Muğan mahalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahal
Muğan mahalı
11361930

Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür çayıAraz çaylarının birləşməsi. CavadQalaqayın.

1714-cü il.
Ölkə
Daxildir

Ərdəbil əyaləti
Qaraqoyunlu dövləti
Ağqoyunlu dövləti
Təbriz bəylərbəyliyi
Azərbaycan bəylərbəyliyi

Cavad xanlığı
Şirvan xanlığı
Şirvan əyaləti
Gürcüstan quberniyası
Lənkəran qəzası
Kaspi vilayəti
Şamaxı quberniyası
Bakı quberniyası

İnzibati mərkəz Qalaqayın[1]
Petropavlovka
Naiblər Səfiqulu xan
Qiyas xan
Həsən xan
İbrahim xan
Səfi xan
Məhəmmədsalah хan
Mustafa bəy
Tarixi və coğrafiyası
Yaradılıb 1136
Ləğv edilib 1930
Sahəsi 2479[2][3] km²
Əhalisi
Əhalisi 55001831-ci il[4]
245191912-ci il[2][3] nəfər
Muğan mahalı qonşu xanlıqlar və mahallarla. 18-ci əsrin sonu
Muğan mahalı qonşu xanlıqlar və mahallarla. 18-ci əsrin sonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muğan mahalı[q 1] — tarixi-coğrafi və inzibati ərazilərdən biri, 13-15-ci əsrlərdə Muğan tüməni, 1900-1921-ci illərdə Cavad prefekturası,[5] 1921-1930-cu illərdə Petropavlovka dairəsi[6] kimi adlanıb.

Eyniadlı düzlükdə yerləşən tarixi ərazidən adını götürüb. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür.[7]

Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb.

Xilafət dövrü

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib.[8]

Türk-monqol tayfalarının köçü

[redaktə | mənbəni redaktə et]

Hələ monqol istilasından əvvəl türkmənlər (Azərbaycan türkləri) Arran və Muğanda “qarışqalar kimi qaynaşırdılar”. Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkman köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.[9]

Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadığı Muğan düzünə Elxani hökmdarı Qazan xan dövründə bir sıra türk və monqol tayfaları köçürülmüşdür. Bu tayfalardan qalanlara alman səyyahı Adam Oleari XVII əsrdə rast gəlmişdir.[10] Muğanın Salyan şəhəri monqol dilində "Dalan-Navur" adlandırılırdı.[11]

Bayandurlar tayfasına daxil olan Mosullu oymağının bir hissəsi MuğandaQarabağda məskunlaşmışdı.[12] Şahsevənlərin qolu olan Muğanlı tayfası XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur.[13][14] 1759-cu ildə Qubalı Fətəli xanın Salyanı işğal etməsindən sonra Muğan düzündəki şahsevənlərin bir qismi Quba xanlığında yerləşdirilmişdir.[15]

Ərəb coğrafiyaşünası və səyyahı Əl-Məsudi Muğaniyyə haqqında belə məlumat verir: "Bura Qəbələ ilə qonşu olan Muğan ölkəsidir. Bu ölkə Muğaniyyə adlandırılmışdır və Xəzər dənizi sahilindəki ölkə deyildir. Muğaniyyə Kür çayından şimalda GirdimançayGöyçay çaylarının aşağı axarı boyunca uzanır. O biri Muğan şəhəri olan Xəzər dənizinin sahilində yerləşən ölkədir.[16]

Xanlıq dövründə mahal indiki SabirabadSaatlı rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub.[4]

Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası [q 2] Petropavlovka dairəsi adlandırılmışdır.

