Mao Tszedun

Vikipediya, azad ensiklopediya
(Mao Tsedun səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Mao Tszedun
çin. 毛澤東
çin. 毛泽东
Çin Kommunist Partiyasının sədri[d]
19 iyun 1945 – 9 sentyabr 1976
Şəxsi məlumatlar
Doğum adı 毛澤東
Doğum tarixi 26 dekabr 1893(1893-12-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 sentyabr 1976(1976-09-09)[3][4][…] (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Mao Tszedun türbəsi[d]
Partiya
Təhsili
  • Dunqşan Ali Məktəbi[d] (19101911),
  • Syansyan Birinci Ali Məktəbi[d] (19111911),
  • Çanşi Birinci Ali Məktəbi[d] (19121912),
  • Xunan Birinci Universiteti[d] (19131918)
Fəaliyyəti siyasətçi, şair, yazıçı, filosof, müəllim, kitabxanaçı, siyasi nəzəriyyəçi[d], inqilabçı, xəttat
Uşaqları 10 (Mao Anin daxil olmaqla)
Dini ateizm
Hərbi xidmət
Qoşun növü Çin Xalq Azadlıq Ordusu
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi tədris[d], siyasət

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kommunizm
Konsepsiyalar
Marksizm-Leninizm fəlsəfəsi

Sosializm
Beynəlmiləlçilik
Kollektivçilik
Sinfi mübarizə

İdeologiya
Utopik sosializm

Marksizm
Leninizm
Marksizm-Leninizm
Trotskizm
Titoizm
Çuçxe ideyaları
Maoizm
Ənvər Xoca ideyaları
Çe Qevaraçılıq
Ho Şi Min ideologiyası
Roza Lüksemburq ideyaları
Praçanda Yolu
Anarxo-kommunizm
Avrokommunizm

Şəxsiyyətlər
Tomas Mor

Henri Sen-Simon
Şarl Furye
Robert Ouen
Karl Marks
Fridrix Engels
Roza Lüksemburq
Vladimir Lenin
Lev Trotski
İosif Stalin
Mao Tsedun

Simvollar
Kommunizm hərəkatının rəmzləri
Baş mövzu
Anarxizm

Antikapitalizm
Antikommunizm
Müharibə kommunizmi
Demokratik mərkəziyyət
Proletariat diktaturası
İbtidai kommunizm
Sosializm
Stalinizm

Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[1][2][…], Şaoşan[d], Tzin sülaləsi9 sentyabr 1976[3][4][…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri.

Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub.

Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib. Mao, kitabxanada rəfləri yığışdırma, kitabların tozunu alma, otaqları təmizləmə kimi işlər görməyə başlayıb. Həm də, daha əvvəldən Yeni Gənclik jurnalındakı məqalələrini bəyənərək oxuduğu kitabxana müdiri Li Dazhao ilə tanış olub. Li Dazhao, kommunist fikirlərə sahib biri idi və buna görə universitet kitabxanası da "qanlı salon" deyə adlandırılırdı. Çinin kommunist nəzəriyyəçiləri tez-tez burada yığışırdılar. Mao Karl Marks, Fridrix Engels, Vladimir Lenin kimi şəxslərin adlarını ilk dəfə burada eşidib.

Ancaq Maonun kommunizmi mənimsəməsini təmin edən ən vacib insan, Pekində deyil Şanghaydakı kommunistlərin lideri olan Chen Duxiu idi. Gənc Mao Pekində qaldıqdan bir neçə ay sonra Şanghaya getdi və Chen Duxiu ilə tanış oldu. Bu insanın ən vacib xüsusiyyəti isə, güclü Darvinistçi olması idi. Hətta məhz Darvin haqqında dissertasiya da hazırlamışdı. Darvinizmin Çindəki ən vacib nümayəndəsi hesab edilən bu insan Maonun bütün həyatında ən böyük məsləhət verən müəllimi oldu. Mao, illər sonra, "heç kim məni Chen Duxiu qədər təsirləndirməmişdir" deyəcəkdi.

