Jorj Avenel
Jorj Avenel | |
---|---|
Doğum tarixi | 31 dekabr 1828 |
Vəfat tarixi | 1 iyul 1876[1] (48 yaşında) |
Vikianbarda əlaqəli mediafayllar |
Jorj Avenel (fr. Georges Avenel; 31 dekabr 1828 – 1 iyul 1876[1]) — Fransa publisisti və tarixçisi. O, həyatının çox hissəsini Fransa inqilabının öyrənilməsinə həsr etmişdir. Yazıçı Pol Avenelin kiçik qardaşı olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]1865-ci ildə Avenelin ilk böyük əsəri, "Bəşər övladının natiqi Anaxarsis Kloots" nəşr olundu. Burada Fransa inqilabının liderlərindən Anaxarsis Klootsun şəxsiyyəti və rolu ilk dəfə ətraflı şəkildə tədqiq edilərək təqdim edilmişdir. Dərin erudisiya və parlaq təqdimat sayəsində Avenel bu dövrün bir sıra məqamlarını qeyri-adi canlılıq və çoxlu təfərrüatlar ilə canlandıra bilmişdir. O, həmçinin Volterin bütün əsərlərini əhatə edən "Əsrin nəşri"ni tərtib etmişdir. Burada Volterin geniş yazışmaları diqqətlə yoxlanılmış və əlavə edilmişdir. Avenel o dövrdə işlədiyi və inqilabın liderlərindən biri Jan-Nikolya Paşın şəxsiyyətinə mühüm yer verilən əsərini bitirməmiş vəfat etmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Авенель, Жорж // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908—1913.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Jorj Avenel ilə əlaqəli mediafayllar var.