Lider

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxs. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır.

Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır:

  • ruhlandıran lider;
  • universal lider;
  • situasiyaya görə lider;
  • işgüzar lider.

Liderin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır:

Fərdi (şəxsi) keyfiyyətlər

[redaktə | mənbəni redaktə et]
  • Özünə inam
  • Aktiv həyat
  • Təşəbbüskarlıq
  • Motivasiya
  • Məsuliyyət

İdarəetmə və təşkilatı keyfiyyətlər

[redaktə | mənbəni redaktə et]
  • Rəhbərlik etmək bacarığı
  • Təşkilati bacarıqlar
  • Fürsət və təhlükələri görmə perspektivi
  • Çeviklik, manevr qabiliyyəti
  • Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq
Psixoloji və sosial keyfiyyətlər
[redaktə | mənbəni redaktə et]
  • Ədalət
  • Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq

Liderlərin fərqi

[redaktə | mənbəni redaktə et]
  • formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir;
  • qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir.

Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur:

  • avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır;
  • demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir;
  • anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur.

Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Вununla belə onun rəyi daima bilinir və təsir imkanına malikdir.

Rəsmi və qeyri-rəsmi lider eyni şəxs olduqda qrupun fəaliyyəti daha effektli olur. Qupun fəaliyyətinə cavabdeh olan yuxarı instansiya pilləsi bu amili nəzərə almağa çalışır. Burada nəticə liderin rəhbərlik tipindən də çox asılı olur.

Lider və müdirin əsas fərqləri

[redaktə | mənbəni redaktə et]

(#empty_citation)Bu iki anlayış bir-birinə yaxın olsalar da, eyni zamanda bir-birlərindən kəskin fərqlənirlər. Bu fərqlər aşağıdakılardır:

  • Liderlər vizyon təyin edir, müdirlər isə tapşırıq verirlər;
  • Liderlər dəyişikliyin, müdirlər isə status-kvonun təmsilçiləridir;
  • Liderlər unikal, müdirlər isə bir-birlərinin surəti olurlar;
  • Liderlər risk edir, müdirlər isə riski minimallaşdırırlar;
  • Liderlər uzunmüddətli, müdirlər isə qısamüddətli düşünürlər;
  • Liderlər uzunmüddətli, müdirlər isə qısamüddətli düşünürlər;
  • Liderlər münasibət, müdirlər isə sistem qururlar;
  • Liderlər kouçluq edir, müdirlər isə kontrol edirlər;
  • Liderlərin azarkeşləri, müdirlərin isə işçiləri olur.