Belveder 21
Belveder 21
Belvedere 21 | |
Ölkə | Avstriya |
Şəhər | Vyana |
Binanın tipi | Modernizm |
Status | mədəni irs abidəsi |
Sayt | Rəsmi sayt |
Belveder 21 Vikianbarda | |
Belveder 21 (alm. Belvedere 21; 2018-ci ilə qədər bina 21- ci ev adlanırdı, alm. 21er Haus21; 2011-ci ilin noyabrına qədər isə 20-ci ev adlanmış, alm. 20er Haus)[1][2]— şüşədən və poladdan hazırlanmış ev. Bina 1958-ci ildə arxitektor Karl Şvanser tərəfindən modernizm üslubunda inşa edilmişdir. Bina avstriya pavilyonu kimi ümumdünya sərgisi (Ekspo 58) üçün nəzərdə tutulmuşdur.[3]
Tarixi
[redaktə | vikimətni redaktə et]1958-ci ildə Şvanserin bu layihəsi innovativlik və perespektivlik baxımdan «Qran-pri memarlıq» mükafatına layiq görülmüş. (fr. Grand Prix d’Architecture). Şavaner öz layihəsində ən az xərc hesabına maksimal effekt əldə etməyə çalışmışdır. Həqiqətəndə avstriyanın büdcəsi o dövrün Ekspo 58-in iştirakçı dövlətləri ilə müqayisədə yetərincə aşağı idi. Yüngül konstruksiyadan qurulmuş yuxarı mərtəbə 6 metr hündürlükdə yerləşir. Ölçüləri 40х40 metr olan bu hissə dört dirək üzərində qurulmuş və üzən effekt yaradır. Binanın önündə Fris Votruba xüsusi formalı relyefli abidə qurmuş və sərginin ən yaxşı sənət əsəri adına layiq görülmüş.
Sərginin bitməsindən sonra pavilon sökülərək Brüsseldən Landaştras rayonunun isveçrə bağına gətirilmiş. 1962-ci ildə binada Vyana XX əsr muzeyi açılmış.[4][5] 1979-2001- ci illərdə bina Vyananın müasir sənət muzeyinə məxsus olmuş.[6]
Müasir vəziyyəti
[redaktə | vikimətni redaktə et]2009-2011-ci illərdə bina memar Adolf Krişanisem tərəfindən yenidən bərpa olunmuşdur. (alm.)[7] və 15 noyabr 2011-ci ildən bina Avstriya Belveder sərgisinin saray kompleksinə daxil edilmiş. 2018-ci ildən Belveder 21 adını daşıyır. Bina pavilonunda XX – XIX əsr avstriya sənətkarlarının rəsm əsərləri saxlanılır. Bundan başqa binada Frisa Votrubanın da işləri qorunur. Binada həm də Avstriya federal hakimiyyətinin bədii kitabxanası yerləşir. 2009-2011-ci illərdə həyata keçirilmiş bərpa işləri nəticəsində binanın xarici görünüşü demək olar ki, heç dəyişilmədi. Ancaq binanın iki yeraltı mərtəbəsi yaradıldı. Tavan asbestdən təmizlənmiş, böyük şüşə pəncərələr istilik qoruyucu pəncərələrlə əvəz edildi. Muzeydə Votruba fondunun 500-dən çox daşdan və bürüncdən hazırlanmış eksponat saxlanılır. 2500 rəsm əsəri, 1500 sənəd və 14 yağlı boya rəsmi var. Binada həmçinin uşaq bədii studiyası, bədii ədəbiyyat mağazası, restoran və kinoteatr fəaliyyət göstərir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ m.b.H., STANDARD Verlagsgesellschaft. "Agnes Husslein: "Wir bekommen eine herrliche Plattform"". derStandard.at. 2018-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
- ↑ "Start für Umbau des 20er-Hauses - oesterreich.ORF.at" (ingilis). wiev1.orf.at. 2016-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
- ↑ m.b.H., STANDARD Verlagsgesellschaft. "Das Jahrhunderthaus". derStandard.at. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
- ↑ "20er Haus wird zum 21er Haus oesterreich.ORF.at" (ingilis). wiev1.orf.at. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
- ↑ "Wiedergeburt eines Kunstkraftwerks". news.ORF.at (alman). 2011-09-20. 2017-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
- ↑ Wegweiser zum 21er Haus, gesehen 29. Dezember 2011
- ↑ Jan Tabor: Als Österreich im 20. Jahrhundert angekommen war, in: Wochenzeitung Falter, Wien, Nr. 35 / 2009, S. 21