Osmanlı–Yunanıstan müharibəsi (1897)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Osmanlı-Yunanıstan müharibəsi | |||
---|---|---|---|
Tarix | 17 aprel 1897- 19 may 1897 | ||
Yeri | Epir, Dömekə Yunanıstan | ||
Nəticəsi | Osmanlı imperiyasının qəti qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1897-ci ildə Osmanlı-Yunan müharibəsi (digər adıyla "30 gün müharibəsi"), Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında olan müharibədir. Təxminən bir ay davam edən müharibə Osmanlı imperiyasının qələbəsi ilə nəticələnmişdir.[1]
Müharibədən əvvəl
[redaktə | vikimətni redaktə et]Osmanlı imperiyasına aid olan Tesseliya və İon dənizi sahilindəki Arta limanı 1878 Berlin müqaviləsinə görə 1881-ci ildə Yunanıstana verilmişdi. Bu genişlənmədən sonra Yunanıstanın yeni hədəfi Epir (Yanya vilayəti) və Krit adası idi. Bu bölgələrdəki əhalinin təxminən 2/3-ni təşkil edən Osmanlı rumları Yunanıstan tərəfindən Osmanlı imperiyasına davamlı qızışdırılırdı.
Yunanıstanın Osmanlı idarəsindəki rumları üsyana qaldırmaq cəhdlərinin davam etməsinə cavab olaraq Osmanlı imperiyası Yunanıstana müharibə elan etdi. Yunanlar xüsusilə sərt təbiəti olan yerlərdə Osmanlıya müqavimət göstərərək, Avropa dövlətləri ilə razılaşıb, ittifaq təşkil etməyi planlaşdırırdılar. Osmanlı qüvvələrini təşkil edən Müşir Ethəm Paşa komandanlığındakı təxminən 120.000 nəfərlik orduya qarşı, yunan kralı I Yorqinin vəliəhd şahzadəsi Konstantinin komandanlıq etdiyi 75 minlik yunan ordusu vuruşurdu.
Yunanıstan hərbi qüvvələrinin və mülkü partizan dəstələrinin sərhəd boyunca qırğınlar təşkil etməsi və Yunanıstan rəhbərliyinin bunun qarşısını almaq üçün bir iş görməmisə cavab olaraq, Osmanlı Avropa dövlətlərinə şikayət etmiş, lakin Avropa dövlətləri razılığa gələ bilmədikdən sonra Osmanlı özü müharibə elan etməyə məcbur olmşdular. Yunan və türk ordularıyla yanaşı yunan kralının Danimarka əsilli olmasına görə bir qrup Danimarkalı və İtaliyalı könüllülərdə bu müharibədə iştirak etmişdir.
Müharibənin başlanması
[redaktə | vikimətni redaktə et]18 aprel, 1897-ci ildəki Milano keçidindəki ilk döyüş Osmanlı ordusunun qələbəsi ilə nəticələndi.[2] Ancaq döyüşün yavaş templə davam etməsi səbəbi ilə böyük dövlətlərdən gələ biləcək bir müdaxiləni önləmək üçün Sultan II Əbdülhəmid Ədhəm paşaya müharibəni tezliklə bitirmək əmrini verdi. Beləliklə 25 aprel, 1897-ci ildə Yenişəhər, 28 aprel Tirhala ələ keçirildi. Yunan ordusu cənubdakı Dömekəyə doğru geri çəkilərkən, Ədhəm paşa komandanlığındakı Osmanlı ordusu şərqə doğru irəliləyərk 8 mayda çox böyük strateji əhəmiyyəti olan, liman-şəhər hesab edilən Volosovoya girdi. Dömekedə möhkəmlənən yunan ordusu, müdafiə döyüşü üslubunu seçdi. Yunanların güclərinə çox arxayın olmalarına baxmayaraq, 17 mayda baş verən şiddətli döyüşlərdə Osmanlı ordusu qalib gəldi. Dağılan və nizamsız şəkildə cənuba doğru qaçan yunan ordusunu təqib edən Osmanlı qoşunları, Avropanın diplomatik təzyiqləri başlayana qədər olduqca çox torpaq ələ keçirmək istəyirdi.[2]
Müharibənin sonu
[redaktə | vikimətni redaktə et]Osmanlı ordusunun paytaxt Afinaya girməsinə maneə qalmamışdı. Sədrəzəm Xəlil Rüfət Paşa Sultandan ordunun Afinaya girməsi üçün xahiş etmişdi. Bunun yunanlar üzərində psixoloji üstünlük yaradacağını düşünürdü, lakin rus çarı II Nikolayın şəxsən teleqraf çəkərək, Osmanlıdan dərhal müharibənin dayandırılmasını tələb etməsindən sonra, 19 mayda döyüşlər faktiki olaraq dayandırıldı. 20 may, 1897-ci ildə isə atəşkəş imzalandı.
Maraqlı faktlar
[redaktə | vikimətni redaktə et]- Qızı Şadiyə Sultanın xatirələrinə görə, müharibə zamanı sultanın əmri ilə hərəmxanaya top-top bezlər gətirilmiş, sarayın bütün qadınları yaralı əsgərlər üçün geyimlər tikməklə məşğul olmuşdu.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Ekinci, Mehmet Uğur. The Unwanted War: The Diplomatic Background of the Ottoman-Greek War of 1897. Saarbrücken: VDM, 2009. ISBN 978-3-639-15456-6.
- ↑ 1 2 Mehmet Uğur Ekinci, "The Origins of the 1897 Ottoman-Greek War: A Diplomatic History." Yüksek Lisans Tezi, Bilkent Üniversitesi Tarih Bölümü, Ankara, 2006, s. iv.
- ↑ Arpacı, Seyfullah, Sultan II Abdülhamid.