Kamaz
Kamaz | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Sənaye | avtomobil sənayesi |
Məhsulu | Yük maşını |
Təsis tarixi | 1969 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
kamaz.ru/en/ kamaz.ru |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir.
Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi. Avtomombil sürətli , komfort ,rahat, ağır tonlajlı və dinamik olmalı idi. Amma ölkədəki zavodların heç biri bu imkanları ödəmirdi.
1969-cu ilin avqustunda SSRİ-in Sovetlər birliyi zavod kompleksinin inşasına başladı. Volqa (İdil) və Kama çaylarının kəsişməsində ,dəmir olunun yaxınlığında ölkənin bütün problemlərini həll edən bir kompleks inşa olunur. Proyektə görə bu zavod ildə 150 min avtomobil və 250 min mühərrik istehsal edəcək.
1969-cu il dekabrın 13-də zavodun bünövrəsi qoyuldu.
1974-cü ilinmayında Kamazın ilk mühərriki buraxıldı.
1975-ci il dekabrda zavodun ilk N1 markalı güclü aqreqatı istehsal olundu.
1976-cı il 16 fevral birinci Kamsk markalı avtomobil istehsal olundu. 29 dekabr SSRİ kommunist partiyası B.N. Polyakov başda olmaqla akt tərtib etdi və Kamsk zavodunda iriqabaridli maşınlardan başqa yüngül maşınların da istehsal olmasına şərait yaratdı.
1987-ci ildə "Oka" markalı avtomobil istehsal olundu.21 dekabrda "Oka-BAZ-1111" çempionatda birinci yer tutdu. 1994-cü ildə "Oka" markalı avtomobilin öz zavodu açıldı və ildə 75000 avtomobil istehsal etdi.
1988-ci ildə "Kamaz" xalq tərəfindən sevildi və zavodun illik gəliri 8 mlyrd. rub. -ə çatdı. Belə vəziyyətdə Kamaz atıq ölkəyə olan borcunun tamam ödəmiş oldu.
1999-cu ildə zavodun istehsal etdiyi maşınların sayı 1 600 000-ə çatdı.
2000-ci ildə «Евро-2» markalı elektrik mühərriki buraxıldı.
2003-cü ildə avtomobil istehsalatı 1,7 mühərrik isə 2,3 milyona çatdı. Xırda 3-7 tonluq avtomobillər buraxıldı. "NEFAS" klass markalı avtobus istifadəyə verildi. "Kamaz-65226" markalı 27-tonluq avtomobil istehsal olundu.
2004-cü ildə "Evro-3" markalı elektrik mühərriki sertifikatlaşdırılıb.
2005-ci ildə Kamaz ölkənin strateji kompaniyaları siyahısına daxil edildi. Alman "Zahnrat Fabrik" kompaniyası ilə beynəlxalq əlaqələr quruldu. Yüngül avtomobillər olan "Oka"nın lisendiyası "Severstal-avto" şirkətinə satıldı. Kokşetay şəhərində (Qazaxıstan) Kamazın rəsmi dileri açıldı.
2006-cı ildə "Dürr Systems Engineering" (Almaniya) şirkəti ilə Kamaz arasında 4 illik müqavilə bağlanmışdır.
2007-ci ildə 52650 avtomobil və 63200 mühərriki və güclü aqreqatları satılaraq son 13 ildə Kamaz rekord vurmuşdur. Zavod açılışından bəri 1,8 mln avtomoil satmışdır. Bu ildə Kamazın 13444 nəfər texnikləri qeydə alınmışdır ki, bu da tarixdə böyük rekord vurmuşdu. Zavod qruplaşdırılması şirkəti olan OAO Kamazı dostluq ordeni ilə təltif etdi. Zavodda əyləc formulları istehsal edən "КНОРР-БРЕМЗЕ КАМА" adlı sektoru açıldı.
2008-ci ildə traktorların istehsal edilməsi üçün müqavilə imzalandı. "Федерал Могул Набережные Челны" şirkəti ilə Kamaz arasında avtomobil komponentləri satışı barədə müqavilə imzalandı. Sergey Çemezov (Kamazın general-direktoru)OAO direktorlar birliyinin üzvü seçildi.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Şəkilləri
[redaktə | mənbəni redaktə et]-
200-cü ildə Dakar Rally-də Kamazın çıxışı
-
Kamaz Rusiyada
-
Kamaz
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Avtomobil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |