Kenin-Lopsan Monquş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kenin-Lopsan Monquş
Doğum tarixi 10 aprel 1925(1925-04-10)[1]
Doğum yeri
Vəfat tarixi 10 fevral 2022(2022-02-10)[2] (96 yaşında)
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d]
Fəaliyyəti antropoloq, arxeoloq, tarixçi, yazıçı, şair, tərcüməçi
Mükafatları "Xalqlar dostluğu" ordeni II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı
Merited Cultural Worker of the RSFSR
Tıva Respublikasının Ordeni

Kenin-Lopsan Monquş (tıva Моңгуш Бора-Хөө оглу Кенин-Лопсаң 10 aprel 1925[1], Xonderqey[d]10 fevral 2022[2]) — şair, nəsr yazıçısı, tərcüməçi, etnoqraf, tarix elmləri doktoru, Tıva Respublikasının Xalq Yazıçısı (1991), Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1980), RSFSR-ın əməkdar mədəniyyət işçisi (1985), Tıva Respublikasının əməkdar elm xadimi (2004), Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Ənənəvi Mədəniyyət Tədqiqatçısı və Təbliğatçısı, "Dungur" Şamanlar Respublika Cəmiyyətinin prezidenti, uluslararası "Şamanizmin Yaşayan Xəzinəsi" titulunun sahibi.

Kenin-Lopsan Monquş 10 aprel 1925-ci ildə Tuva Xalq Respublikasının Cun-Xemçik rayonunun Çaş-Tal kəndində anadan olmuşdur. Ailənin altıncı uşaqdır. 2 nömrəli Qızıl Milli Məktəbinin ilk məzunlarından biridir. Leninqrad Dövlət Universitetinin Şərq şöbəsini bitirib (1952). SSRİ Elmlər Akademiyasının Leninqrad Etnoqrafiya İnstitutunda "Tıva şamanizmi poetikası və süjetləri" (1982) mövzusunda namizədlik dissertasiyasını, "Tuva şamanizminin şaman folklor materiallarına əsaslanan etnoqrafik tədqiqi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Sankt-Peterburqda,Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində "Şaman folkloru materialları əsasında Tıva şamanlığının öyrənilməsinin etnoqrafik problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir[3].

Qızıl Pedaqoji Məktəbində Tuva dili və ədəbiyyatı müəllimi, Tıva Kitab Nəşriyyat Evində redaktor, 1964-cü ildən "Aldan Maadır" adına Respublika Diyarşünaslıq muzeyində aparıcı tədqiqatçı işləmişdir.

Onun Novosibirskdə SSRİ Elmlər Akademiyasının Sibir bölməsinin Tarix, filologiya və filosofiya İnstitutunda yayınlanmış “Tıva şamanlığının ayin praktikası və folkloru. XIX yüzilliyin sonu – XX yüzilliyin başlanğıcı” monoqrafiyası böyük populyarlıq qazanmışdır.

Kenin-Lopsan uşaq yaşlarından yazmağa başlayır. İlk dəfə yazısı yerli qəzetdə cəmi on üç yaşında olarkən yayınlanmışdır. 1947-ci ildə "Tuvanın sevinci"[4] adlı poeması yerli qəzetlərdən birində çap olunur. İlk şeiri olan "Hitlerə nifrət" 1943-cü ildə "Döyüşə çağırış" şeirlər toplusunda nəşr olunur. İlk kitabı, "Böyük yol" şeirlər toplusu 1956-cı ildə, ilk "Böyük çayın gur yeri" romanı 1965-ci ildə yayınlanır.

