Fatimə təsbihatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
YAŞAYIŞI
Ad və Ləqəbləri · Fədəkiyyə xütbəsi · Fədək ·
FATİMƏ QURANDA
İnsan surəsi · Kovsər surəsi · Təthir ayəsi · Mübahilə ayəsi · Nur ayəsi
YERLƏR
Fədək · Beytül Əhzan · Bəni Haşim məhəlləsi · Səqifə
İNSANLAR
AİLƏMəhəmməd · Xədicə · Əli
ÖVLADLARHəsən · Hüseyn · Zeynəb · Ümmü Külsüm · Möhsün
YAXINLARIFizzə · Ümmü İmən · Əsma
BAŞQALARIÖmər bin Xəttab · Qonfoz · Müğəyrə
BAĞLI
Fatimə təsbihatı · Fatimə kitabı · Fatimə lövhəsi hədisi · Mübahilə günü · Fatimiyə günləri

Fatimə təsbihatışiələrə görə hər namazdan sonra deyilməsi müstəhəb olan dua.

Demək sifarişi

[redaktə | mənbəni redaktə et]

Fatimənin təsbihatı belə deyilir[1]

  • 34-dəfə:Allahu Əkbər (ərəb. ٱللَّٰهُ أَكْبَرُ‎)
  • 33-dəfə:Əlhəmdulillah (ərəb. ٱلْحَمْدُ لِلَّٰهِ‎)
  • 33-dəfə:Sübhənəllah (ərəb. سُبْحَانَ ٱللَّٰهِ‎)

Tasbihat deyilməsinin şərtləri

[redaktə | mənbəni redaktə et]

Hz. Zəhranın (s) təsbihini deməyin şərtləri vardır:

  • Hər şeydən əvvəl, sayısı nə azaldılmalı, nə də artırılmalıdır. Yəni sıra və sayı belə olmalıdır: "Allahu Əkbər" əvvəl 34 dəfə, sonra 33 dəfə "əl-Həmdulillah"son olaraq 33 dəfə "Subhanallah" deyilməlidir. Buna görə də, müstəhəb bir iş olsa belə, sayında heç bir dəyişiklik olmadan olduğu kimi söylənilməlidir.
  • İkincisi: zikir ürəkdən deyilməlidir.
  • Üçüncüsü: təsbeh namazdan dərhal sonra olmalıdır. Yəni namaz bitdikdən sonra mövqeyini dəyişmədən və başqa bir vəziyyətə girmədən söyləmək lazımdır. Başqa sözlə desək, namaz təşəhhüd və salamla tamamlanmalı və Hz. Zəhranın (s) təsbehini deməlidir.
  • Dördüncüsü: Hz. Zəhranın (s) təsbihlərinin bir-birinin ardınca gəlməsi vacibdir. Yəni zikrlər kəsilmədən söylənməlidir. Təsbih əsnasında fərqli şeylər söyləmək və ya başqa işlərlə məşğul olmaq təsbihin kəsilməsinə səbəb olur.

İslam ensiklopediyası yazır ki, ƏliFatimə evləndikdən sonra ilk dövrlərdə Əli yaxşı pul qazana bilmirdi. Evdə buğdadan un üyüdən Fatimənin əlləri qabar bağlamışdı. Günlərin bir günü Məhəmməd peyğəmbərə bir neçə qul hədiyyə olunmuşdu. Bunu bilən Əli Fatiməni o qullardan birini ona bağışlaması üçün peyğəmbərin yanına göndərdi. Fatimə peyğəmbərin yanına gəlsə də, utandığından ərinin istəyini atasına deyə bilmədi. Nəhayət, Əli ilə Fatimə birlikdə peyğəmbərin yanına gəlib bu istəklərini birgə dilə gətirdilər. Peyğəmbər onları dinləyib dedi ki, Siffə əhalisi aclıqdan əziyyət çəkdiyi bir vaxtda onların bu istəyini yerinə yetirə bilməz və o bu qulları satıb pulları siffəlilərə verəcək. Peyğəmbər onun qarşısında Fatimə təsbihatına məşhur olan sözləri onlara öyrədir. Deyirlər ki Əli bu təsbihatın deməyini heç bir zaman yatmaqdan öncə unutmamışdır.[2]

Fatimə təsbihatının önəmliyi

[redaktə | mənbəni redaktə et]

Şiə mənbələrində bu təsbihat üçün çoxlu sifarişlər olunub və onu çox önəmli və oxumağın yaxşı görüblər. Beləki İmam Baqir bu barədə deyir:

Allah təala Fatimə təsbihatından yaxşı bir sözlə təmcid (Böyük tutulmaq) olunmayıbdır əgər başqa bir sözlər olsaydı peyğəmbər hətmən onu Fatiməyə öyrədərdi.

