3°09′27″ şm. e. 101°42′42″ ş. u.HGYO

Petronas qüllələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Petronas qüllələri
Menara Berkembar Petronas
Xəritə
3°09′27″ şm. e. 101°42′42″ ş. u.HGYO
Ölkə
Tikilmə tarixi 1 mart 1993
Mərtəbə sayı 88
Mərtəbə sahəsi
  • 395.000 m²
Memarlıq quruluşu Postmodern memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dünyanın ən hündür göydələnlərinin müqayisəsi

Petronas qüllələri (malay. Menara Berkembar Petronas) — Malayziyanın Kuala-Lumpur şəhərində yerləşən və 1998–2004-cü illərdə dünyanın ən hündür tikilisi hesab olunan göydələnlər. İnşası 1992–1998-ci illəri əhatə etməklə, bu müddətdə 1,6 milyard dollar dəyərində 36 910 ton poladdan istifadə edilmişdir. Malayziyanın milli neft şirkəti Petronas tərəfindən inşa etdirildiyi üçün Petronas adı verilən qüllələrdə, şirkətə aid olan ofislərdən əlavə, bir çox ticarət mərkəzi, təbii elmlər muzeyi — Petrosayens (Petroscience), bir simfonik orkestr və bir incəsənət qalereyası yerləşir.

Qüllə memarlıq üslubuna görə, yalnız İslam deyil, Asiyanın böyük buddist məbədlərindəki xətləri də əks etdirir və bu səbəblə, Malayziyanın malay və çinli etnik xüsusiyyətlərinin meydana gətirdiyi vəhdəti ortaya çıxarır. 32 min pəncərəsi olan, ölkənin simvolu sayılan qüllələr, hər din və mədəniyyətdən insanın yaşadığı Malayziyanın qarışıq vəziyyətini də əks etdirir. Asiyanın bütün arxitektur xüsusiyyətləri ilə yanaşı etnik mədəniyyətini də əks etdirən Petronas qüllələrini hər gün minlərlə turist ziyarət edir.

Petronas qüllələri 452 metrlik yüksəkliyi ilə dünyanın ən hündür tikililəri arasında yer alır. İki qüllə, aralarındakı əlaqənin təmin edilməsi məqsədi ilə yerdən 170 metr yuxarıda, 41–42-ci mərtəbələrdə Səma Körpüsü adı verilən körpülərlə bir-birinə birləşir. Körpülərin uzunluğu 58 metrdir.

Argentinalı memar Sezar Pelli tərəfindən 1998-ci ildə hazırlanan, 88 mərtəbəli, 452 metr hündürlüyündəki qüllələrin hər biri üçün ayrı inşaat şirkəti təyin edilmişdir. Əsasən İslam memarlıq üslubunda hazırlanan və polad karkasa malik şüşədən ibarət qüllə, zəlzələ və ildırımlara qarşı olduqca dayanıqlı dizayna sahibdir.

Qüllələrin cəmi 32 min pəncərəsi var.[2]

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]
  • Yer: Kuala Lumpur (Malayziya)
  • Hündürlüyü: 452 metr
  • Mərtəbələrin sayı: 88
  • İnşasının başa çatma tarixi: 1998
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. "Arxivlənmiş surət". 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-28.