Li Venlian
Li Venlian | |
---|---|
çin. Li Wenliang | |
Doğum tarixi | |
Doğum yeri | Beytçjen, Çin Xalq Respublikası |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Uhan, Çin Xalq Respublikası |
Vəfat səbəbi | SARS-CoV-2 |
Uşağı | 2[1] |
İxtisası | Həkim |
Təhsili |
|
Fəaliyyəti | həkim |
Fəaliyyət illəri | 2011–7 fevral 2020 |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Li Venlian (çin. 李文亮; 12 oktyabr 1985[3], Beytçjen[d], Lyaonin[d] – 7 fevral 2020[4], Uhan[4]) — çinli həkim, bəzi məlumatlara görə COVID-19 koronavirus pandemiyası haqda ilk məlumat verən adam.
Həyatı
[redaktə | mənbəni redaktə et]1986-cı il oktyabrın 12-də Beytçjen qəzasında anadan olmuşdur. 2011-ci ildə Uhan Universitetinin tibb fakültəsini oftalmoloq ixtisası üzrə bitirib. Üç il ərzində Xiamendə işləmiş, sonra yenidən Uhana dönərək mərkəzi xəstəxanada oftalmoloq kimi çalışmağa başlamışdır.[5]
Li evli olmuş, bir övlada malik idi. O, vəfat edəndə həyat yoldaşı ikinci uşağını gözləyirdi.[6]
Li Venlian və koronavirus
[redaktə | mənbəni redaktə et]Belə hesab olunur ki, 2019-cu il dekabrın 30-da "WeChat" çatında Uhan Universitetinin tibb fakültəsinin məzunları arasında baş tutan söhbətdə Li Venlian, SARS virusuna bənzər yeni bir virus haqqında ilk xəbəri vermişdir. Bu hadisədən sonra o, polisə çağrılaraq şayiələrin yayılmasının yolverilməzliyi barədə ciddi xəbərdarlıq alır.[7]
Ölümü
[redaktə | mənbəni redaktə et]İşə qayıdan həkim yoluxmuş xəstələr də daxil olmaqla pasientləri qəbul etməyə davam etdi. Yanvarın 10-da Li Venlianda virus infeksiyasına tutulmasının simptomları özünü göstərməyə başladı. Yanvarın 12-də xəstəxanaya yerləşdirildi, lakin yeni virusu aşkarlamaq üçün diaqnostik testlərin olmaması səbəbindən onun diaqnozu yalnız fevralın 1-də təsdiqləndi. Fevralın 5-də onun vəziyyəti kəskin şəkildə pisləşdi və ertəsi gün ölüm xəbərləri gəlməyə başladı. Onun ölüm vaxtının səhər saat 7-də olduğu bildirildi.[8] Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru Mayk Rayan Li Venlianın vəfatı ilə əlaqədar başsağlığı verərək demişdir: "Biz hamımız onun gördüyü işlərə hörmətlə yanaşmalıyıq".[9] Fevralın 6-da Çin mediasında Li Venlianin vəziyyəti barədə ziddiyyətli məlumatlar yayılırdı: xəbər verilirdi ki, fevralın 6-da saat 9.30-da onun ürək tutması baş vermiş və bundan sonra Li Venlian bir müddət reanimasiya şöbəsində qalmağa davam etmiş, həkimlər onu yenidən həyata qaytarmağa çalışmışdılar.[10] Son məlumatlara görə, həkim fevralın 7-də gecə saat 3-də vəfat etmiş, bu vaxta qədər bir çox ictimai xadim və sosial şəbəkə istifadəçiləri başsağlığı vermişdi.[11].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 李文亮去世四个月后 孩子在武汉出生 (çin.). 财新传媒, 2020.
- ↑ 1 2 纪念李文亮:我盼望好了就上一线,不想当逃兵 (çin.). // 澎湃新闻 (untranslated), 2020.
- ↑ https://www.gov.cn/xinwen/2020-03/19/content_5493305.htm.
- ↑ 1 2 武汉中心医院:李文亮经抢救无效去世 (çin.). 2020.
- ↑ 【武漢肺炎】敢言醫生李文亮傳死訊 院方稱仍搶救中 Arxivləşdirilib 2020-02-06 at the Wayback Machine // нп5|HK01|||HK01, 7.02.2020.
- ↑ Cite web|url=https://www.nytimes.com/2020/02/06/world/asia/Li-Wenliang-coronavirus.html%7Ctitle=Chinese[ölü keçid] Doctor, Silenced After Warning of Outbreak, Dies From Coronavirus|accessdate=20-02-08
- ↑ Китайский врач еще 30 декабря предупредил о коронавирусе — но тогда ему никто не поверил. В итоге он сам заразился и умер Arxivləşdirilib 2020-02-04 at the Wayback Machine // «Медуза», 3.02.2020.
- ↑ 新冠肺炎最早示警者之一李文亮医生去世 Arxivləşdirilib 2020-05-14 at the Wayback Machine // нп5|The Economic Observer|||The Economic Observer, 7.02.2020.
- ↑ "Твиттер Майка Райана". 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ↑ 去年就發防護預警!「吹哨人」醫生李文亮確診武漢肺炎…驚傳過世 Arxivləşdirilib 2020-02-06 at the Wayback Machine // нп5|ETtoday|ETtoday|zh|ETtoday新聞雲, 7.02.2020.
- ↑ Coronavirus: Whistle-blower Dr Li Wenliang confirmed dead of the disease at 34, after hours of chaotic messaging from hospital Arxivləşdirilib 2020-02-07 at the Wayback Machine // South China Morning Post, 7.02.2020.