Fibromialgiya
Fibromialgiya | |
---|---|
XBT-10-KM | M79.7, M79.1 |
XBT-9 | 729.1 |
XBT-9-KM | 729.1[1] |
MedlinePlus | 000427 |
MeSH | D005356 |
Vikianbarda əlaqəli mediafayllar |
Fibromialgiya (lat.fibro- fibroz toxuma, Yun. myo-əzələ, Yun. algos- ağrı) — xüsusi ilə kürək, boyun, bazu və qalça nahiyyəsində yayılmış sümük-oynaq ağrısı, yorğunluq ilə büruzə verən xəstəlikdir. Hər yaşda və hər iki cinsdə müşahidə edilməklə bərabər, daha çox qadınlarda, 30–60 yaş arasında görülür[2].
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışında fibromialgiya "skelet-əzələ və birləşdirici toxuma xəstəlikləri" altında gedir və qeyd olunur ki, fibromialgiya sindromu funksional somatik sindrom kimi baxılmalıdır.
Etiologiyası
[redaktə | mənbəni redaktə et]Dəqiq səbəbi bilinməməklə bərabər, güman edilir ki fibromialgiyanın inkişafında psixoloji, genetik, neyrobioloji ve ekoloji faktorların rolu vardır.
Əlamət və simptomları
[redaktə | mənbəni redaktə et]- 3 aydan çox davam edən yayılmış bədən ağrısı. Ağrı əsas əlamət olub, ən çox boyun, bel, qol və ayaqlarda, döş qəfəsində müşahidə olunur. Ağrı stress, pis yuxu, soyuq və nəm hava şəraitində arta bilir
- Yuxu pozulması, dincəlmək-rahatlıq hissi yaratmayan yuxu
- Səhər saatlarında yorğunluq
- Koqnitiv disfunksiya, o cümlədən diqqət toplamada çətinlik, qısa və uzunmüddətli yaddaşda problemlər
- Həyəcan və depressiya
- Baş ağrıları
- Qollar, ayaqlar və üzdə uyuşma
- Sidik kisəsi və bağırsaq funksiyasının funksional pozulması
Müalicə
[redaktə | mənbəni redaktə et]Dərman maddəsi olaraq antidepressantlar, qıcolma əleyhinə dərmanlar, ağrıkəsicilər istifadə olunur. Qeyri -dərman müalicəsinə fizioterapiya, müalicəvi bədən tərbiyəsi, psixoterapiya istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ Kimlerde Görülür? [ölü keçid]
Bu məqalə qaralama halındadır. |