Damət Kərimli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Damət Kərimli
Damət Söhbət oğlu Kərimli
Doğum adı Damət Kərimov
Doğum tarixi 8 may 1952(1952-05-08) (72 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
Üzvlüyü

Damət Söhbət oğlu Kərimli (8 may 1952, Qabaqdibi, Yardımlı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003).[mənbə göstərin]

Damət Kərimli 1952-ci il mayın 8-də Azərbaycanda Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. Burada kənd səkkizillik məktəbi, Yardımlı qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır (1969-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Yardımlı rayon sanepidemstansiyasında qida həkimi kimi başlamışdır (1975-1984), sonra orada yoluxma şöbəsində infeksionist-həkim (1984-1998) işləmişdir. Hazırda X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışır (1998-ci ildən).

XX əsrin 60-cı illərindən şer yaradıcılığı ilə ardıcıl məşğul olmuşdur. "Ədəbiyyat qəzeti", "Zaman", "Ocaq", "Hürriyyət" və s. qəzetlərdə lirik, satirik şerləri, qəzəlləri dərc edilmişdir. "Qəm üstə köklənən dünya" şerlər toplusu "Nurlan" nəşriyyatında kütləvi tirajla çap olunmuşdur. Dirili Qurbani Məclisinin üzvüdür.

Şairin “Qəm üstündə köklənən dünya” və “Toxunayın daha haqqa” (2010) kitablarından savayı, üzvü olduğu Dirili Qurbani Məclisinin nəşrlərində, o cümlədən 13 adda elmi-bədii əsərlər toplusunda, “Dirili Qurbani” jurnalında, məclisin saytında, dövri mətbuatda məclis üçün ayrılmış səhifələrdə yer alıb.