Cekson Pollok

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cekson Pollok
ing. Paul Jackson Pollock
Doğum adı Paul Jackson Pollock
Doğum tarixi
Doğum yeri Kodi, Vayominq, ABŞ
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Sprinqs, Saffolk, Lonq-Aylend, Nyu-York ştatı, ABŞ
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti rəssam, boyakar[d], rəssam-qravürçü[d]
Təhsili
  • Nyu-York tələbə-rəssam liqası[d]
Janr Abstraksionizm
Stil Abstrakt ekspressionizm
Tanınmış işləri
Hamisi Peggi Quggenhaym
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur.

Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu.

Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.[1][2]

  1. Varnedoe, Kirk; Karmel, Pepe (1998).
  2. Horsley, Carter B., Mud Pies, Jackson Pollock, Museum of Modern Art, November 1, 1998 to February 2, 1999, The Tate Gallery, London, March 11 to June 6, 1999 "While it is de rigueur to concentrate on the Arxivləşdirilib 2022-02-09 at the Wayback Machine signature works that define an artist’s "style," it is very important to understand its evolution.