Qəmgin Fəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qəmgin Fəzi
Kərimov Fəzi Qasım oğlu
Doğum adı Fəzi
Təxəllüsü Qəmgin
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi 2000
Vəfat yeri
Vəfat səbəbi qocalıq
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Gülü Kərimova
Uşaqları Azər, Dilqəm, Sənubər, Yasif, Vasif,
Atası Məşədi Qasım Hacı Kərim oğlu
Anası Ceyran
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d]
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Qəmgin Fəzi (1912, Daşkənd, Yeni Bəyazid qəzası2000, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı şair, II Dünya müharibəsi iştirakçısı.

Oğlanları Qiyas və Yasifin və Fəzi Kərimovun qəbirüstü abidəsi

Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur.[1]

Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır.

Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur.

1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub. Üç oğlunun vaxtsız vəfatı, oğlu Yasifin Qarabağda (22.08.1992) şəhid olması ilə əlaqədar "Qəmgin" təxəllüsü ilə şeirlər yazıb.

Fəzi Məşədi Qasım oğlu uzun müddət kolxoz sədri, sovet sədri, ferma müdiri və başqa rəhbər vəzifələrdə işləmişdir. El arasında böyük hörmət sahibi olan ağsaqqallardan olmuşdur. El şairi Qəmgin Fəzi 2000-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Məzarı Yeni Daşkənd kənd qəbiristanlığındadır.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə "Qızıl Şərq" mətbəəsində Qəmgin Fəzinin "Ağrı dağı" adlı şeirlər kitabı çap olunub.

Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında Qəmgin Fəzinin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.182–184).

El şairi Qəmgin Fəzinin həyatı və yaradıcılığı haqqında 2007-ci ildə "Nurlan" nəşriyyatında nəfis şəkildə çap olunan Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.17–19).

  1. Qəmgin Fəzi, "Ağrı dağı", Bakı, "Qızıl Şərq", 1996.
  2. Qəmgin Fəzi, "Nəsihət deyirəm, saxla yadında", Bakı, "Elm və təhsil", 2016.

"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar" yubiley medalı (1970), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi" yubiley medalı (25.04.1975), "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı (28.01.1978), "Əmək veteranı" medalı (31.01.1980), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi" yubiley medalı (12.04.1985), I dərəcəli "Vətən Müharibəsi" ordeni (01.08.1986), "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı (28.01.1988), "9 May" nişanı, "1941–1945-ci illər müharibəsi Veteranı" nişanı (2000) ilə təltif olunmuşdur.

  1. "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №3(6)" (az.). "Ozan dünyası" jurnalı. 2011. 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-14.
  2. Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh. 29–42.