Pizza
Pizza (it. pizza)[1] — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir.
Pizzanın yaranma tarixi
[redaktə | vikimətni redaktə et]Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış. Yastı formada bişirilmiş çörəyi xatırladırmış. Həmin dövrdə bişirilmiş pizzanın içərisinə yağ, sarımsaq, soğan, gülxətimi və zeytun əlavə edilirmiş. Platon "Respublika" adlı əlyazmasında xalq adətlərindən danışmış və yağ, pendir, soğan, göyərti qatılmış yeməklərdən bəhs etmişdir.
Qədim Fars İmperiyasının tarixinə nəzər saldıqda çar olmuş Böyük Dara (eramızdan əvvəl 521 — 486 — cı illər) haqqında məlumatlara rast gəlinir. Bu yazılarda məlum olur ki, onlar xüsusi qayda ilə hazırlanmış çörəklərdən yeyirmişlər. Bu çörəklərin düzəldilməsində pendir və xurmadan istifadə edilmişdir. Buna bənzər çoxsaylı xörəklərə, xüsusən içərisində bir çox əlavələri olan yeməklərə elə qədim zamanlardan müxtəlif xalqların kulinariyasında rast gəlinmişdir. Romalılar da bu barədə olduqca mükəmməl ustalığa malikdir, çünki onların da pizza qabiliyyətləri çox yüksəkdir. Xüsusən bu xalq dəfnə ağacından və baldan çox gözəl pizzalar bişirir
Yayılmış roma əfsanələrindən birinə diqqət yetirdikdə görərik ki, Roma legionerləri qədim ölkələrdən birindən qayıdarkən özləri ilə birlikdə yemək gətirmişlər. Bu xörəyin də adı "pizea" adlanmışdır və özlüyündə çörəyə bənzəyirmiş, içərisində isə müxtəlif tərəvəzlər var imiş. Digər fikirlərə əsasən romalılar sadəcə olaraq yunanlara məxsus olan pizzanı dəyişdirmiş və özlərinki etmişlər. Bu zaman onlar pizzanın içərisinə pendir və bir neçə müxtəlif inqrident də əlavə ediblər. Bu pizza isə romalıların dilində "plakenta" kimi söylənilmişdir. Roma tarixçilərindən biri olan Mark Porsiy Katon, bu şəxs həm də Böyük Katon (bizim eradan əvvəl 234 — 148 — ci illər) adı ilə də tanınır. Həmin şəxs yumru formada olan xəmirdən bişirilmiş, içərisinə yağ, bal qatılmış və daş üzərində bişirilən yemək haqqında məlumat vermişdir.
Pizzanın öz yaradılışı qədim hərbi rəis Lukullunun dövrünə aid edilir, çünki həmin adam süfrə arxasında yeyib — içməyə üstünlük verirmiş. Hətta "Lukullu ziyafəti" sözü də indiyə kimi yayılmışdır. Lakin onu da qeyd edək ki, Romada pizza üçün istifadə edilən pomidorlar, İtaliyada geniş yayılmamışdı. Çünki ilk olaraq pomidor bura Amerikadan gətirilirdi. Məhz bu səbəbdən də ilk olaraq pizzanın yaradılmasının Lukulluya aid edilməsi çox müzakirəli mövzudur.
Bizim eranın birinci əsrində məşhur kulinariya ustası olan Mark Haviya Apisiyanın kitabı əlimizə keçmişdir. Bu kitab "De Re Coquinaria" adlandırılmışdır. Apisiya yeməkləri o qədər sevirmiş ki, bir az ac olan kimi öləcəyini düşünürmüş. Apisiyanın kitabında çoxsaylı xörəklər vardır ki, bunlardan biri də pizzanın reseptinə bənzəyir. Xəmirin tərkibinə yağ, quş ətinin müəyyən hissələrə ayrılmış forması, qoz, sarımsaq, nanə, istiot qatıldığı yazılmışdır. Reseptə diqqət yetirsək müasir pizzanın bütün inqridentlərinin bu yeməyə qatıldığını görə bilərik. Bu reseptlərdən biri latın sözləri ilə qurtarmışdır; "insuper nive, et inferes", bu sözlərin mənası "qarda soyutduqdan sonra süfrəyə verilməlidir" kimi tərcümə edilir.
