Kibbutz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kfar Masaryk kibbutzu

Kibbutz (ivr.קִבּוּץ / קיבוץ‏‎; hərfi tərcüməsi: "toplanma, qruplaşma"; cəm forması - kibbutzim ivr.קִבּוּצִים / קיבוצים‏‎) — İsraildə kollektiv icma növü.

2010-cu ildə İsraildə 270 Kibbutz var idi. Onların fabrikaları İsrailin sənaye hasilatının 9%-i və ya 8 milliard ABŞ dolları, fermaları isə kənd təsərrüfatı hasilatının 40%-i və ya 1,7 milliard ABŞ dolları təşkil edirdi.[1] Bir kibbutzun üzvlərin sayı 40-dan 1000-ə qədər ola bilər. Onların çoxunda ortalama 300-400 arası yetkin üzvləri və tam əhalisi 500-600 arası olur.[2]

İkinci aliyanın işçiləri Miqdal tarlalarında günorta yeyirlər (1912)

İlk Kibutzlar Fələstinə köçən Bilu hərəkatının üzvləri tərəfindən yaradılıb. Onların ən birincisi 1909-cu ildə təsis olunan Deqniya Alef idi. Kibbutz hərəkatının yaradıcıların bəziləri qədim Sparta ideallardan ilhamlanırdılar.[3][4] Birinci kibbutz üçün pul Yəhudi milli fondu tərəfindən ayırılıb. O, Təbəriyyə gölünün cənubunda yerləşir. Bundan sonra da yardılan bir sıra kibbutz həmin gölün ətrafında və İzreel vadisində təsis olunub.[5]

20-ci, 30-cu və 40-cı illərdə, kibbutzlar böyüyürdü. 1922-ci ildə Fələstin kibbutzlarında 700 adam yaşayırdı. 1927-ci ildə, bu rəqəm artıq 2000-ə çatıb. İkinci Dünya müharibəsi başlayanda, Britaniya Mandatının altında olan Fələstindəki mövcud olan 79 kibbutzda 24105 və ya, ordaki yəhudilərin 5%-i yaşayırdı.[6]

80-ci illərin ortasında kibbutz böhranı başlayıb.[7] Bunnan üzləşən bir sıra kibbutz islahatlar aparmağa başlayıb. O cümlədə, kibbutz üzvlərinə göstərilən xidmətlərinin özəlləşdirməsi, maaşların fərqləndirməsi, evlərin və mülkiyyətin özəl sahibliyi. Halbuki, kommunal yaşayış üslubu saxlanılıb.[8]

Kibbutz hərəkatı sosializm ilə sionizmi birləşdirən utopist icmalar kimi başlayıb.[9] Birinci aliyah (Fələstinə göçən yəhudilər axınları) nümayəndələrin çoxluğu dini idi. İnkinci aliyah isə daha sekulyar yəhudiləri gətirib.[10] Birinci aliyahdan fərqli olaraq, ikinci və üçüncü aliyahda daha çox sosializm tərəfindən təsirlənən yəhudilər olub. Onlar özünlə sosialist sionizmin və ya leyborist sionizmin fikirlərini gətiriblər. Leyborist sionistlər gələcək İsrailin kibbutzlar, moşavlar və şəhər yəhudilərin proliteriatın təsisçiləri idilər.[11]

Merom Qolan kibbutzunun Bental dağından görünüşü

2012-ci ildə Kibbutzların 15%-i kənd təsərrüfatı ilə məşğul idi.[12]

Sənaye ilə məşğul olan Kibbutzların bir nümunəsi Sasa kibbutzudur. 2010 ildə onun 200 üzvü var idi və o, bir il ərzində hərbi plastik istehsalı ilə 850 ABŞ dollarlıq gəlirinə nail olub.[13] Ketura kibbutzu isə İsraildə günəş texnologiyasında aparıcıdır və həmçinin, ekoturizmnən məşğuldur.[14]

  1. Kibbutz reinvents itself after 100 years of history Arxivləşdirilib 2018-09-17 at the Wayback Machine, Taipei Times, November 16, 2010
  2. "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-24.
  3. The Making of Israeli Militarism, By Uri Ben-Eliezer, Indiana University Press, 1998, p. 63
  4. Land and Power: The Zionist Resort to Force, 1881–1948, By Anita Shapira, Stanford University Press 1999, 300
  5. "What is a Kibbutz?". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-30.
  6. ""The Kibbutz in Historical Perspective", Mark A. Raider". 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.
  7. "The revival of the kibbutz: A uniquely Israeli institution by Sarah Levi". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  8. Hess Ashkenazi, Maayan; Katz, Yossi. "From Cooperative to Renewed Kibbutz: The Case of Kibbutz 'Galil', Israel". Middle Eastern Studies. Routledge. 45 (4): 571. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2019.
  9. Sheldon Goldenberg and Gerda R. Wekerle. "From utopia to total institution in a single generation: the kibbutz and Bruderhof". International Review of Modern Sociology. 2 (2). September 1972: 224–232. JSTOR 41420450.
  10. Segev, Tom. One Palestine, Complete: Jews and Arabs under the British Mandate. Metropolitan Books, 2000, p. 255.
  11. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-30.
  12. "The Communal Scene in Israel". Archived from the original on October 10, 2007. İstifadə tarixi: 2012-12-13.
  13. Bulletproof Innovation: Kibbutz-Owned Plasan Sasa's Ikea-Style, Flat-Pack Armor Kits Arxivləşdirilib 2017-07-12 at the Wayback Machine By Nadav Shemer, Fast Company
  14. "Archived copy". 2016-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.