Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1981
Mövzu Tarix
Yerləşir Cəlilabad, Heydər Əliyev prospekti 269
Kolleksiyası 4810 eksponat
Muzeyə yetişmək 39°12'33"N 48°30'10"E
Telefon (+994 25) 243-40-25
İş rejimi (II – VII) 10:00 – 18:00

Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır.[1]

Cəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.[2]

Muzey ekspozisiyası

[redaktə | mənbəni redaktə et]

Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.[3]Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir:

  1. Təbiət bölməsi
  2. Arxeloji bölmə
  3. Antik və Orta əsrlər bölməsi
  4. Hərbi bölmə
  5. Kənd təsərrüfatı bölməsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Yeni muzeyin açılışı". =https://azertag.az. İstifadə tarixi: 26.11.2020.
  • "Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyi". http://kataloq.gomap.az. İstifadə tarixi: 26.11.2020.
  • "Beynəlxalq muzeylər günü". http://celilabad-ih.gov.az. İstifadə tarixi: 26.11.2020.
  • "Muzey haqqında". http://kataloq.gomap.az. İstifadə tarixi: 26.11.2020.