Müsəddəs
Naviqasiyaya keç
Axtarışa keç
Müsəddəs — hər bəndi 6 misradan ibarət klassik şeir forması. XIX əsr urdu və türk ədəbiyyatında məşhurluq qazanmışdır. Qafiyələnməsi aaaa bb şəklindədir. "Müsəddəs" sözü ərəb dilindən tərcümədə "altılıq" mənasını verir.
Cığalı müsəddəs
[redaktə | vikimətni redaktə et]Müsəddəs (altılıq) şeirlərin bəndlərində beşinci misra ilə altıncı misra arasına hər misrada yeddi hecadan ibarət olan doqquz misralıq cığa artırılması yolu ilə düzələn aşıq şeiri şəkli. Cığalı müsəddəsdə cığa hissənin ilk beş misrasının bir-biri ilə, son dörd misrasının yenə də bir-biri ilə qafiyə olması şərtdir. Müxəmməs və müsəddəslər mənşə etibarilə divan ədəbiyyatına bağlı olsa da, onların heca ölçüsündəki yardımçı poetik əlavələrlə cığalandırılması aşıq yaradıcılığına məxsus hadisədir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 131.
- "Urdu Texts and Contexts: The Selected Essays of C.M. Naim" by C.M. Naim. 2004, 273 p.
- "Hali's Musaddas: The Flow and Ebb of Islam" Translated, and with a critical introduction by Christopher Shackle and Javed Majeed, New Delhi: Oxford University Press, 1997
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.