Həsən İsrafilov
Həsən İsrafilov | |
---|---|
Doğum tarixi | 1946 |
Doğum yeri |
Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor[1]
Həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]1946-cı ildə Şəki şəhərində anadan olmuşdur.
1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir.
1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəlidir, bir övladı var.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Pedaqoji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır.
2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir.
Mükafat və təltifləri
[redaktə | mənbəni redaktə et]- 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir.
- 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.[2]
- 27 sentyabr 2011-ci ildə «Tərəqqi» medalına layiq görülmüşdür.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İsrafilov Həsən Abid oğlu". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
- ↑ "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında". 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
- ↑ "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.