39°48′13″ şm. e. 46°45′01″ ş. u.HGYO

Kərkicahan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kərkicahan
39°48′13″ şm. e. 46°45′01″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 997 m
Saat qurşağı
Kərkicahan xəritədə
Kərkicahan
Kərkicahan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KərkicahanAzərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində qəsəbə[1].

28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

1960-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb özünü Xankəndi şəhərinə (Stepanakertə) birləşdirmişdilər. Azərbaycanlılar yaşayan bu qədim kəndə şəhər tipli qəsəbə statusu verilmişdir. Xankəndi şəhəri vaxtı ilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salmışdır. Oykonim mənbələrdə Kərkican və ya Kirkican kimi qeydə alınmışdır. Əsli Kərkican olan bu etnotoponim kərki tayfa adından və yer, məkan bildirən – can topoformantından ibarət olub, "kərki tayfasının məskəni" mənasındadır[2].

Kərkicahan uğrunda döyüşlərdə 150-dən çox azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, son nəticədə geri çəkilməyə məcbur oldular. Bununla belə, pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını aldılar və bunun hesabına dinc əhali qəsəbədən çıxa bildi.[3] Kərkicahan kəndi uğrunda gedən döyüşlər haqqında rejissor Ceyhun Mirzəyev tərəfindən "Fəryad" bədii filmi çəkilmişdir.[4]

Şəhidlər Sayı
1-20 yaş 37
21-55 yaş 60
56 və yuxarı 33

SSRİ dövründə

[redaktə | mənbəni redaktə et]

Kərkicahanda 1922, 1939, 1959, 19781990-cı illərdə zavod və fabriklər açılır. 1930-cu ildə respublikanın erməni rəhbərliyi tərəfindən Qarabağa yenidən erməni əhali yerləşdirilir. Onlardan 00 nəfəri Kərkicahana gətilir.

İkinci dünya müharibəsi zamanı Kərkicahandan 79 nəfər şəhid olmuş, 20 nəfər itkin düşmüş və 64 nəfər müharibə əlili olmuşdur.

1960-cı və 1991-ci ildə burada məktəblər açılır. Bu dövrə qədər isə mədrəsə və xan qızı Natavanın evində məktəb fəaliyyət göstərirdi. 1950-1970-ci illərdə yanğınsöndürmə idarəsi, ATS, bağça, klub, su və qaz idarələri, stadion, 2 park, 2 hotel, pansionat, SES və bir çox idarələr yaradılır. Kərkicahan həm də Azərbaycanın əsas kurort yerlərindən biri idi.

Birinci və ikinci dünya müharibələri

[redaktə | mənbəni redaktə et]

Birinci dünya müharibəsi zamanı Kərkicahan haqqında çox az məlumat var. Kərkicahanın yaşlı sakinlərinin sözlərinə görə savaş zamanı Kərkicahan 3 şəhid verib. Onlar ölkəmizin xaricində vuruşublar. Qəbirləri Xankəndi Şəhidlər Xiyabanının Dünya Müharibəsi Şəhidləri üzrə hissəsində dəfn olunublar. Bir neçə nəfər isə itkin düşüb və indiyədək onlar haqqında məlumat yoxdur.

İkinci dünya müharibəsindənsə dolğun məlumat var. Xankəndi Hərbi Komissarlığının arxivlərində də göstərilir ki, Kərkicahan ərazisindən ümumi 161 kişi və 2 qadın savaşda iştirak edib. Onlardan yalnız bir nəfər məsxəti türkü olub, qalanları azərbaycanlı. 79 nəfər şəhid olub. Onların 20-si itkin düşüb. 64-ü isə müharibə zamanı əlili olmuşdur.

SSRİ dövründə repressiya qurbanlarının sayları gizlədilirdi. Lakin SSRİ dağıldıqdan sonra bir-neçə azərbaycanlı tədqiqatçılar Moskvaya üz tutublar və arxiv sənədləri yoxlayıblar. SSRİ Beriyasının arxivləri düzgün və dolğun idi. SSRİ-nin hər bir kəndindən neçə nəfərin repressiya qurbanı olması barədə məlumatlar var. Hamçinin Kərkicahanın da. Ümumiyyətlə, biz bu repressiyalara baxan zaman görə bilərik ki, repressiya olunan şəxslərin bir çoxusu ermənilər tərəfindən satılmış və ya ermənilərə müqavimət edən zaman üstünə damğa vurulub və repressiya qurbanı olub. Bəs səbəb? Buna nümunə kimi sizlərə dahi şairimiz Xəlil Rza Ulutürkün "Davam edir 37" şeirinin bir parçasını göstərə bilərik:

Fərarilər, boşqab dibi yalayanlar,

- Demokrati!

