Qürgen Yanıkyan
Qürgen Yanıkyan | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ərzurum, Osmanlı İmperiyası |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Kaliforniya, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | erməni |
Təhsili | |
Fəaliyyəti | mühəndis, yazıçı |
Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895[1][2], Ərzurum, Ərzurum vilayəti – 27 mart 1984[2] və ya 29 fevral 1984[3], Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ-yə köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.
Yanıkyan ABŞ-də bir neçə roman nəşr etdirir. 27 yanvar 1973-cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" hotelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar hotelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi:
"Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"
Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
-
Mehmet Baydar
-
Bahadur Demir
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Gourgen Yanikian // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Bibliothèque nationale de France Gourgen Yanikian // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Library of Congress Authorities (ing.). Library of Congress.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Imprisoned Armenian Dies
- Урок истории для Мелика-Шахназаряна [ölü keçid]
- Ermeni Terörü
- Türkiye'nin Terör İle Tanışması Arxivləşdirilib 2010-06-15 at the Wayback Machine