London pivə seli
London pivə seli | |
---|---|
Tarix | 17 oktyabr 1814[1] |
Yeri | Sent-Eqidi, London, Böyük Britaniya |
Koordinatlar | 51°31′00″ şm. e. 00°07′49″ q. u.HGYO |
Səbəbi | pivə sisterninin partlaması |
Nəticəsi | Dağıntılar |
Qurbanlar | |
Ölənlərin sayı | 8[1] |
Zədəlilər | naməlum |
London pivə seli (ing. London Beer Flood) — 17 oktyabr 1814-cü ildə[2] İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda[1][3] yerləşən "Meux and Company"[1] pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır.[4][5]
Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Pivə zavodu Sent-Eqidinin kasıblar yaşayan məhəlləsinin mənzillərinin arasında yerləşirdi. Burada ailələrin hamısı zirzəmi evlərdə yaşayırdılar. Faciə nəticəsində azı səkkiz kişi boğulmuş və ya aldığı yaralardan ölmüşdür.
Pivə zavodu əvvəlcə məhkəməyə verilsə də, sonda hadisənin məsuliyyəti heç kimin üzərinə qoyulmamışdır.[6] Bütün çətinliklərə baxmayaraq, pivə zavodu fəaliyyətinə davam etmişdir.[7]
Pivə zavodu 1922-ci ildə bağlanmış və hazırda onun yerində Dominion teatrı yerləşir. 2012-ci ildə "Holborn Whippet" adlı yerli meyxana bu hadisəni qeyd etməyə başlamışdır.
Pivədə boğulanların siyahısı
[redaktə | mənbəni redaktə et]Ad[8] | Yaş |
---|---|
Enn Sevill | 60 |
Elanor Kuper | 14 |
Anna Bamfild | 4 |
Katerina Batler | 65 |
Elizabet Smit | 27 |
Meri Malvi | 30 |
Tomas Mörri | 3 |
Sara Beyts | 3 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Greenberg, Michael I. Disaster!: A Compendium of Terrorist, Natural, and Man-made Catastrophes. Jones & Bartlett Publishers. 156. ISBN 0-7637-3989-8. 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-05.
- ↑ The Oxford Companion to Beer. səh. 48.
- ↑ Rennison, Nicholas. The Book of Lists: London. Canongate Books Ltd. 2 November 2006. ISBN 978-1-84195-676-3. 9 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2016.
- ↑ London Beer Flood at Expages.com (archived version)
- ↑ "The London Beer Flood of 1814". 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-05.
- ↑ Rennison, Nick. Book of Lists London. Canongate Books. 2010. səh. 149. ISBN 978-1-84767-666-5. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
- ↑ Industries: Brewing Arxivləşdirilib 2014-10-19 at the Wayback Machine (British History Online) accessed 6 iyun 2016
- ↑ [1] Arxivləşdirilib 2020-12-11 at the Wayback Machine The Times (London), 19 October 1814
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Beer Flood Claims Nine Souls" Alan Bellous, Damninteresting.com (28 sentyabr 2005)
- "A Brew to a Kill" Barbara Mikkelson tərəfindən, Snopes.com
- "1814 pivə seli", BBC