Norbert Viner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Norbert Viner
ing. Norbert Wiener
Doğum tarixi 26 noyabr 1894(1894-11-26)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 18 mart 1964(1964-03-18)[2][3][…] (69 yaşında)
Vəfat yeri
Elm sahələri riyaziyyat, Kibernetika, tətbiqi riyaziyyat[1], ehtimal nəzəriyyəsi[1], fəlsəfə[1]
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları ABŞ Milli Elmlər medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Norbert Viner (ing. Norbert Wiener; 26 noyabr 1894[2][3][…], Kolumbiya[d], Missuri, ABŞ[5]18 mart 1964[2][3][…], Stokholm) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır.

Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi. o, Bertran Rassel, Qodfri Hardi, Edmund Landau, David Hilbert və başqa tanınmış riyaziyyatçılar ilə tanış idi.

  • "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.612
  • "Uşaqlar üçün ensiklopediya. İnformatika.", Bakı, "Şərq-Qərb", 2008, səh.67