Həmçinin İmam Sadiqdən nəql olunur ki:

Fatimənin təsbihatı 100 zikirdir, amma əməllərin sayılması və səvab verilməsi min zikir hesablanır, Şeytanı uzaqlaşdırıb, Allah təalanı razı edər. Necə ki, biz namaz qılmağı uşaqlarımıza əmr edirik bu təsbihatın oxumağınıda əmr edirik. O, kəs ki, Fatimə təsbihatını düz vacib namazdan sonra, başını səcdədən qaldırmamaqdan öncə oxuyub və sonunu La ilahə illəlah-la(ərəb. لااله الا الله‎) qurtarsa Allah onu bağışlayar.[3]

Torpaq təsbehi

[redaktə | mənbəni redaktə et]

Fatimə Məhəmməd qızı özünə yundan bir təsbeh düzəldib, onunla təsbitatı sayırdı. Həmzə şəhid olduqdan sonra onun Qəbir torpağından özünə təsbeh düzəltdi, bu iş sonra İmam Hüseynin torpağından təsbeh düzəldilməyə keçdi. İmam Sadiq buna görə deyib:

İmam Hüseynin torpağı ilə təsbihat deməyin səvabı 70 qat çoxdur.[4]

Haqqında nəql olunan kəlamlar

[redaktə | mənbəni redaktə et]

İmam Sadiq (ə) buyurur: “Həzrət Fatimə (s.ə.) təsbihindən daha fəzilətli bir şey həmd edilməmişdir. Əgər ondan daha fəzilətli bir zikr olsaydı Həzrət Peyğəmbər (s) onu Fatiməyə (s.ə.) mütləq öyrədərdi”[5]

İmam Sadiq (ə) buyurur: “Fatimeyi-Zəhra zikri Quranda “Allahı çox zikr edin” şəklində əmr edilən çoxlu zikrdən hesab olunur” [6]

İmam Sadiq (ə) buyurur: “Hər namazın ardınca Fatimə (s.ə.) zikrini söyləmək, hər gün min rəkət namaz qılmaqdan daha gözəldir” [7]

İmam Baqir (ə) buyurur: “Kim Zəhra zikrini söyləyib, ardınca Allahdan bağışlanmaq dilərsə, bağışlanar. Bu zikr 100 dəfədir, amma mizanda min dəfə sayılar. Bu zikr şeytanı (insandan) uzaqlaşdırar və Rəhmana xoş gedər”[8]

İmam Sadiq (ə) buyurur: “Ey Əbu Hərun! Biz övladlarımıza namazı əmr etdiyimiz kimi Fatimə (s.ə.) təsbihini də əmr edirik. Onu əsla tərk etmə! Çünki onu tərk etməyən bədbəxt olmaz!”[7]

Cabir rəvayət edir ki, Peyğəmbər (s) Fatimənin (ə) dəvə tükündən bir əbaya bürünüb buğda üyütdüyünü gördü və ağlamağa başladı. O buyurdu: “Ey Fatimə! Dünyanın əziyyətlərinə səbir et ki, sabah axirətin bol nemətlərinə qovuşasan”. Bundan sonra “Və, əlbəttə, yaxında Rəbbin sənə elə şeylər əta edəcək ki, razı qalacaqsan” ayəsi nazil oldu.[9]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Əllamə Məclisi, "Biharul Ənvar", c. 85, səh. 332, hədis 10
  2. Veccia Vaglieri, L. "Fatima." Encyclopedia of Islam", Leiden, c. 2, The Netherlands: Brill, ISSN 1573-3912, səh. 844-850
  3. Şeyx Amili, "Vəsailüş-Şiə", səh. 439; 447; 446; 463; 464
  4. Əllamə Məclisi, "Biharul Ənvar", c. 85, səh. 331, hədis 9
  5. Şeyx Kuleyni, "əl-Kafi", c. 1, səh. 343
  6. Şeyx Kuleyni, "əl-Kafi", c. 2, səh. 533
  7. 1 2 Şeyx Kuleyni, "əl-Kafi", c. 3, səh. 343
  8. “Savabul-amal”, c. 2, səh. 196
  9. Mövla Əli Möttəki Hindi, “Kənzul-Ummal”, c. 6, səh. 296