- Aşkarlama!-deyə-deyə boğaz yırtır...bu sürülər, zurnaçılar, şeypurçular

Bu qədər ki cəzasızdır

Xankəndidə evlər yıxan, ürək yıxan yırtıcılar,

Davam edir 37

Daha kəskin, daha ciddi!

1930-cu illərdə Ermənistandan Qarabağa axışan ermənilər azərbaycanlıların evlərinə göz dikir, evləri, tarixi yerləri dağıdırdılar. Azərbaycanlılar buna qarşı çıxan zaman, ermənilər hay-küy salaraq rəhbərliyə məktublar göndərirdilər: "Türklər bizi qırır!". Buna görə də günahsız adamları qurban edirdilər. Hamçinin Stalin rejimi hər zaman ermənilərin dayağı idi. 19201932-ci illərin repressiyası zamanı Kərkicahandan itki üz verməyib. 1921-ci ildə yalnız bir nəfər Əli Allahyar oğlu Ağamalıyev qurban olub. Az.ÇK-nın Kollegiya İclasının materiallarına əsasən (materiallar Moskvadadır) 1923-cü ildə haqsız yerə öldürülən 89 nəfərin 21-i Dağlıq Qarabağdan, onlarında 8-i Xankəndi və ətraf yaşayış məntəqələrindəndir. 1931-ci ildə Kərkicahanın baş axundu Sahibi Qəhrəman oğlu Hacı Qulu repressiya qurbanı olub. 1935-ci ildə isə Kərkicahandan bir ailənin üzvü olan 3 nəfər repressiya qurbanı olub. İsmayılov Çələbi Məmməd Qərib oğlu, qayını Çopur Kərim və kiçik qardaşı İsmayılov Matan Murtuz oğlu. Sənədlərdə qeyd olunub ki, onlar şəhər ərazisində panika və iğtişaşlar yaratmaqda suçlanılıb. Ən çox itki 1938-ci ildə baş verib. Həmin il Kərkicahandan 9 nəfər şəxs, ümumi Xankəndi və tərkibindəki yaşayış məntəqələrindən isə 23 nəfər repressiya qurbanı olub. Abbasov Poladxan Qubad oğlu, Adıgözəlov Nadir (Yüzbaşı) Yusub oğlu, Bağırov Xəlfəli və Bağırov İrəvan Məhəmmədbağır oğlu, Cavadov Qəni Qurban oğlu (Cavadskilər nəslindəndir), Əliyev Novruzəli Qasıməli oğlu, Həsənov İmambala Nemət oğlu və Həsənov Kərim Kələntər oğlu

İcra Nümayəndəliyi və statusu

[redaktə | mənbəni redaktə et]

Kərkicahan 1953-cü ildə qəsəbə statusu əldə edir. 1972-ci ildə isə Kərkicahan Sovetinin əsası qoyulur. 1991-ci ildə sovet hökuməti dağıldıqdan sonra (noyabrın sonları) Kərkicahan şəhər tipli qəsəbə olur. Kərkicahanın icra nümayəndələri (katibləri):

  • Bəylər bəy (Müsavatdan) - 1918-1920
  • Məhəmmədhəsən ağa Həsənov - 1920 - Sovet dövründə ilk katib
  • Fəriizzət Məhəddinova - 1920-1925
  • Gülxanım Əliyeva - 1925-1930
  • Fərhad Həsənov - 1930-1932
  • Məhərrəm Rəsulov - 1932-1938
  • İbiş Hüseynov - 1938-1941
  • Yelmar Həsənov - 1941-1943
  • Artur Qalstyan - 1943-1946
  • Tamam xanım - 1946-1952
  • Siyatel Fərrux qızı - 1952-1955
  • Şahbaz Atalar oğlu - 1955-1961
  • Humay İbişova - 1961-1968
  • Sitarə xanım - 1968-1974
  • Qaraş Babayev - 1974-1980
  • Qasım Qasımov (Qırxqızlı) - 1980-1985
  • Qurgen Babayan - 1985-1989
  • Aleksandr Smirnov - 1989
  • Eyvaz Səlimov - 1989-1994

Mədəniyyət və tarixi abidələr

[redaktə | mənbəni redaktə et]

Kərkicahanda 1988-ci ildə qazıntılar zamanı III əsrdən qalma yazılı daşlar, qoç fiqurlu kiçik daşlar və bir çox bəylərin-xanların vaxtilə gizlətdiyi küplər və xəzinələr tapılmışdır. Nəticədə məlum olmuşdur ki, bu kəndin əsası bizim eranın yaranışı dövründə (b.e. 1-3) qoyulmuşdur.

