28° şm. e. 113° q. u.HGYO

Kaliforniya yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kaliforniya
Ümumi məlumatlar
Sahəsi 144 000 km²
Yerləşməsi
28° şm. e. 113° q. u.HGYO
Akvatoriya Kaliforniya körfəzi/Sakit okean
Ölkə  Meksika
Kaliforniya xəritədə
Kaliforniya
Kaliforniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaliforniya (Aşağı Kaliforniya və ya Kaliforniya yarımadası; isp. Baja California) — Şimali Amerikanın qərbində (Meksikanın ərazisində) yerləşən uzun və dar yarımada. Şərqdə Sakit okeananKaliforniya körfəzi ilə əhatə olunub. Uzunluğu 1200 km, maksimal eni isə 240 km. Burada Meksikanın iki ştatı yerləşir: Aşağı KaliforniyaCənubi Aşağı Kaliforniya. Sahəsi Appenin yarımadası qədərdi (təxminən 149 min km²) və Florida yarımadasından iki dəfə daha böyükdür.

Şimalda yarımada Kaliforniya ştatının (ABŞ) və Sonor ştatının (Meksika) qərb hissəsi ilə yanaşıdı, qərbdə Sakit okeanla, şərqdə isə Kaliforniya körfəzi ilə əhatə olunur. Körfəzin hər iki sahil bir birinə bənzəmir. Sahilin qərb hissəsində Sakit okeanın dərinliklərindən gələn söyuq Kaliforniya dəniz cərəyanları axır[1]. Həm də bu hissədə tropik genişliklərə köçən və qayıdan balinalara rast gəlmək olar. Yarımadanın qərb sahillərində mühüm balıqçılıq məkanları vardır. Körfəzin şimalında qabarma və çəkilmələrin amplitudalarısı yüksək olduğundan dəyaz yerlərdə güclü cərəyanlar mövcuddur. Cənubda isə körfəz daha sakitdir.

Sakit okeanın sahillərində səma çox vaxt buludlu olur. Yayda duman günortadan sonra da qalır.

Yarımadanın şimalından cənubuna gedən yeganə Transpeninsular magistralı var. Bu yol ABŞ-la sərhəddən başlıyır və ən ucqar cənub yaşayış məntəqəsinə (Kabo San Lukas) qədər uzanır.

Yanvarda cənubda temperatur +16 °C, şimalda +8 °C və daha yüksək dərəcələrdə. İyulda +24 °С cənubda, şimalda +16 °С və daha yüksək dərəcələrdədir.

Yarımada təbii gözəlliyi ilə və toxunulmamış ətraf mühit ilə məşhurdur. həm də burada eyniadlı körfəzdə köçkünlük edən balinaları izləmək üçün gələn ekoturistlərin sayıda çoxdu.

  1. "Söyuq dəniz cərəyanı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-14.