Mehman Səlimov
Mehman Səlimov | |
---|---|
Mehman Əmirxan oğlu Səlimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Gəncə şəhər Mərkəzi Klinik Xəstəxanası |
Vəfat səbəbi | Ürək çatışmamazlığı |
Dəfn tarixi | 20 dekabr 2023 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Səlimova Nərminə Əbdülhəmid qızı |
Uşağı | kapitan Fərhad Səlimov[1] |
Təhsili |
Donetsk Ali Hərbi Siyasi Mühəndis-İstehkam və Rabitə Qoşunları Məktəbi (1974-1978) Moskva şəhəri Hərbi Siyasi Akademiyası (1974-1978) |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1974-1999 |
Rütbəsi | polkovnik |
Komandanlıq edib | Seyfəli Ümumqoşun Birləşməsinin Komandanı (1992) |
Vəzifəsi | Müdafiə nazirinin müavini (1995-1999) |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Mehman Səlimov (12 avqust 1955, Qızılkilsə, Dmanisi rayonu – 19 dekabr 2023, Gəncə) — Azərbaycanlı hərbçi, polkovnik. Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999).
Həyatı
[redaktə | vikimətni redaktə et]Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonunun Qızıl-Kilsə kəndində anadan olmuşdur.
1962–73-cü illərdə Dmanisi 1 saylı rus məktəbində tam orta, 1974–78-ci illərdə isə Donetsk Ali Siyasi Hərbi Məktəbində ali təhsil alıb.
1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1984-cü ildə V. İ. Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir.
1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989–1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990–1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır.
1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlamış və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi andının müəllifidir.
1992-ci ildə Bakıya qayıtmış, Azərbaycan Silahlı Qüvvələrinə könüllü daxil olmuşdur. 1992-ci ilin 26 yanvarından sentyabr ayına qədər müdafiə nazirinin köməkçisi — Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. 15 sentyabr 1992-ci ildən 1993-cü ilin mart ayına qədər döyüş zonasına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin olunmuş, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.
1995-ci ildə 22 martdan 26 aprelə qədər MN-in Şəxsi Heyətlə İş İdarəsinin rəis müavini olmuşdur. Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə nazirinin müavini, Hərbi-siyasi İdarəsinin rəisi təyin edilmişdir[2]. 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan Ordusundan tərxis olunmuşdur.
19 dekabr 2023-cü ildə səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından vəfat edib.[3][4]
Mükafatları
[redaktə | vikimətni redaktə et]1994-cü il 5 oktyabrda Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin fərmanı ilə Gəncə şəhərində dövlət çevrilişi cəhdinin qarşısının alınmasında rəhbərlik etdiyinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.[5]
1995-ci il mart hadisələrinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtından əvvəl polkovnik hərbi rütbəsi ilə təltif olunmuşdur.
İctimai fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Müdafiə nazirinin müavini vəzifəsində xidmət edərkən (1995–1999) Müdafiə Nazirliyinin Mətbuat xidmətinə və "Azərbaycan Ordusu" qəzetinə rəhbərlik etmişdir.
1999-cu il sentyabr ayından ehtiyatda olan zabitlərin konfederasiyasına üzv olmuş, 2000-ci ilin dekabr ayından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin sədri seçilmiş və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qəbul edilmişdir.
2000-ci ilin yanvar ayından "Az-Media" analitik informasiya agentliyinin direktoru vəzifəsində çalışmışdır.
Həbsi
[redaktə | vikimətni redaktə et]2014-cü ilin noyabrın 24-də saxlanılıb[6][7][8]. Bunun ardınca "Yeni Müsavat" qəzeti M. Səlimovun həbsinin səbəbinin onun 2013-cü ilin iyun ayında yaradılan Milli Şura rəhbərliyi ilə təmasları olduğunu iddia edib.[9]
22 aprel 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.[10][11][12] 24 iyun 2016-cı ildə birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.[13][14] Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrlik ediyi kollegiyanın icraatına verilib.[15][16]
16 mart 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən azad edilib.[17][18][19]
Müsahibələri
[redaktə | vikimətni redaktə et]- "Milli Ordu haqda ilk Qanun və Hərbi And mənim dəstəyimlə hazırlandı və…"
- "Serjant Fəhmin bir ilə polkovnik, podpolkovnik Nəcməddin Sadıkov isə general oldu…"
- "O, Nəcməddin Sadıkova, orduya dəxli olmayan Abbas Abbasova ev verdi…"
- ""Tərtər işi"ni Aprel savaşındakı xəyanətlərini ört-basdır etmək üçün ortalığa atdılar…"
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Müdafiə nazirinin sabiq müavini koronavirusa yoluxub". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "M. Ə. Səlimov haqqında". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Tanınmış polkovnik, müdafiə nazirinin sabiq müavini Haqq dünyasına qovuşdu..." moderator.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-11.
- ↑ "Müdafiə nazirinin sabiq müavini vəfat edib". Sputnik Azərbaycan (az.). 20231219T2219+0400. 2024-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-11.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında". e-qanun.az. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Səfər Əbiyevin yaxın adamı həbs olundu". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Mehman Səlimov müəmması". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Mehman Səlimov müəmması". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ Aqşin Kərimov. ""Mehman Səlimovun Milli Şura ilə bağlılığını iddia etmək cəfəngiyyatdır"". modern.az (az.). 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Müdafiə nazirinin keçmiş müavini 8 il həbsə məhkum edilib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilidi". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Mehman Səlimova hökm oxunub". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Mehman Səlimov apellyasiya şikayəti verib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Səfər Əbiyevin müavini şikayətçidir". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Sabiq müdafiə nazirinin müavini Ali Məhkəməyə üz tutdu". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Səfər Əbiyevin sabiq müavini Ali Məhkəməyə müraciət etdi". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Müdafiə nazirinin sabiq müavini əfv edilib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Müdafiə nazirinin sabiq müavini əfv edilib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Mehman Səlimovdan, Bakı, Azərbaycan". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Müşfiq Borçalı. "Borçalı ensiklopediyası", 3-cü cild. Borçalı Ulduzları. Bakı. 2001, səh. 153;
- Müşfiq Borçalı. "Sazlı-sözlü Başkeçid". 2-ci cild, B., 2015, səh. 133–135