Beynəlxalq Farmakologiya İttifaqı
Beynəlxalq Farmakologiya İttifaqı IUPHAR[1] | |
---|---|
Yaranma tarixi | 1959 |
iuphar.org |
Beynəlxalq Farmakologiya İttifaqı (ing. International Union of Basic and Clinical Pharmacology) — üzv ölkələrin və regionların farmakoloqlarını təmsil edən milli təşkilatların könüllü qeyrikommersiya assosiasiyası. 1959-cu ildə Beynəlxalq Fiziologiya Elmləri İttifaqının bölməsi kimi əsası qoyulmuş, 1966-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərir. 1972-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. 60 milli farmakoloqlar cəmiyyətini özündə birləşdirir.
Beynəlxalq Farmakologiya İttifaqının əsas vəzifələri bütün dünya da farmakologiya cəmiyyətləri arasında əməkdaşlığın dəstəklənməsindən; farmakoloqların beynəlxalq və regional qurultaylarının maliyyələşdirilməsi və onların təşkilinə yardımdan; elmi tədqiqatlara dair məlumatların beynəlxalq mübadiləsinin həvəsləndirilməsindən; farmakoloqlar ilə digər elm sahələrinin nümayəndələri arasında əməkdaşlığa yardımdan; bütün dünyada farmakoloji tədqiqatların həyata keçirilməsinə dəstəkdən; farmakologiya sahəsində kütləvi informasiyanın nəşri proqramlarına yardım edilməsindən ibarətdir.
Beynəlxalq Farmakologiya İttifaqı nəzdində İcraçı komitə, habelə üzvlük, seçki komitələri; dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitə yaradılmışdır. Beynəlxalq Farmakologiya İttifaqı müntəzəm olaraq farmakoloqların ümumdünya konqresini keçirir, Beynəlxalq farmakologiya xəbərlərini nəşr edir, həmçinin ittifaqın üzvləri haqqında məlumatlar təqdim edir, dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitənin rəsmi hesabatını soraq kitabçalarını dərc edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 514. ISBN 978-9952-441-07-9.