Onun yaradıcılığı Tıva hüdudlarından kənarda da geniş məlumdur. Dövrü mətbuatda müntəzəm olaraq onun məqalələri və resenziyaları yayınlanır. O çoxsaylı ədəbi-tənqidi əsərlərin müəllifidir. Tıvada kamlığın – şamaçılığın gəlişməsinə böyük töhfə vermişdir. Onun başçılığı altında Elmi şamançılığın öyrənilməsi Mərkəzi (1993) yaradılmışdır. O, kamlıqla, şamançılıqla bağlı müntəzəm olaraq keçirilən uluslararası konfransların təşkilatçısıdır. M. B. Kenin–Lopsan əlliyə yaxın kitab: şeirlər topluları, balladalar, hekayələr, romanlar yazmışdır. Rus dilindən tıva dilinə tanınmış rus və başqa xarici yazıçıların: C. Bayronun, H. Heynenin, A. Puşkinin, M. Lermontovun, N. Nekrasovun, T. Şevçenkonun, N. Hikmətin, L. Ukrainkanın, V. Mayakovskinin, A. Tvardovskinin, S. Şipaçovun, A. Prokopyevin, N. Tixonovun, D. Furmanovun və b. əsərlərini çevirmişdir. O, tıva ədəbiyyatının klassiki, gerçək əfsanəvi insandır. M. B. Kenin-Lopsan 1995-ci ildən başlayaraq uluslararası elmi səhnəyə çıxır. O, dəvət olunduğu bir çox xarici ölkədə – Avstriyada və İsveçrədə (1996), ABŞ-da (1998), Almaniyada (2000), İtaliyada (2001) mühazirə və məruzələrlə çıxış etmişdir. “Asiyanın ortasının kamları. Tıva xalqının mifoloji irsi” adlı ekspozisiya ilə uluslararası sərgi və vernisajlarda iştirak etmişdir.

1968-ci ildən SSRİ Yazıçılar birliyinin üzvüdür. 2000-ci ilin martında keçirilən konkursda  M. B. Kenin-Lopsan «XX yüzilliyin şəxsiyyəti» kimi qəbul edilir və «XX yüzillikdə Tıva Elinin ən yaxşı adamları» kitabının qəhrəmanı olur.

Tıva Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Fəxri Sertifikatı

"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

"SSRİ xalq təsərrüfatının inkişafındakı nailiyyətlərə görə" bürünc medalı[5]

Qızılın fəxri vətəndaşı

Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1980)

RSFSR-ın əməkdar mədəniyyət işçisi (1985)

Tıva Respublikasının xalq yazıçısı (1991)

Xalqlar dostluğu ordeni (1993)[6]

Şamanlığın canlı xəzinəsi (1994)

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1995)

Sarıq-ool adına ədəbi mükafatın laureatı (2003)

Tuva Respublikası ordeni (2000)

II dərəcəli "Vətənə xidmətə görə" ordeninin medalı, (2004)

Tuva Respublikasının əməkdar elm xadimi (2004)

"M. A. Şoloxov 100 illiyi" medalı (2005)

I dərəcəli "Buyan-Badırqı" ordeni (2014)

  1. 1 2 Кенин-Лопсан Монгуш Борахович // https://www.biografija.ru/biography/kenin-lopsan-mongush-borakhovich.htm.
  2. 1 2 https://rtyva.ru/press_center/news/other/46931/.
  3. Комбу С. С. Кенин-Лопсан Монгуш Борахович / С. С. Комбу // Тувинская литература : словарь / С. С. Комбу; под ред.: Д. А. Монгуша, М. Л. Трифоновой. — Новосибирск: 2012. — С.84.
  4. "Kenin-Lopsan Monquş". 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  5. Тува литературная. Вып.2 : биобиблиогр. справочник / НБ им. А. С. Пушкина Респ. Тыва; авт.-сост.: М. А. Хадаханэ, Л. М. Чадамба, Е. М. Ак-кыс, Г. М. Комбу — Кызыл, 2008. — 73 с.
  6. "Указ Президента Российской Федерации от 7 июля 1993 года № 1026 «О награждении орденом Дружбы народов Кенин-Лопсана М. Б.»". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]