Pinxos Sabsay
Pinxos Sabsay | |
---|---|
Sabsay Pinxos (Pyotr) Vladimiroviç | |
Doğum tarixi | (19.6) |
Doğum yeri | Odessa, Xerson quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | heykəltaraşlıq |
Stil | sosialist realizmi |
Tanınmış işi | |
Üzvlüyü | |
Mükafatları |
|
Sabsay Pinxos (Pyotr) Vladimiroviç (19 iyun (1 iyul) 1893 və ya 19 iyun 1893[1], Odessa, Xerson quberniyası[2] – 25 aprel 1980, Bakı) — sovet heykəltəraşı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ xalq rəssamı (1973), 1-ci dərəcəli Stalin mükafatı laureatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Pinxos Sabsay Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb.
1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, "Əmək" monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə "İdmandan əməyə və müdafiəyə doğru" barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb. 1937-ci ildə Sabsay Bakı neftçilərinə həsr etdiyi 12 metrlik "Qazma zərbəçiləri" bareyefinin də açılışı baş tutub.
"Neftçi Kaveroçkin", "Rəssam S. Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı Süleyman Rəhimov", S. Vurğunun mənzil-muzeyi üçün monumental portreti və s. ibarət portretlər qalereyası var. "A. S. Puşkinin portreti" ("Elegiya") onun ən kamil əsərlərindəndir.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
- Stalin mükafatı (I dərəcə) — 1942 (Bakıdakı S. Kirov heykəlinə görə)
- "Lenin" ordeni — 9 iyun 1959
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 24 may 1960
- "SSRİ xalq rəssamı" fəxri adı — 5 oktyabr 1973
- "Xalqlar Dostluğu" ordeni — 31 iyul 1978
- "Qırmızı əmək bayrağı" ordeni
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ The Fine Art Archive. 2003.
- ↑ Сабсай Пинхос Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- 1 iyulda doğulanlar
- 1893-cü ildə doğulanlar
- 87 yaşında vəfat edənlər
- 25 iyulda vəfat edənlər
- 1980-ci ildə vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- İmperator Rəssamlıq Akademiyasının məzunları
- SSRİ Rəssamlar İttifaqının üzvləri
- SSRİ xalq rəssamları
- Azərbaycan SSR xalq rəssamları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Stalin" mükafatı laureatları
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə rəssamlar
- 19 iyunda doğulanlar
- Odessada doğulanlar
- 25 apreldə vəfat edənlər
- Bakıda vəfat edənlər