Erməni-friqiyalılar
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Erməni-friqiyalılar, ibtidai icma quruluşu dövründə Anadoluda yaşadıqları güman edilən hipotetik insanlardır[1]
Bu hipotetik cəmiyyətin mənşəyi ilə bağlı iki növ ziddiyyətli fikir və iddialar mövcuddur.
Qədim yunan tarixçisi Herodotun yazdığına görə[2]; Anadoluya köçüb məskunlaşan Frigiyalılar, Bryges və ya Briges kimi tanınan qədim Balkan xalqının bir qolu olub, klassik antik dövrdə Anadoluda yaratmış olduqları Frig Krallığı və ya Frigiya Krallığının eramızdan əvvəl VII əsrin sonlarında Kimmer işğalçıları tərəfindən dağıdılmasından sonra frigiyalıların bir qismi Şərqə – Ermənistana köç etmiş və orada erməni xalqının etnogenezini formalaşdırmışdırlar. Herodotdan fərqli olaraq bəzi müasir alimlər[3] “protoerməni/friqiya” əhalisinin Erməni dağlarında meydana gəldiyini və sonradan Frigiyalıların qərbə köç etdiklərini düşünürlər. Erməni-Friqiya adı həmçinin bu cəmiyyətin hipotetik dilini əhatə edən Hind-Avropa dil ailəsinin bir qolunu və yaxud da mübahisəli olsa da, linqvistlər tərəfindən irəli sürülmüş hipotetik “yunan-erməni-ari” və ya “erməni-ari” dil bölməsinin və ya budağının bir alt budağını təşkil edən hipotetik dil qrupunu kimi göstərmək üçün istifadə olunur. Təsnifatlandırma olduqca çətindir, çünki bu gün Friqiya dili haqqında çox az şey məlumdur. Həmçinin, proto-erməni dili, mübahisəli olaraq yunan və ya proto-hind-İran alt qrupunda yerləşdirilir.
Sözügedən erməni-friqiya fərziyyəsi ilə əlaqədar olaraq, Dəmir dövründə Anadoluda yaşamış və Het qaynaqlarında deyil, Assuriya mənbələrində rast gəlinən Muski və ya Müşkilər adlı icmanın həm proto-ermənilər, həm də frigiyalıları nəzərdə tutması ehtimal edilir. Bu istinadlar müxtəlif mənbələrdə və müxtəlif dövrlərdə istifadə edilmişdir. Muşki sözünün üçüncü və bəlkə də orijinal istifadəsi Qafqaz zonasından köçərək Anadoluda məskunlaşmış insan cəmiyyətini ifadə etməsidir.
Tənqidlər
[redaktə | mənbəni redaktə et]Müasir tədqiqatlar göstərir ki,[4][5][6][7][8] erməni və friqiya dillərinin yaxınlığı haqqında nəzəriyyələr əsassızdır. Erməni dilinin hind-iran dillərinə yaxınlığının yunan və frig dilləri ilə eyni olduğu vurğulanır. Kembric Universitetinin linqvisti və Hind-Avropa eksperti, tədqiqatçı Ceyms Klakson yunan və erməni dilləri arasındakı yaxınlıq əlaqələrinin mövcud olduğunu inkar etmişdir[9].
Protoerməni dilinin mənşəyi ilə bağlı bir vaxtlar təklif edilən Paleo-Balkan fərziyyəsi[10][11][12] tarixi linqvistiklər; Russell Gray və Quentin Atkinson tərəfindən aparılan müasir Qlottoxronologiya tədqiqatları tərəfindən tamamilə rədd edilmişdir[13] . Bu nəzəriyyəyə görə, erməni dili Anadolu torpaqlarında və ona bitişik ərazilərdə istifadə edilir və eramızdan əvvəl 7300-cü ildən regionda mövcuddur[12].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ I. M. Diakonoff "The Problem of the Mushki" Arxiv surəti 25 avqust 2011 tarixindən Wayback Machine saytında. Arxivləşdirilib avqust 25, 2011, at the Wayback Machine. In The Prehistory of the Armenian People
- ↑ Herodotus. The Histories. Book VII: chapters 57‑137. Loeb Classical Library. 1922. https://penelope.uchicago.edu/Thayer/E/Roman/Texts/Herodotus/7b*.html Arxivləşdirilib 2023-07-09 at the Wayback Machine
- ↑ I. M. Diakonoff [http://web.archive.org/20110825171104/http://rbedrosian.com/Classic/diakph11.htm Arxiv surəti 25 avqust 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib avqust 25, 2011, at the Wayback Machine in The Prehistory of the Armenian People
- ↑ Bartomeu Obrador Cursach. "On the place of Phrygian among the Indo-European languages." Journal of Language Relationship. 2019. https://www.academia.edu/42660767/On_the_place_of_Phrygian_among_the_Indo_European_languages Arxivləşdirilib 2021-11-16 at the Wayback Machine
- ↑ Clackson, J. P. T., 2008, “Classical Armenian”, in Woodard,R. D., The Ancient Languages of Asia Minor, Cambridge, Cambridge University Press, 124–143
- ↑ Martirosyan, H., 2013, “The place of Armenian in the Indo-European language family: the relationship with Greek and Indo-Iranian”, Journal of Language Relationship10, 85—13
- ↑ Hamp, Eric P. (August 2013). "The Expansion of the Indo-European Languages: An Indo-Europeanist's Evolving View" (PDF). Sino-Platonic Papers.
- ↑ Kim, Ronald (2018). "Greco-Armenian: The persistence of a myth". Indogermanische Forschungen. The University of British Columbia Library.
- ↑ "On the place of Phrygian among the Indo-European languages." Journal of Language Relationship. 2019. https://www.academia.edu/42660767/On_the_place_of_Phrygian_among_the_Indo_European_languages Arxivləşdirilib 2021-11-16 at the Wayback Machine
- ↑ Sevin, Veli (1991), "The Early Iron Age in the Elazıǧ Region and the Problem of the Mushkians", Anatolian Studies, 41: 87–97, doi:10.2307/3642931, JSTOR 3642931 pp. 96-97
- ↑ Kopanias, Konstantinos (2015), "The Mushki/Phrygian Problem from the Near Eastern Point of View." pp. 220-222
- ↑ 1 2 Kossian, Aram V. (1997), "The Mushki Problem Reconsidered." pp. 260-261
- ↑ Haber, Marc; Mezzavilla, Massimo; Xue, Yali; Comas, David; Gasparini, Paolo; Zalloua, Pierre; Tyler-Smith, Chris (2015). "Genetic evidence for an origin of the Armenians from Bronze Age mixing of multiple populations". European Journal of Human Genetics. 24 (6): 931–6.