Pizzaya bənzər qidalar Pompeydə aparılan qazıntılar nəticəsində əldə edilmişdir. Həmin yer Neopolisin yaxınlığında yerləşirmiş və tarix ərzində dəyişilərək müasir zamanda Neapol adlandırılmışdır.
İtalyan pizzası
[redaktə | vikimətni redaktə et]Əlbəttə danılmaz faktdır ki, italyanlar pizzanı, lavaşı, pitini çox gözəl bişirirlər. Xüsusi pizzanın hazırlanması zamanı onlar spesefik reseptlərdən istiafdə edirlər. Bu növdə hazırlanan pizzalar xristianların və qədim İtaliya xalqının əsas qida növlərindən biri sayılır. Lakin italyanlar özü pizza adlanan yeməyi "fokaçça" adlandırılar. Bütün bunlara baxmayaraq pizza onların tarixində və kulinariyasında mühüm yer tutur, bununla yanaşı incəsənət mətbəxi kimi görülür.
Pizzanın tarixi təxminən 200 il bundan əvvələ aid edilir. Bu müddət ərzində Avropada bir çox şəhərlər, həmçinin Neapol yaranmağa başlamışdır, onların daxilində kasıblar üçün xüsusi yeməklər hazırlanırmış. Bunlar dairəvi formada olan xəmirdən düzəldilir, üzəri tamatla örtülən, qurudulmuş mərzə (qırmızı və ağ çiçəkləri olan ətirli bitki) ilə bəzədilən və yağla bişirilmiş, bəzən isə arasına pendir qoyulan qidalar idi. Beləcə pizza meydana gəlmişdir. Xüsusi pizza satıcıları isə onları qutulara qoyaraq küçələrdə başlarının üzərində gəzdirər və satışı ilə məşğul olardılar. Bəzən alanların çoxu kasıblar olduğuna görə pulu verə bilmirdilər və həftə ərzində yavaş — yavaş borca götürüb ödəyirdilər. Məhz buna görə də bu pizzaları "səkkizgünlük" adlandırıdılar.
Əldə olunan məlumatlara görə klassik neapol pizzasının yalnız iki növü məlumdur; "Marinara" və "Marqarita". Birinci ad balıqçının şərəfinə qoyulmuşdur, çünki qədimdə onu günortalar yeyərdilər. İkinci adın isə özünəməxsus maraqlı faktı vardır.
Ən geniş yayılmış məşhurluğu və müzakirəni "Marqarita" pizzası özündə birləşdirir. İlk dəfə olaraq bu pizza 1889 — cu ildə Neapolda İtaliya kralı olan I Umbertonun xanımı kraliçanın şərəfinə hazırlanmışdır və onun adı da bu pizzaya verilmişdir.
Krallığın nümayəndələri yay üçün nəzərdə tutulmuş Neapol iqamətgahına getmişlər və yerli təamlardan dadmaq istəmişlər. Krallığın aşbazları Vezuviyə qədər getmiş, nəticədə onlar daha orijinal resept əldə edərək, yeni xörək hazırlamışlar. Lakin çox çalışsalar da bu yemək krallıq menyusuna daxil edilməmişdir. Ancaq sonralar xörəyin müxtəlif dadları eyni zamanda özündə birləşdirməsi saray əhlini də heyrətə salmışdır.
Saraya pizza ustası olan Rafael Espozito öz xanımı ilə dəvət edilmişdir. Onlar pizzanın bir növü sayılan və özündə pomidor, mossarella, reyhanı — italyan bayrağının rəngini birləşdirən yeməyi bişirmişlər. Məhz bu variant kraliçanın xoşuna gəlmişdir, nəticədə pizza ustası bu pizzanı onun şərəfinə "Marqarita" adlandırmışdır. Bu pizza özündə digər spesefik növləri də birləşdirə bilir.
