Con Edvard Lennard Cons

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Con Edvard Lennard Cons
Doğum tarixi 27 oktyabr 1894(1894-10-27)
Doğum yeri
Vəfat tarixi 1 noyabr 1954(1954-11-01) (60 yaşında)
Vəfat yeri
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Edvard Lennard Cons (27 oktyabr 1894, Lankaşir1 noyabr 1954, Stok-on-Trent, Staffordşir qraflığı[d]) – ingilis fiziki və nəzəri kimyaçı, kvant kimyasının əsasını qoyanlardan biri.

Con Edvard Cons 1894-cü il oktyabrın 27-də Lankaşir qraflığının Lea əyalətində anadan olmuşdur. Lennard-Cons soyadını 1925-ci ildə Ketlin Lennardla evləndikdən sonra qəbul etmişdi. O, 1912–1915-ci illərdə Mançester Universitetində riyaziyyat üzrə təhsil almış, sonra 1915–1919-cu illərdə Kral Hərbi-Hava Qüvvələrində xidmət etmişdir. 1919-cu ildən MançesterKembric Universitetlərində, 1925–1932-ci illərdə Bristol Universitetində (1927-ci ildən professor kimi) dərs demişdi. 1929-cu ildə Göttingen Universitetində kvant mexanikasını öyrənmişdi. 1932–1953-cü illərdə Kembric Universitetində, 1953-cü ildən isə Şimali Staffordşir Universitetinin Kollecində işləmişdi.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Lennard-Consun elmi əsərləri, əsasən, kvant kimyasına aidddir. O, kvant kimyasının üsullarından biri olan molekulyar orbitallar üsulunun (1928–1932) yaradıcılarından (F. Hund və P. S. Mallikenlə birlikdə) biri olmuşdur. Üsul belə bir fərziyyəyə əsaslanır ki, molekulun bir çox əhəmiyyətli xüsusiyyətlərini müəyyən edən xarici elektronları fərdi atomların orbitallarında deyil, bütövlükdə molekula məxsus orbitallarda yerləşir. Müvafiq atom səviyyəsi olan molekulların bir elektronlu səviyyəsini əlaqələndirən diaqramlardan ilk dəfə Lennard-Cons istifadə edmişdi. O, MO ЛКAO (molekulyar orbital-atom orbitallarının xətti kombinasiyası) üsulunu konyuqə olunmuş birləşmələrin (1937) və sigma-rabitəli sistemlərin (1949) hesablamalarına geniş tətbiqin başlanğıcını qoymuş; qeyri-üzvi birləşmələrlə əlaqədar kvant-kimyəvi üsulları inkişaf etdirmişdi. 1932-ci ildə Lennard-Cons ilk dəfə olaraq adsorbentin səthi ilə adsorbat atomu arasında kimyəvi rabitənin yaranması ehtimalını nəzəri cəhətdən əsaslandırmışdı. O göstərmişdi ki, belə bir rabitənin yaranmasının aktivləşmə enerjisi adsorbsiya (kimyəvi və ya fiziki) növünün meyarıdır. Lennard-Cons 1933-cü ildən London Kral Cəmiyyətinin üzvü və 1948–1950-ci illərdə Faradey Cəmiyyətinin prezidenti olmuşdu.

  • Volkov VA, Vonsky EV, Kuznetsova GI Dünyanın görkəmli kimyaçıları. — Moskva: VŞ, 1991. 656 p.
  • Böyük Sovet Ensiklopediyası. 30 cilddə.
  1. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.