Ləzgival

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ləzgilər öz lideri Qazi Muhamməd Ştulvi ilə 1930-cu ildə Stalinin hakimiyyəti altında məcburi kollektivləşdirməateist siyasətə qarşı üsyan edirlər.

Ləzgival (ləzg. Лезгивал/Lezgival) — ləzgilərin yazılmamış şərəf kodeksi, ləzgi xasiyyətinin və dünyagörüşün əsası. Təməlində İslam dininin və ləzgi adətlərinin məcmusu dayanır. Ləzginin cəmiyyətdə nümünəvi şəxs olmasını hədəfləyir, bu qanuna əsasən böyüklərə və qadınlara hörmət, özündən güclüyə boyun əyməmək, zəiflərə mərhəmət göstərmək, bərabərlik, qeyrət və mərdlik daxildir. Ləzgi dünyada harada olur-olsun davranışları bu qanuna əsaslanır.[1]

İnanc (ləzg. ЧIалахъвал) Ləzginin həyatının əsas məqsədi və mənası öz xalqına və İslam dininə xidmət etməkdir. Ləzgi başqa dinlərin və millətlərin nümayəndələrinə tolerantlıq göstərir və heç vaxt öz dünya görüşlərini və ya həyat tərzini başqalarına məcbur etmir. Həqiqi din və ədalət onun uçun ən vacib hədəfidir. Amma öz dindarlığını lazımsız yerdə vurğulamır, çünki əsil dini göstəriş dinə dəyişməz.[2]

Qeyrət və özunə hörmət (ləzg. Жуввал) Ləzgi ücün ən dəyərli şey şərəf və ləyaqətidir. Bu dünyanın digər şeyləri qaytarıla bilər, lakin itirilmiş şərəf və ləyaqəti ancaq şərəfli ölümlə geri qaytarmaq olar. Buna görə Ləzgi heç vaxt başqalarının şərəfinə tamah salmaz. Əsasən qadına və yaşlılara hörmətlə yanaşır. Heç bir halda o, özünün və ya başqalarının qadını təhqir etməsinə və ya alçaltmasına icazə verməz. Ləzgi üçün qadının şərəf və ləyaqəti müqəddəsdir.[2]

Əxlaq və mədəniyyət (ləzg. Къилихъвал) Ləzgi həmişə qocalar və böyüklər içəri daxil olanda, gələndə, tanımadığı halda belə ayağa qalxır. Başqa insanlarla ünsiyyətdə ləzgi həyatda tutduğu statusundan və yaşından asılı olmayaraq ona son dərəcə nəzakətli, təmkinli və təvazökar olmalıdır. Eyni zamanda sevincdə də, kədərdə də ləyaqətli davranmalı, vəziyyət nə olursa olsun, sakitliyini qorumalıdır. Ləzginin həyatı gənc nəsil üçün yüksək mənəviyyat, müdriklik və mərdlik nümunəsi olmalıdır.[2]

Mərhəmət və Zadəganlıq (ləzg. Хъсанвал) Ləzgi zəifə və gücsüzə mərhəmətli olmalıdır, sadəcə insanlara deyil heyvanlarada. Mümkünsə, ləzgi özündən zəif biri ilə döyüşməkdən çəkinməlidir, çünki belə hal ona şöhrət gətirməyəcək. Ancaq özündən daha güclü birinə heç vaxt yaltaqlıq eləməz. Onunla mübarizə etməktən çəkinməməlidir və düşməni ağır yaralandığı zaman ona kömək eləməlidir.[2]

Cəsarət (ləzg. ВикIегьвал) Ləzgi mütəmadi məşq edərək öz bədənini və zehnini təkmilləşdirməlidir. Lazımı halda millətinin və dininin qeyrətini layiqincə müdafiə edəcək güc və biliyə malik olmalıdır. Çünki əsil həqiqi iman, bərabərlik və ədalət anlayışına nail olmaq üçün kifayət qədər güclü və savadlı olmaq lazımdır.[2]

Qonaqpərvərlik (ləzg. Атунвал) Ləzginin evinə daxil olan bütün qonaqlara sosial statusundan aslı olmayaraq böyük hörmətlə yanaşır, qonaq gələn düşmən belə olsa.[2]

Mübarizə və Ədalət (ləzg. Хьакъвал) Ləzgilərdə qədimdən qan davası adəti var. Ləzgi özünə edilən pisliyi heç vaxt unutmur və qisasını alır.[2]

  1. Халилрин Шамил. "Лезгивал". АЛАМ (rus). 20 Nisan 2020. 13 Haziran 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Haziran 2021.
  2. 1 2 3 4 5 6 7 Müzäffär Nizam oğlu Mälikmämmädov ·, Müzäffär Nizam oğlu Mälikmämmädov ·. Эрекьистан цӀийи лезгияр. 2015.