Ümumi olaraq Kərkicahanda Məhəmmədhəsən xanın evi (1940-1950-ci illərdə ev məktəb kimi fəaliyyət göstərirdi, daha sonralar ev muzey kimi fəaliyyət göstərmişdi.) 12-ci əsrin qəbirləri, 8 guşəli minarələr, kurqanlar, qədim məhəllələr (ən cavanı 15-ci əsrdə tikilmişdir), qazıntılar zamanı çıxmış abidələr, heykəllər və s. olmuşdur. Bunların bir çoxu hazırda ermənilər tərəfindən məhv edilir.

Həmçinin Kərkicahan ərazisində siklopik tikililər də vardır ki, onlar da eramızdan əvvəlki dövrləri əhatə edir

Kənddə xalçaçılıq çox inkişaf etmişdir. Xuncur və digər xalça növləri tikilir və bütün SSRİ ərazisində satılırdı.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kərkicahanda 2 məktəb (S.Vurğun adına və N.Şahmuradov adına), 1 bağça, mədəniyyət evi, 1 texnikum, 2 muzey, kitabxana, klub, 3 dərnək, stadion, idman məktəbi, memarlıq məktəbi, qız liseyi, su, qaz, işıq idarəsi, 1000-dən çox abonenti olan ATS, bütün Xankəndiyə yayımlandıran teleqovşağ və xalçaçılıq məktəbi var idi.

Bakı-Xankəndi-Laçın dəmiryolu stansiyası Kərkicahanın cənub-şərq hissəsindən keçirdi. Həmçinin Qar-qar çayı Kərkicahandan keçdiyi üçün burada çay nəqliyyatı da yaxşı idi. Bakı-Xankəndi-İrəvan magistral yolu, Xankəndi-Kəlbəcər magistralı, Bəhlul-Kosalar şossesi, Xankəndi-Kərkicahan şossesi buradan keçirdi. Kərkicahanda Dağlıq, Kərkicahan, İbrahimxəlil xan, Bakı küçəsi, Koroğlu prospekti mövcud idi. Burada tarixi əhəmiyyətə malik olan qədim küçələr də vardır: Pir yolu, Aşağı və Yuxarı küçə, Kərki küçəsi və s.

Coğrafiyası iqlimi və təbiəti

[redaktə | mənbəni redaktə et]

Kərkicahanın iqlimi mülayim-istidir. Burada pambıq, fındıq, kök, əzgil, taxıl, göyərti bitkilərinin əkini geniş yayılmışdır. Bu səbəbdən də, Azərbaycanın ən böyük sovxozlarından biri Kərkicahanda idi. Kərkicahan Xankəndinin cənub-qərbində yerləşir. Kərkicahanda ətrafında 4 böyük meşə vardır.

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Kərkicahanı Kosalarla birləşdirən dağda meşə vardı. Bu meşə bitki növlərilə, heyvanlarıyla çox zəngin idi. Burada şam, qoz, vələs, meşə çiyələyi, çinar kimi dəyərli bitkilər və meşədə cüyür, dovşan, dağ keçisi, tülkü, qonur ayı var idi ki, indi onlar məhv olmaq üzrədir. Ermənilər meşələri doğrayaraq mebel sahəsində istifadə edirlər. Heyvanları isə xarici ölkələrin zooparklarına guya Qafandan gətirilmiş heyvan növləri adı ilə baha qiymətə satırlar.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.[5]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

Burada olan nəsillər

[redaktə | mənbəni redaktə et]

İşğal dövrü

[redaktə | mənbəni redaktə et]

İşğal zamanı burada bir neçə dəfə ermənilər tərəfindən əhaliyə sui-qəsdlər edilmişdir. Məsələn, 1991-ci il dekabrın 1-də 1 nəfər güllənin qurbanı olub, 5 nəfər yaralanıb. Həmin ilin 14, 16, 20, 28 dekabr13 yanvar tarixlərində də daha bir neçə nəfər həlak olmuşdur.

  1. İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019 (PDF) (az.). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. 2020. 12. (#invalid_param_val)
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh.278.
  3. http://www.d-a-k.org/index.php?option=com_content&task=view&id=712&Itemid=1[ölü keçid]
  4. Fəryad" filmindəki dəhşətlərin gerçək üzü[ölü keçid]
  5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)
  • Qasim Q. Əsrin faciəsi – Xocalı.Serq-Qerb, Bakı, 1999.
  • Organization.az "Kərkicahan şəhidləri", 2011

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]