Konkonq Universiteti tarixçisi Clare Hollingworth, Mao adlı kitabında, Maonun Chen Duxiunun Darvinist fikirlərindən çox təsirləndiyini, 1970-ci ildə belə hələ də gənclik illərindəki Darvin araşdırmalarını həsrətlə xatırladığını izah edir.

Mao, Chen Duxiudan elmi səviyyədə Darvinist təhsil alarkən, bir tərəfdən də siyasi səviyyədə dövrün Çin lideri Sun Yat Səndən təsirlənirdi. İşin maraqlı tərəfi, müasir Çinin və Kuomintangın (Milliyyətçi Çin Partiyasının) qurucusu hesab edilən Sun Yat Sənin də Darvinist olması idi. Amerikalı tədqiqatçı Jacob Heilbrunn "The New Republic"dəki məqaləsində belə yazır:

Maoya açıq-aydın şəkildə təsir edən insan, böyük Çin inqilabçısı və milliyyətçisi Sun Yat-Sen idi. Sun, Çinin Qərbdəki güclərini ələ keçirə bilmək üçün milliyyətçiliyi mənimsəməsi lazım olduğuna inanırdı və siyasi Darvinizm doktrinasını müdafiə edirdi. Suna görə "təbiət gücləri hər nə qədər yavaş işləsələr də, böyük irqləri də yox edə bilərdilər"… 1920-ci ilin əvvəllərində Mao, Kuomintangın lideri Sunu dəstəklədi. Sun, öz milliyyətçi partiyası (Kuomintang) ilə kommunistlər arasında ittifaqa girdi və hətta Mao bir müddət Kuomintangın təbliğat bölməsini idarə etdi.

Darvinin və Marksın fikirlərinə qapılan Mao, 1920-ci ildən etibarən güclü kommunist olaraq ortaya çıxdı. Özü kimi düşünən 11 yoldaşıyla, 1921-ci ildə Şanghayda Çin Kommunist Partiyasını qurdu. Bu tarixdən sonra, müxtəlif ittifaqlar, qarşıdurmalar, partizan döyüşləri və təbliğat üsullarından istifadə edərək kommunist partiyanı gücləndirdi. Maonun liderliyi altındakı kommunistlər, bir müddət Milliyyətçi Partiya ilə əməkdaşlıq etdilər. 1920-ci ilin ikinci yarısında isə iki tərəf bir-birinə düşmən oldu. Maonun xadimləri, Çinin cənubundakı Jiangxi əyalətinə yerləşdilər və burada "qurtarılmış bölgə" adını verdikləri və mərkəzi nüfuzun rəhbərliyinə tabe olmayan nizam qurdular. İki tərəf arasındakı qarşıdurmalar illərlə davam etdi. II. Dünya Müharibəsindən sonra kommunistlərin "qurtarılmış bölgələri" getdikcə böyüdü və demək olar ki, bütün Çini əhatə etməyə başladı. 1949-cu ildə isə Maonun kommunistləri paytaxt Pekini ələ keçirdilər və "Çin Xalq Respublikası"nı elan etdilər.

1917-ci ildəki Bolşevik İnqilabından sonra, dünya ikinci dəfə kommunist inqilaba şahid olurdu. Bu ikinci inqilabın nəticələri də birincisi kimi qanlı oldu.

  1. 1 2 Short P. Mao: A Life (ing.). Great Britain: Hodder & Stoughton, 1999. P. 19. 782 p. ISBN 978-0-340-60624-7
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Immanuel C.Y. Hsü The Rise of Modern China (ing.). 6 USA: OUP, 2000. P. 767. 1136 p. ISBN 978-0-19-512504-7
  4. 1 2 Short P. Mao: A Life (ing.). Great Britain: Hodder & Stoughton, 1999. P. 625–626. 782 p. ISBN 978-0-340-60624-7

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]