Həmin gündən sonra ən yaxşı pizza növü "Marqarita" seçildi, onun özündən isə daha iki pizza olan "Dörd fəsil" və "Marinara" pizzaları yaradıldı. Xatırladaq ki, "Dörd fəsil" adlanan pizza 1660 — cı ildə artıq yaradılmışdı, "Marinara" isə 1800 — ci ildən bişirilməyə başlandı.
"Marqarita" pizzasını kraliçanın əmrinə əsasən yalnız Kapodimonte sarayının peçlərində hazırlamaq olardı. Əlbəttə ki, İtaliyada verilən digər əmrlər kimi onun da ömrü uzun olmadı. "Marqarita" bütün italyanların sevimli qidasına çevrildi. Yəni balıqçıdan markizə qədər hamı bu yeməyi sevdi. Hazırkı dövrdə də İtaliyada 2000-dən artıq pizza növü mövcuddur. İtaliyada keçirilən sorğulara görə, italyanların 39 faizi bu pizzanı İtaliya mətbəxinin rəmzi sayır. İtalyanlar ildə 7,6 kilo Margarita pizzası yeyir.
Məşhur pizza növləri
[redaktə | vikimətni redaktə et]- Pizza aglio e potpuri — isti zeytun yağı ilə , yüngül qızardılmış sarımsaq və keklikotu.
- Pizza aglio, olio e pomodoro — zeytun yağı , sarımsaq , keklikotu və pomidor .
- Pizza alla marinara — pomidor , sarımsaq, zeytun yağı və kəklik (əlavə ançouslar və qara zeytun ) ilə olur.
- Pizza con le cozze — midiye, sarımsaq, zeytun yağı və cəfəri ilə.
- Pizza alle vongole — ikitaylı molyusklar ilə , pomidor, sarımsaq , zeytun yağı, cəfəri və keklikotu .
- Pizza Margherita ( Margherita ) — pomidor , mozarella ( bəzən daha parmezan pendir səpilir ) , zeytun yağı və reyhan ilə .*pizza
- Napolitana / Napoli (« Neapolitan ") — pomidor , mozarella, parmezan , ançouslar , zeytun yağı, keklikotu və reyhan ilə (real pizza Napolitana yalnız odinla hazırlanmalıdı).
- Pizza Regina — pomidor , mozarella , göbələk, vetçina , keklikotu ( bəzən hətta qara zeytun ilə) .
- Pizza capricciosa ( Kaprichchoza ) — . Pomidor , mozarella , göbələk , enginar, yaşıl və qara zeytun.
- Pizza quattro formaggi (dörd pendir ) — dörd müxtəlif pendir növü istifadə olunur.
Dörd fəsil pizzası
[redaktə | vikimətni redaktə et]Pizza quattro stagioni (The Four Seasons )Dörd fəsil — ümumi tərkib hissəsi pomidor istifadə olunur . pizza dörd hissəyə bölünür: Bahar: zeytun və enginar ;
- Yay : salam və qara bibər ;
- Payız : pomidor və mozzarella ( Marguerite kimi );
- Qış : göbələk və qaynadılmış yumurta .
- Pizza ai Funghi e salsicce — mozzarella ilə , göbələk, sosiska, və ya pomidor .
- Pizza Diabola ( Diabolo ) — salam və ədviyyəli Kalabriya, bibər ilə pizza .
- Pizza al tonno — tuna baliq ilə.
- Pizza ai Frutti di mare — deniz məhsuları ilə.
- Pizza Hawaii ( Hawaiian ) — vetçina və ananas ilə , Amerika mənşəli bir pizza növü.
- Sicilian pizza ( Sicilian pizza) — kvadrat formasında ançouslarla hazırlanır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 510. ISBN 978-9952-523-37-9.
pizza
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Vikianbarda Pizza ilə əlaqəli mediafayllar var.