Mirzəağa Quluzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirzəağa Quluzadə
Mirzəağa Yüzbaşı oğlu Quluzadə
Doğum tarixi 25 oktyabr 1907(1907-10-25)
Doğum yeri
Vəfat tarixi 1979
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti filoloq, ədəbiyyatşünas

Mirzağa Quluzadə (25 oktyabr 1907, Salyan, Cavad qəzası1979) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.

Mirzağa Quluzadə 24 oktyabr 1907-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1923–1927-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Texnikumunda təhsil almışdır. 1927–1932-ci illərdə Salyan şəhər orta məktəbində müəllim işləmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1936-cı ildə ali təhsilini başa vuraraq Qazax pedaqoji məktəbində müəllim işləmişdir. 1939–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının aspirantı olmuşdur. 1948–1956-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləmişdir. 1948–1952-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, 1952–1958-ci və 1969–1979-cu illərdə isə direktor vəzifəsində çalışmışdır.

1948-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Ədəbi irsin araşdırılması və milli kadrların hazırlanmasındakı fəaliyyətinə görə "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif edilmişdir.

Mirzağa Quluzadə 1979-cu ilin dekabr ayında vəfat etmişdir.

Həyat yoldaşı Yaqut Dilbazi Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin bacısıdır.

Azərbaycanın görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadənin atasıdır.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Mirzağa Quluzadə "Nizami Gəncəvi", "Füzulinin lirikası" və "Böyük ideallar şairi", monoqrafiyalarının müəllifidir. "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildinin müəllifi və redaktorlarından biridir. Onun elmi fəaliyyətinin əsasını qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi təşkil edir. Alimin rəhbərliyi ilə onlarla elmlər namizədi hazırlanmışdır. AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov onun vəfatı ilə bağlı "Ədəbiyyat və incəsənət" qəzetində (14 deabr 1979) yazmışdır.

  • Nizami Gəncəvi: həyat və yaradıcılığı, Bakı: AzSSR EA nəşriyyatı, 1953, 106 s.
  • Низами Гянджеви: жизнь и творчество. Баку: Изд. Академии наук Азербайджанской ССР, 1953, 83 c.
  • Füzulinin lirikası. Bakı: AzSSR EA nəşriyyatı, 1965, 474 s.
  • Böyük ideallar şairi. Bakı: Gənclik, 1973, 138 s.
  • Vəfa Quluzadə. Ömürdən səhifələr: bitirilməmiş memuarlar, Bakı: ADA Universiteti nəşriyyatı, 2016, 87 s.
  • Məmməd Əiyev. Xatirələrdə yaşayan insan, "Ədəbiyyat qəzeti", 20 yanvar 2018
  • Məmməd Əiyev. Professor Mirzağa Quluzadə, "Ədəbiyyat qəzeti", 24 fevral 2018

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]