Tarixin bir az dərin qatlarına nəzər salsaq, onda görərik ki, V-VII əsrlərdən X əsrə qədər Muğan düzündə sıx oturaq əhali yaşamış və bu düzənliklərdə çoxlu suvarma kanalları qazılmış, böyük əkin sahələri və zəngin bağlar salınmışdı.[17] Xanlıq dövründə isə Muğanda yerləşən yaşayış məskənləri bərbad vəziyyətdə idi. XVI-XVII əsrlərdə baş vermiş Osmanlı-Səfəvi müharibələri Muğan düzündə əkinçilik mədəniyyətinin dirçəlməsinə imkan vermirdi və Muğançöldən daha çox qışlaq yeri kimi istifadə olunurdu. Muğan düzünün böyük bir hissəsinə sahib olan Cavad xanlığı - Ərdəbil, Qaradağ, Gilan xanlıqları ərazisindən - Muğançöldə qışlamaq üçün axışan Şahsevən tayfaları qarşısında aciz idi. Tarixi məxəzlərdə Cavad xanlığını idarə etmiş iki xanın - Həsən xanın və Səfi xanın adı saxlanılmışdır. 1780-ci ildə Bakıda olmuş konsul Tumanovski Cavadlı Həsən xanın KürAraz çayları arasında olan əraziləri idarə etdiyini və Fətəli xandan asılı olduğunu təsdiq edir.[18] Həmin dövrdə Cavad xanı Muğanı da idarə edirdi. Bumaşevin 1786-cı ilə dair tarixi məlumatında Muğançöldə yaşayan əhali haqqında qeydlər vardır. O, yazırdı ki, burada Həsən xanın başçılığı altında 1500 ailədən ibarət köçərilik edən tərəkəmə elləri yaşayır.

Şahsevən tayfasına aid qızlar.
Şahsevən qızı.

Onların özünəməxsus dili var və məhəmmədi dininə inanırlar.[19] Həsən xan Fətəli xandan asılıdır. Mənbələr Cavad xanlığı əhalisinin dilini tatarca, qarışıq türk dili kimi göstərir. Beləliklə, XVIII əsrin 80-ci illərində Muğan xanlığında (Cavad xanlığı) azəri türkcəsində danışan 1500 ailənin hər birini orta hesabla 6 nəfər götürsək, onda bu erazidə 8000 nəfər əhali yaşadığı məlum olar. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir.[20] Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Cavadda əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığın Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Azərbaycan xanlıqlarında əhalinin siyahıya alınması keçirilmədiyindən polkovnik Bumaşevin Muğan əhalisinin ümumi sayı haqqındakı məlumatları elmi baxımdan şübhə doğurmaya bilməz. Belə ki, Bumaşev digər Azərbaycan xanlıqlarında (Dərbənd, Şəki) yaşayan xristian əhalinin sayımı xeyli şişirdir və onun tarixi qeydləri digər statistik qaynaqlarla təsdiqlənmir. Beləliklə, yuxarıdakı rəqəmlər öyrənilən dövrün tarixi reallığım tam əks etdirmir, çünki qışda maldarlığın inkişafı üçün təbii otlaqlarla zəngin olan Muğan düzənliyinin və Cavad bölgəsinin əhalisi gəlmə əhali hesabına xeyli çoxalırdı. XIX əsrə dair tarixi qaynaqlann birində Şirvan əyalətinin tarixi coğrafiyası ilə bağlı qeydlərdə Muğançölün əhalisi haqqında ötəri məlumat verilir. Bu əyalətin əhalisinin sayı ciddi dəyişikliyə məruz qalmışdır. Deyilənlərə görə, təkcə Muğan düzü 40000-ə qədər ailənin məskunlaşdığı yer olmuşdur.[21]

Şahsevənlər.

Doğrudan da Cavad bölgəsi, həmçinin Muğançöl Rusiya işğalına qədər Araz çayının (o taylı - bu taylı) həm şimalında, həm də cənubunda yerləşən Azərbaycan xanlıqlarının tərəkəmə əhalisinin təbii qışlaq yeri olmuşdur. Rusiya işğalından sonra isə bu ənənə pozulmuşdur. XVIII əsrdə Cavad xanlığında da əhalinin sayımı keçirilmədiyindən buraya gələn və gedən əhalinin miqdarındakı fərqi müəyyən etmək mümkün deyildir. Lakin, buna baxmayaraq, mənbələr Cavad xanlığında yerləşən kəndlərin əhalisinin tarixi-demoqrafik durumu haqqında müəyyən məlumat verməkdədir. Muğan bölgəsi əhalisinin tərkibinə mənfi təsir göstərmiş amillərə nəzər yetirək. Hələ Cavad xanlığı yaran mamışdan xeyli qabaq buranın əhalisi müəyyən demoqrafik dəyişikliyə məruz qalmışdı. Rusiya çarı və Səfəvi şahı II Təhmasib arasında 1723-cü il Osmanlı Portası ilə 1724-cü il müqavilə traktatlarına görə Cavad üç ölkənin sərhəd məntəqəsinə düşüb.[22] 1724-cü il 24 iyun Osmanlı Türkiyəsi ilə Rusiya arasındakı İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə parçalanmış Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayırıcı qoyulurdu. Üçüncü mərəz Kür ilə Arazın kəsişdiyi Suqovuşan adlı yerə düşürdü.[23] Əlbəttə, belə bir siyasi şəraitdə yerli əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması qeyri-mümkün idi. Göstərilən bölgədə sərhədçilər yerləşdirilirdi. Şəhərin dağıdılmasını digər qaynaqlar da təsdiq edir. Osmanlı Türkiyəsi, Səfəvi dövləti və Rusiya dövlətlərinin sərhədləri Cavadda kəsişirdi. Bölgüyə görə Cavad Rusiyanın payına düşürdü. Beləliklə, hələ Azərbaycan xanlıqlar yaranmamışdan xeyli qabaq Muğan və Cavad əhalisi ciddi demoqrafik dəyişikliyə məruz qalmışdılar.[24] Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.[25] İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi.[26] Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının marağına əks idi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi.

