Geza Anda
Geza Anda | |
---|---|
Géza Anda | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Macarıstan, Budapeşt |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | İsveçrə, Sürix |
Vəfat səbəbi | qida borusu xərçəngi[d][1] |
Vətəndaşlığı | İsveçrə |
Milliyyəti | macar |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, pedaqoq, dirijor |
Janr | klassik musiqi |
Musiqi aləti | fortepiano |
Albom şirkəti | Doyçe Qrammofon[d] |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Geza Anda (19 noyabr 1921[2][3][…], Budapeşt[4] – 13 iyun 1976[2][5][…], Sürix[5]) — İsveçrə pianoçusu, pedaqoq, dirijor
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Geza Anda mənşəcə macardır. Budapeştdəki F. List adına Akademiyanı bitirmişdir (E. fon Donanyinin sinfini). İlk səhnə çıxışı 1942-ci ildə olmuşdur. 1943-cü ildən İsveçrədə yaşamışdır. 1947-ci ildən geniş konsert proqramı ilə çıxışlar etmişdir (əsasən, Avropada). Musiqi tarixində ilk dəfə B. Bartok və V.A. Motsartın bütün konsertlərini qrammofon valına yazdırmışdır. G. Anda ifasına yüksək texnika, zövq, mahir ustalıq, incə duyum xas idi. Zalsburqda, Lüsernada və Sürixdə ustad dərsləri aparırdı. Londondakı Kral Musiqi Akademiyasının fəxri üzvü olmuşdur. Onun adına fond (1978-ci ildə) təsis edilmişdir. Sürixdə üç ildən bir pianoçuların[6] beynəlxalq müsabiqəsini keçirirdi.[7]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://www.eda.admin.ch/countries/hungary/de/home/aktuell/grand-tour/budapest/geza-anda.html.
- ↑ 1 2 http://www.geza-anda.ch/pages/view/id/20.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Deutsche Nationalbibliothek Record #118502743 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
- ↑ İjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, p.52. ISBN 978 2 3505 5192 0.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 485. ISBN 978-9952-441-02-4.