper'". China Daily. 29 avqust 2016. 4 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ 1 2 Forsayt, Maykl. "Man Thought to Be China's Jack the Ripper Is Arrested". The New York Times (ingilis). 29 avqust 2016. ISSN 0362-4331. 30 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ "白银连环杀人案罪犯高承勇今日被执行死刑-新华网". www.xinhuanet.com. 2019-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2018.
- ↑ Konnor, Nil. "China's 'Jack the Ripper' sentenced to death for 11 grisly murders". The Telegraph (ingilis). 30 mart 2018. ISSN 0307-1235. 30 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ 1 2 "Revealed: the quiet, 'dutiful' son named one of China's most notorious serial killers". South China Morning Post (ingilis). 31 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ Yi, Ding. "Acquaintances of serial killer, Gao Chengyong, baffled with his behavior, children under fire". sino-us.com. 30 avqust 2016. 29 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ Killaleya, Debra. "Jack the Ripper of China: Wife of accused serial killer 'can't accept' murders". www.news.com.au. 31 avqust 2016. 5 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ France-Presse, Agence. "Police snare 'China's Jack the Ripper' after 28-year search for killer – reports". the Guardian (ingilis). 29 avqust 2016. 31 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2018.
- ↑ "The DNA breakthrough that led to Gansu Ripper's arrest, confession". NewsComAu. 30 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ Afp. "China's 'Jack the Ripper' sentenced to death". The Hindu (ingilis). 30 mart 2018. ISSN 0971-751X. 31 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.