Damğa (roman)
Damğa | |
---|---|
türk. Damga | |
| |
Müəllif | Rəşad Nuri Güntəkin |
Janr | Roman |
Orijinalın dili | Türkcə |
Ölkələr | Türkiyə |
Orijinalın nəşr ili | 1924 |
Tərcüməçi | Əsgər Ağayev |
Nəşriyyat |
Azərnəşr (1989) Bakı Kitab Klubu (2014) |
Cild | Yumşaq |
Səhifə |
375 (1989) 168 (2014) |
Tiraj | 100 |
ISBN | ISBN 978-9952-8245-5-1 |
Damğa — Rəşad Nuri Güntəkinin ilk dəfə 1924-cü ildə nəşr olunmuş romanı.
Məzmun
[redaktə | mənbəni redaktə et]Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür...
Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəlinən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisədən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib...
Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir...
Roman isə heç kimin gözləmədiyi sonluqla bitir...
Nəşr və tərcümə
[redaktə | mənbəni redaktə et]Əsər Əsgər Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib Bakıda 1989-cu ildə Dodaqdan qəlbə romanı ilə birlikdə Azərnəşrdə 375 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014-cü ildə 168 səhifədə və 100 tirajla çap edilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bakı Kitab Klubu. "Damğa (roman)" ( (az.)). kitabklubu.org. 2014. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bakı Kitab Klubu. "Damğa (roman)" ( (az.)). kitabklubu.org. 2014. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.