Etibar Vəliyev
Etibar Vəliyev | |
---|---|
Etibar Babali oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Ləj, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
1. Bakı Plan-Uçot Texnikumu |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Etibar Vəliyev (16 may 1963, Ləj, Lənkəran rayonu) — Azərbaycanlı şair və publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müavini.
Həyatı
[redaktə | vikimətni redaktə et]Etibar Babəli oğlu Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub.
1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir.
1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb.
1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir.
1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib.
1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris etmişdir.
1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb.
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub.
2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş. Yüzlərlə müxtəlif şeirlərin müəllifidir. İlk şeiri indiki "Lənkəran" qəzetində çap olunub.
2006-cı ildən "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalında məsul katib, 2018-ci ildən isə baş redaktor müavini kimi fəaliyyət göstərir.
2007-ci ildə "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının nəşrə başlamasının 5 illiyi munasibəti ilə "Həsən bəy Zərdabi" mükafatı ilə təltif edilmişdir.
2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2016-ci ildə Azərbaycan Respublikası KİVİHİ RH-nin qərarı ilə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən "Prezidentin xüsusi təqaüdünə" layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Fəxri Fərmanına, 2019-cu ildə isə ədəbi fəaliyyətinə görə Rəsul Rza adına beynəlxalq mükafata layiq görülmüşdür.
Kitabları
[redaktə | vikimətni redaktə et]- "Görüşə Gəl" (şeirlər) — "Nurlan" nəşriyyatı, 2006, 96 səh.
- "Baxmağa Dəyər" (şeirlər) — "Nurlan" nəşriyyatı, 2010, 167 səh.
- "Mənim Duyğum" (şeirlər) — "Elm və Təhsil" nəşriyyatı, 2016, 203 səh.
- "Ürəyimdə döyünən vətən" (şeirlər) — "Orxan NPM" , 2017, 208 səh.
- "Analı dünyam" (şeirlər) — "Orxan NPM" , 2018, 176 səh.
- "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları" (həmmüəlliflə) — "Orxan NPM" , 2018, 120 səh.
- "Ruh adamı" (şeirlər) — "Yaşar qələm nəşriyyatı", Təbriz, 2019
- "Поэты свободными не бывают" (стихи) — "Аквариус" , 2020, 80 səh.
- "Dəniz qoxulu misralarım" (şeirlər) — "Orxan NPM", 2020, 208 səh.
- "Bu yer mənə Vətəndir!" (şeirlər) — "Orxan NPM", 2021, 196 səh.
- "Ömrün 60-cı baharı" (şeirlər) — "Elm və təhsil nəşriyyatı", 2023, 160 səh.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatı (2007)
- Qızıl qələm mükafatı (2016)
- Prezident təqaüdü (2017)
- Azərbaycan Yazıçılar Birliyinin Fəxri fərmanı (2018)
- Beynəlxalq Rəsul Rza mükafatı (2019)
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı (2021)
Mənbə
[redaktə | vikimətni redaktə et]- Etibar Vəliyev. "Ürəyimdə döyünən Vətən". Poetik toplu
- Şair Etibar Vəliyev “Rəsul Rza ” mükafatı aldı…
- Ermənilər Aprel döyüşləri ilə bağlı şeirləri bu kitabdan çıxardılar
- Nazir şairə yüksək vəzifə verdi
- Şair Etibar Vəliyevin “Ürəyimdə döyünən vətən” adlı şerlər kitabının təqdimatı keçirildi
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Yaşayan insanlar
- 16 mayda doğulanlar
- 1963-cü ildə doğulanlar
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Lənkəran rayonunda doğulanlar
- Azərbaycan talışları
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan publisistləri
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan Jurnalistlər Birliyinin üzvləri
- "Qızıl qələm" mükafatı laureatları
- Həsən bəy Zərdabi mükafatı laureatları
- "Rəsul Rza" mükafatı laureatları