Cəbhədən cəbhəyə (Seyidbəyli)
Cəbhədən cəbhəyə | |
---|---|
Müəllif | Həsən Seyidbəyli |
Janr | Roman |
Mövzu | Dedektiv |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 1961 |
Seriya | “XAN” milli ədəbiyyat |
Nəşriyyat |
Uşaqgəncnəşr (1961) Gənclik (1988) Hədəf Nəşrləri |
Səhifə |
555 (1978) 272 (1988) 372 |
Cəbhədən cəbhəyə — Azərbaycanlı məşhur kinorejissor və ssenari müəllifi kimi də tanınmış görkəmli yazıçı Həsən Seyidbəylinin romanı.[1] Əsər Azərbaycan Sovet Ədəbiyyatının incilərindən sayılır. 1961-ci ildə çap olunan kitab Azərbaycan detektivinin şah əsəri də hesab edilir.[2]
Roman milis işçilərinin çətin, məsuliyyətli işinə həsr olunmuşdur. Əsərdəki hadisələr Böyük Vətən müharibəsi illərində Bakı şəhərində cərəyan edir.
Məzmun
[redaktə | mənbəni redaktə et]Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yaralanaraq yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib.
Nəşr
[redaktə | mənbəni redaktə et]Roman ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1961-ci ildə Uşaqgəncnəşrdə, 1979-cu ildə 555 səhifədə[3], 1988-ci ildə isə 272 səhifədə təkrar nəşr edilib.[4]
Hədəf Nəşrləri tərəfindən “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində latın qrafikalı Azərbaycan əlifbası ilə 372 səhifədə 2013, 2017 və 2020-ci illərdə təkrar nəşr edilib.[5]
Qəbul
[redaktə | mənbəni redaktə et]2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru Baba Babayevin həm də "Cəbhədən-cəbhəyə" əsəri barədə olan Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyası yazıçının 90 illik yubiley tədbirləri ərəfəsində nəşr edilib.[6]
Məhərrəm Zeynal Həsən Seyidbəylidən bəhs edən "O ədəbiyyat üçün çalışırdı" başlıqlı məqaləsində "Cəbhədən cəbhəyə" romanını "kəskinsüjetli nəsr" adlandırır.[7]
Satış
[redaktə | mənbəni redaktə et]"Hədəf” Nəşrləri və "XAN” nəşriyyatının 2015-ci ilin aprel ayı üçün ən çox satılan 30 bədii və tərcümə kitabları arasında 12-ci olub.[8]
2015-ci ilin mayında da Azərbaycanda ən çox satılan kitablardan biri olub.[9]
Hədəf Nəşrləri və “XAN” nəşriyyatının 2015-ci ilin noyabr ayı üçün ən çox satılan 30 bədii və tərcümə kitablarının siyahısında 10-cu olub.[10]
Adaptasiya
[redaktə | mənbəni redaktə et]1970-ci ildə ekranlara çıxmış “O, qızı tapın” filminin ssenarisində qismən bu romandan da istifadə olunub.[11]
2012-ci ildə azərbaycanlı rejissor Kənan MM Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” əsərinə film çəkmək istədiyini deyib.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Cəbhədən cəbhəyə". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Ata-anamız bu kitablarla böyüdü - SİYAHI". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ ""Cəbhədən cəbhəyə" kitabı". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Kitabın Adı: Cəbhədən cəbhəyə[ölü keçid]
- ↑ ""Cəbhədən cəbhəyə" – Həsən Seyidbəyli" ( (az.)). hedefnesrleri.az. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
- ↑ "Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "O ədəbiyyat üçün çalışırdı". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Apreldə ən çox satılan kitablar". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Bakıda ən çox satılmış 30 kitabın adı açıqlanıb". 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Noyabr ayında ən çox satılan kitabların siyahısı açıqlandı". 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Həsən Seyidbəylinin oğlu: "Atamın Amaliya Pənahovadan xoşu gəlmirdi" - Müsahibə". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Azərbaycanlı yazıçılardan kimlərin əsərinə serial çəkmək olar? - SORĞU". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Goodreads–də Cəbhədən cəbhəyə
- ""Cəbhədən cəbhəyə" – Həsən Seyidbəyli" ( (az.)). hedefnesrleri.az. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
- Həsən Seyidbəyli yaradıcılığının nəsr təkamülü:"Cəbhədən-cəbhəyə" - Baba Babayev yazır