Cəbrayıl (arxangel)
Cəbrayıl | |
---|---|
Xatirə günü | 29 sentyabr[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir.
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Yəhudilikdə
[redaktə | vikimətni redaktə et]Cəbrayıl mələyəi yəhudi müqəddəs mətnlərində ilk dəfə Danielin kitabında rast gəlinir. Bu kitabda o, Danielin yuxusunu yozan eyni zamanda "uçaraq gələn və anlayış bəxş edən bir mələk" olaraq təsvir edilir.[2] Cəbrayıl eyni zamanda İslam dinində olduğu kimi Peyğəmbərlərə vəhi gətirən[3] və insan surətində görünən bir mələk olaraq bilinir.[4] Yuxarıda da qeyd etdiyimiz kimi Danielin kitabı xaricində Əhdi-Ətiqdə Cəbrayıl adı keçmir. Buna baxmayaraq Yəhudi etiqadına görə Tövratda İbrahim peyğəmbərə gələn, Sodom və Qomora şəhərlərini məhv edən üç mələkdən biri, Asur əsgərlərini məhv edən, eyni zamanda Talmudda dünyadakı meyvələri yetişdirən bir mələk olduğu[5] bundan başqa Musa peyğəmbərin dəfnində iştirak edən altı mələkdən biri olduğun qeyd olunur.[2]
Xristianlıqda
[redaktə | vikimətni redaktə et]Xristian müqəddəs mətinlərində Zəkəriya peyğəmbərə Yəhya peyğəmbəri, İmran peyğəmbərin qızı Məryəmə isə İsa peyğənbərin doğumu ilə bağlı xəbərləri gətirən mələk olduğu bilinir. Bununla yanaşı Xristian inancına görə qiyamət günündə sura üfürəcəyinə inanılır. Eyni zamanda Cəbrayıl peyğəmbərlərə insan şəklində görünüb vəhy gətirən mələk olduğu və Yəhudilikdən fərqli olaraq onun mərhəməti təmsil etdiyinə inanılır.[2]
İslamda
[redaktə | vikimətni redaktə et]Cəbrayıl adı İslamda vəhyi mələyinin xüsusi adıdır. Bu ad Qurani-kərimdə üç yerdə Cibril şəkildə keçir. Eyni zamanda Cibril nəzərdə tutularaq ər-ruh, ruhən, rəsulun kərim, rəsulu rəbbik, ər-ruhu-l-əmin və ruhu-l-quds olaraq da keçir. Hədisdə isə Cəbrayıl "ən-namus" deyə adlanır.[6] Qurani-kərimdə Məhəmməd Peyğəmbərin mələk Cəbrayılı iki dəfə öz surətində gördüyü qeyd olunur.[7] Hədislərdə isə Məhəmməd Peyğəmbərlə Cəbrayılın insan şəkilində əlaqə qurmasından danışılır. Bu şəxsin "Dihyə-əl-Kəlbi" olduğu rəvayətlərdə qeyd olunur.[8] Cibril hədisi olaraq bildiyimiz başqa bir hədisdə isə onun təkcə Məhəmməd Peyğəmbər deyil, onun yanında olan səhabələr də görür.[3] Cəbrayılın görünüşü ilə bağlı Qurani-kərimdə bir məlumat olmasa da hədislərdə bəzi məlumatlara rast gəlinir. Misal üçün, onun 600 qanadının olması, yer ilə göy arasını tutması qeyd olunur.[3]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://www.vaticannews.va/pt/santo-do-dia/09/29/san-gabriel-arcanjo.html.
- ↑ 1 2 3 M. Sərdar, "Semavi Dinlerde Dörd Büyük Melek", (İlahiyat Fakültesi Dergisi, 2008)
- ↑ 1 2 3 A. Çolak, "Kuran ve hadislere göre melek", (Gümüşhane 2012
- ↑ M.B. Şeyran, "Klassik türk şirinde melek düşüncesi", (Ankara Hacı Bayram Veli Üniversitesi, Temmuz-2020)
- ↑ Z. Keleş, "Yahudilikde melek inancı", (T.C. Marmara Universitesi Sosiyal Bilimler Enstitüsü Felsefe ve Dini Bilimleri Ana Bilim Dalı Felsefe ve Dini Bilimleri Proqramı Yüksek Lisans Tezi,İzmir-2019)
- ↑ B. Topaloğlu, İ. Çelebi, M. S. Özervarlı, M. Sinanoğlu, İslam dininin əsasları, (Nurlar nəşriyyat Bakı-2010)
- ↑ Nəcm, 53/13,14; Ənam, 6/103.
- ↑ M. İsmayılov, Təfsir üsulu və tarixi, (Bakı İslam Universiteti nəşri 2013)