Kalver-Siti
Kalver-Siti | |
---|---|
Culver City | |
34°00′29″ şm. e. 118°24′05″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 29 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 90232–90233, 90232 |
Digər | |
culvercity.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Kalver-Siti (ing. Culver City) Kaliforniyanın cənub-qərbində, Los-Ancelesin qərb hissəsində yerləşən şəhərdir. Şimal tərəfdən şəhər praktiki olaraq Los Anceles Beynəlxalq Hava Limanına bitişikdir.
2019-cu ildəki nəticələrə əsasən şəhərin əhalisinin sayı 39,185 nəfər təşkil etmişdir. Şəhərin adı onun banisi olan Harri Kalverin[4] şərəfinə verilmişdir.
Kalver-Siti kino sənayesinin doğulduğu yerlərdən biri hesab olunur. Burada ilk bədii filmlər 1910-cu illərdə çəkilmişdir və şəhərdə hal-hazırda Metro-Goldwyn-Mayer film şirkətinin bir neçə studiyaları yerləşir. 1932-ci ildən 1986-cı ilə qədər şəhərdə Hughes Aircraft Company şirkətinin qərargahı yerləşirdi. NPR və Sony Pictures Entertainmentin qərargahı da bu şəhərdə yerləşir. Həmçinin NFL Network studiyaları da Kalver-Sitidə yerləşir.
Şəhərin adını “vəhşi göyərçinlər şəhəri” kimi tərcümə etmək mümkündür (Culver — göyərçin deməkdir və pigeon və dove ilə sinonim sözlərdir).
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]ABŞ Siyahıyaalma Bürosu tərəfindən verilmiş olan məlumata əsasən, Kalver-Sitinin ümumi ərazisi 13,31 kvadrat kilometrdir. Bu ərazinin 13,237 kvadrat kilometri quru ərazisi və 0,073 kv. kilometri isə su ərazisidir. Su ehtiyatlarının ərazisi şəhərin ümumi ərazisinin 0,5%-ni təşkil edir.[5]
Şəhər dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşir.
Demoqrafiyası
[redaktə | vikimətni redaktə et]2010-cu il siyahıyaalınmasının[6] nəticələrinə əsasən Kalver-Sitinin əhalisi 38,883 nəfər təşkil etmişdir. Əhalinin orta sıxlığı isə bir kvadrat kilometrə təxminən 2921,3 nəfər təşkil etmişdir.
Qardaşlaşmış şəhərlər
[redaktə | vikimətni redaktə et]- Cənubi Koreya İksan, Cənubi Koreya.
- Yaponiya Kaiçuka, Yaponiya.
- Kanada Letbric, Alberta, Kanada.
- Meksika Uruapan, Meksika.
Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
- ↑ QuickFacts: Culver City city, California. ABŞ əhalinin siyahıya alınması bürosu.
- ↑ Lugo Cerra, Julie. Culver City: The Heart of Screenland: An Illustrated History. 1st. Chatsworth, CA: Windsor Publications. 1992. ISBN 978-0-89781-441-6.
- ↑ "2010 Census U.S. Gazetteer Files — Places". U.S. Census Bureau (ingilis). 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-16.
- ↑ "DP-1 Profile of General Population and Housing Characteristics: 2010". U.S. Census Bureau (ingilis). 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-16.