Komrat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Komrat
qaq. Komrat
rum. Comrat
Bayraq Gerb
Bayraq Gerb
46°18′01″ şm. e. 28°39′26″ ş. u.
Ölkə  Moldova
Muxtar vilayət Qaqauziya
Rayon Komrat rayonu
Başçı Viktor Volkov
Tarixi və coğrafiyası
Əsası qoyulub 1789
İlk məlumat 1770[1]
Sahəsi 16.4 km²
Mərkəzin hündürlüyü 64 m
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi 26.000 nəfər (2015)
Sıxlığı 1585.4 nəf./km²
Milli tərkibi Qaqauzlar (72,85%)
Moldovanlar (8,86%)
Rəsmi dili Qaqauz dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +373 298
Poçt indeksi MD-3800
Nəqliyyat kodu GE
Digər
comrat.md  (rus.)
Xəritəni göstər/gizlə
Komrat xəritədə
Komrat
Komrat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur.[2]

Komrat adı yerli tatar (qaqauz) dilindən "kömür at" (kömür rəngli at, qara at) ifadəsindən gəlməsi ehtimal olunur[3] və şəhər gerbində həmin at təsvir olunub. Köhnə əlifba ilə کومرات kimi yazıldığına görə bunu bir neçə cür oxumaq olur: Kömürat > Kömrat > Komrat. Bunun haqqında bir xalq sözü var: “...yaşamak erinin saabisi tatarmış, Orumbet Oglu adıymış. Onun bir beygiri Komur at varmış. At yarışmakların çoyunda o ensärmiş. Bu beygirin adını tatar küüyünä koymuşlar...” — "yaşayış yerinin sahibi tatar imiş, adı Or Məhəmməd Oğlu imiş. Onun "Kömür At" adında bir atı var imiş. At yarışlarının çoxunu o udurmuş. Bu atın adını Tatar kəndinə qoymuşlar."

  • 1989: 25,800[4]
  • 1991: 27,500
  • 1996: 27,400
  • 2004: 23,429
  • 2006: 22,369
  • 2014: 26,000

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var.

Tanınmış Komratlılar

[redaktə | mənbəni redaktə et]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
Ölkələr Şəhərlər
Türkiyə Türkiyə Pendik, Hendek, Sapanca, Küçükkuyu, Isparta
Rusiya Rusiya Moskva, Qroznı, Bavlı
Ukrayna Ukrayna Bolqrad
Macarıstan Macarıstan Erjebetvaroş (Budapeştin 7-ci rayonu)
Kipr Kipr Lefkoşa, Tatlısu

Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.

Komrat üçün iqlim məlumatı[5]
Ay Yan Fev Mar Apr May İyn İyl Avq Snt Okt Noy Dek İllik
Ortalama yüksək °C 0.7 2.2 7.6 15.8 21.8 25.2 27.1 26.9 22.7 16 8.6 3.4 14.83
Ortalama gündəlik °C -2.5 -1 3.6 10.7 16.4 19.8 21.5 21.1 16.9 10.9 5 0.4 10.23
Ortalama alçaq °C -5.7 -4.1 -0.3 5.6 11.1 14.5 16 15.3 11.2 5.9 1.5 -2.5 5.71
Atmosfer yağıntıları (mm-lə) 31 35 30 39 51 71 60 44 44 26 34 35 500
  1. Eremia A., Răileanu V. Localitățile Republicii Moldova. Ghid informativ documentar istorico-geografic, administrativ-teritorial, normativ-ortografic (рум.). Chișinău: Litera AVN, 2009. 256 s. ISBN 978-9975-74-064-7
  2. Açıq Söz — Viktor Volkov icra başçısı seçilib Arxivləşdirilib 2016-01-03 at the Wayback Machine
  3. https://ibn.idsi.md/sites/default/files/imag_file/81_90_Toponimia%20Bugeacului_aspecte%20si%20conexiuni%20interdisciplinare%20%28III%29.pdf Anatol EREMIA Toponimia Bugeacului: aspecte și conexiuni interdisciplinare (III) Comrat, oraș în Găgăuzia (din num. trib. tăt. komrat / komürat);
  4. World Gazetteer. "Comrat Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine". 22 sentyabr 2006.
  5. "Mənbə". 2017-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.