DSL

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

DSL (ing. Digital subscriber line) — rəqəmsal abunəçi xidməti deməkdir. Bu xidmət adi telefon xəttləri üzərindən istifadəçilərə saniyədə 25 meqabitə qədər endirmə sürəti verir.[1]

DSL xidmətinin 2 tipi vardır: Assimmetrik DSL (ADSL) və Simmetrik DSL (SDSL). ADSL xidmətində istifadəçilərə təqdim edilən endirmə sürəti yükləmə sürətindən daha yüksək olur. Adi istifadəçilər daha çox ADSL xidmətinə üstünlük verirlər, çünki SDSL ilə müqayisədə bu xidmət daha ucuzdur. SDSL xidmətində isə endirmə sürəti ilə yükləmə sürəti eyni olur. VPN istifadəçiləri və ya öz datalarını bulud yaddaşlarda saxlamaq istəyənlər də SDSL xidmətinə üstünlük verirlər.[1]

xDSL – DSL rəqəmli abunəçi xəttinin yeni texnologiyalar qrupunun toplu adı. İki böyük qrupa bölünür: assimetrik (ADSL, ADSL Lite, RADSL, VDSL) və simmetrik (HDSL, HDSL2, IDSL, MSDSL, SDSL, wDSL). Qəbuletməni 32 Mbit/san, verilişi isə 1 Mbit/san ilə yerinə yetirməyə imkan verir.

Veb-ünvanı: http://www.xdsl.com.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
  1. 1 2 "Kabel, Peyk, DSL yoxsa Fiber-optik?". 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)