Fətəli xanın ölümündən sonrakı dövrdə (XVIII əsrin 90-cı illərində) keçmiş Muğan mahalının ərazisi əvvəlcə Qarabağ xanlığının, 1795-ci ildən sonra isə Şamaxı xanlığının tərkibinə qatılır.

Cavad (Dschawat) və Qalaqayın (Kalagail).1804-cü il.
border=none Əsas məqalə: Cavad xanlığı

1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.[27][28][29]

Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)

[redaktə | mənbəni redaktə et]
1-2 Məmməd Rza bəy Məlik bəy
3-4 Məhəmməd Əli bəy Abdulla bəy
5-6 Yolçu bəy Səfi Mirzə bəy
7-8 Əhməd bəy Molla Abdulla
9-10 Cəmşid bəy Məhəmməd Hüseyn bəy
11-12 Ağa bəy Əsədulla bəy
13-14 Məhəmməd Xəlif bəy Şahmurad bəy
15-16 Kəlbəlai bəy Abdulla Hüseyn bəy
17-18 MəlikMəmməd bəy Əli xan
19-20 Əhməd Əli bəy Əli bəy
21-22 Talib bəy Şərif bəy
23-24 Məmməd Əli bəy Hüseyn bəy
25-26 Cəfər bəy Məşədi Həsən Əli bəy
27-28 Əhməd bəy Mehmed bəy
29-30 Qaynaqdan oxunmur Cosuz bəy
31-32 Əli Məmməd bəy Potu bəy
33-34 Əli Mirzə bəy Axund Qasım bəy
35-36 Ağa Rəhim bəy Seyid Qasım bəy
37-38 Allahverdi bəy İbrahim bəy

Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.[30]

Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi

[redaktə | mənbəni redaktə et]
Sıra sayı Kəndlər Həyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)
1 Bəylik 31 79
2 mənbədən oxunulmur 13 39
3 Məmişli 23 61
4 Kürkəndi 13 47
5 Çəngən 13 29
6 Rəncbər-1 16 46
7 mənbədən oxunulmur 2 3
8 Rəncbər-2 13 29
9 Qırağlı 24 46
10 Minbaşılı 18 52
11 Potubəyli 28 67
12 Molla-Vaizli 24 90
13 mənbədən oxunulmur 31 79
14 Əli-Sultanlı 24 58
15 Saatlı 28 67
16 Quzman 24 65
17 Molday 27 66
18 Mustafabəyli 20 60
19 QALAQAYIN 96 233
Cəmi 19 468 1216

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.[31]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular.

Qalaqayın məscidində daş kitabə. (Qalaqayın)

"Qalaqayın məscidi"nin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.[32]

Buradan böyük ticarət və karvan yolları keçmişdir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali kustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.

Muğan bölgəsində yaşayan əhalinin məşğuliyyətini əks etdirən materiallar bölgə tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.

Şahsevənlərə aid ipək və metal örtüklü at üçün örtük. 1850-1900-cu illər.
Palaz

Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.

Milli geyimlər

[redaktə | mənbəni redaktə et]

Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər.

Persiya tatarı (azərbaycanlı/türk). Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il.

Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.[33]

  • Дренякин И.Т. Описание Ширвана. 1796 г.
  • Описание Ширванской провинции, составленное въ 1820 году, по распоряжению главноуправляющего въ Грузии А.П.Ермолова, генералмаером князем Мадатовымъ и действи- тельным статским советником Могилевским. Тифлис: типо- графия Главного Управления наместника Кавказского. 1867. 287.
  • Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı. 2012. 336. ISBN 978-9952-453-43-0.
  • Nailə Bayramova. Şamaxı xanlığı (PDF). Bakı: Təhsil. 2009.
  • "MOḠĀN". Encyclopædia Iranica. 2013-01-21 tarixində arxivləşdirilib.
  1. Bu tarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır.
  2. 1921-1929-cu illərdə Salyan qəzasının dairəsi,1929-1930-cu illərdə isə ləğv edilmiş Salyan qəzasını əvəzləyən Muğan mahalının dairəsi olmuşdur.
  1. Mirzə Rəhim Fəna. Qarabağnamələr. Bakı,Şərq-Qərb. 2006. 247. ISBN 9952-34-070-2,978-9952-34-070-9.
  2. 1 2 Кавказский календарь, 1917. səh. 2–22
  3. 1 2 Кавказский календарь, 1913. səh. 140–143
  4. 1 2 Nailə Bayramova. Şamaxı xanlığı, 2009. səh. 29
  5. Кавказский календарь на 1913 год. səh. 140–143
  6. "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. Rayon haqqında məlumat" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2019-03-06 tarixində orijinalından arxivləşdirilib.
  7. Richard Tapper. MOḠĀN Arxivləşdirilib 2023-01-11 at the Wayback Machine // Ираника. January 1, 2000
  8. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
  9. Planhol, Xavier de, Kleiss, Wolfram, Schippmann, Klaus, Bosworth, C. Edmund, Kuniholm, Bruce R., Tapper, Richard, Yarshater, Ehsan, Doerfer, Gerhard, Johanson, L., Javadi, Hasan et al., “AZERBAIJAN”, in: Encyclopaedia Iranica Online, © Trustees of Columbia University in the City of New York. Consulted online on 16 July 2023 <http://dx.doi.org/10.1163/2330-4804_EIRO_COM_6200 Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine>
  10. Mustafayev, 2018. səh. 154
  11. Togan, 1981. səh. 254
  12. Ənvər Çingizoğlu. Mosullu oymağı. "Soy" dərgisi, 7 (15), 2008. səh.47–56.
  13. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti", II cild, Bakı, "Şərq-Qərb", 2007, s. 119
  14. N. Bəndəliyev "Dağlıq Şirvanın toponimləri", Bakı, "Elm, s.143–145
  15. Бутков П. Г. Материалы для новой истории Кавказа съ 1722 по 1803 годъ. Ч. 1. — Санкт-Петербург, 1869. — С. 249.
  16. "Arxivlənmiş surət". 2013-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.
  17. Левиатов В.Н., 1948. səh. 41
  18. Г.Б. Абдуллаев, 1965. səh. 231
  19. ARDTA,iş.581
  20. Бутков П.Г., 1868. səh. 246
  21. Обозрение Российских владений за Кавказомь въ статистическомъ, этнографическом, топографическом и финансовом отношениях,cild 3, 1836. səh. 37
  22. Броневский С.М., 1823. səh. 433
  23. Prof.S.Əliyarlı, 1996. səh. 484
  24. Salman Ərzuman oğlu İbişov. "Quba xanlığının əhalisi" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007. 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  25. Г.Б. Абдуллаев, 1965. səh. 233
  26. Prof.S.Əliyarlı., 1996. səh. 527
  27. Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. "Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi" (PDF) (az.). Elm. 2012. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
  28. Salman Ərzuman oğlu İbişov. "Quba xanlığının əhalisi" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007. 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  29. Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. səh.44. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2018-12-10.
  30. А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 244-253
  31. ARDTA, fond 24, siy.1, iş.347, vər.5
  32. "Управление делами Президента Азербайджанской Республики. Административно-территориальное деление. С. 120" (PDF). 2012-03-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-06.
  33. "Mədəniyyət". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
  34. Sümer F. Safevi tarihi incelemeleri: I. ve II. Abbas devirleri. //Türk Dünyası Araştırmaları, sayı 69. Ankara, 1990, s. 10-32. (səh.29)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]