Bal porsuğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bal porsuğu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Bal porsuğu
Beynəlxalq elmi adı

Bal porsuğu (lat. Mellivora capensis) — AfrikaAsiyada yaşayan dələlər fəsiləsinə aid olan bir növ. Mellivorinae alt fəsiləsində yeganə olan bal porsuğu monotipik cins (Mellivora) kimi təsnif edilir. Çox kiçik ölçüsünə baxmayaraq vəhşiliyi və qorxmazlığı ilə tanınır[3][4]. Ginnesin Rekordlar Kitabı 1998-2003-cü illər üçün nəşrlərində bal porsuğunu "dünyanın ən qorxmaz məməlisi" elan etmişdir[5][6].

Bal porsuğu orta boylu bir heyvandır (Avropa porsuğundan bir qədər kiçikdir), bədən uzunluğu təxminən 70-75 sm, quyruğu orta hesabla 18-20 sm[-ə (25 sm-ə qədər) çatır. Çəkisi 7 ilə 13 kq arasında dəyişir. Erkəklər dişilərdən bir qədər ağırdır. Bal porsuqunun bədən quruluşu köklü və çömbəlmiş, ayaqları və quyruğu nisbətən qısa, ön pəncələri qazmağa uyğunlaşmış iti pəncələrlə təchiz olunmuşdur. Başı uzunsov və genişdir, qısa iti buruna, kiçik göz və qulaqlara (qulaqların hündürlüyü təxminən 2 sm-ə çatır).

Bal porsuqlarının tükləri qaba, kürəklərinin tükləri isə kifayət qədər uzunsov olur. Bal porsuqlarının xəzləri aydın demarkasiya ilə qara və ağ rəngdədir. Bir qayda olaraq, başdan quyruğa qədər ağ və boz rənglərin qarığına malik xəzə sahibdir. Bədənin yanları və aşağı hissəsi, ağız və ətraflar da daxil olmaqla qara rəngə boyanmışdır. Afrikanın bəzi cəngəllik bölgələrində, məsələn Konqo Demokratik Respublikasının şimalında, tamamilə qara rəngli nümunələrə də rast gəlinir.

Bal porsuqunun yayılma arealı Afrika və Asiyanın böyük hissələrini əhatə edir. Afrikada Mərakeş və Misirdən Cənubi Afrikaya qədər demək olar ki, hər yerdə rast gəlinir. Asiyada onun yaşayış yeri Ərəbistan yarımadasından Orta Asiyaya (Türkmənistanın cənubunda), həmçinin HindistanNepala qədər uzanır. Bal porsuqları müxtəlif iqlim qurşaqlarında, o cümlədən çöllərdə, meşələrdə və dağlıq ərazilərdə 3000 metrə qədərki bölgələrdə yaşayırlar. Bununla belə, səhralar və ya tropik meşələr kimi çox isti və ya rütubətli bölgələrdən qaçırlar. Asiyada bal porsuğu əsasən dağlıq ərazilərdə, daha az çay vadilərində, dağətəyi və dağlıq qumlu bölgələrdə yaşayırlar.

Bal porsuqları əsasən toran və ya gecələr aktivdirlər, lakin əldəyilməmiş bölgələrdə və ya sərin havalarda onları günün işıqlı saatlarında da görmək olar. Yatmaq üçün, yumşaq materialla örtülmüş, bir metrdən üç metrə qədər dərinliyi olan təbii çuxurlardan istifadə edirlər. Bal porsuqlarının ərazilərində bir neçə belə yuva var və onlar bir gündə uzun səfərlər etdikləri üçün, demək olar ki, iki gecə ardıcıl olaraq eyni yerdə gecələmirlər. Yemək axtarışında onlar yerdə hərəkət edirlər, lakin bəzən ağaclara da dırmaşırlar, xüsusən də onlara adını verən bala çatmaq istədikdə bunu sıx-sıx edirlər.

Dələlər fəsiləsinin əksər digər növləri kimi, bal porsuğu da tək yaşayır və yalnız bəzən kiçik qruplarda - adətən gənc ailələrdə və ya gənc sürülərində müşahidə edilə bilirklər. Onların bir neçə kvadrat kilometr ərazini əhatə edən nisbətən böyük fərdi əraziləri olur. Xüsusi anal vəzilər tərəfindən ifraz olunan sekresiyadan istifadə edərək yaxınlarına varlıqları barədə məlumat verirlər. Digər mənbələrə görə, bal porsuqları əsasən cüt şəklində yaşayır. Bal porsuqları demək olar ki, heç bir təbii düşməni olmayan çox qorxmaz və hətta aqressiv heyvanlar hesab olunurlar. Onların çox qalın dəriləri (qarın nahiyyəsindəki nazik təbəqə istisna olmaqla) bəzi hallarda hətta iri yırtıcı pişiklərin və zəhərli ilanların dişləri ilə də deşilə bilməz. Bal porsuqlarının uzun pəncələri və dişləri olan güclü ön ayaqları təsirli müdafiə silahıdır. Bundan əlavə, onlar da skunks kimi, hücuma məruz qaldıqları təqdirdə üfunət qoxuya bilirlər. Əgər təhlükə hiss etsələr, ölçüsü özlərindən əhəmiyyətli dərəcədə böyük olan heyvanlara, o cümlədən inəklərə və camışlara hücum edirlər. Görünüşü, bədən quruluşu, qorxmazlığı, xarakterik aqressiv davranışı və hər şeyi yeməsi ilə bal porsuğu dələlər fəsiləsinin başqa bir nümayəndəsi olan Sibir porsuğunu heyrətamiz şəkildə xatırladır.

Avrasiyanın daha şimal bölgələrindəki porsuqlardan fərqli olaraq, bal porsuğu qış yuxusuna getmir. Bal porsuqlarının boğazlıq dövrü ilə bağlı müxtəlif məlumatlar var ki, yəqin ki , bütün dələlərə xas olan döllənmiş yumurtanın inkişaf sürətinin dəyişməsi ilə əlaqədardır. Cütləşmə ilə doğuş arasında beş və ya altı ay var, lakin faktiki hamiləlik, ehtimal ki, daha qısadır. Bal porsuğu ilk həftələrini quru bitkilərlə örtülmüş yuvada keçirən iki-dörd arası bala doğur. Balalar anaları ilə kifayət qədər uzun müddət, əksər vaxt bir ildən çox qalır. Bal porsuqunun təbiətdəki ömrü məlum deyil, lakin qapalı şərasitdə 26 ilə qədər ola bilər.

Bal porsuqlarının kobra kimi ilanların zəhərinə qeyri-adi reaksiyası hələ öyrənilməyib. Bir dişləmədən sonra xarici reaksiya qıcolma və ölüm kimi görünür, lakin sonradan (2 saatdan sonra) heyvan canlanır və normal həyata qayıdır.[7]

İnsan və bal porsuğu

[redaktə | vikimətni redaktə et]
Bal porsuğu SSRİ-nin poçt markasında. 1987-ci il

Geniş coğrafiyada yayılmalarına baxmayaraq, bal porsuqlarına nadirən rastlanılır, çünki hər bir heyvanın özünə məxsus çox böyük bir ərazisi olur. İnsanlar onları daha çox zərərvericilər kimi qəbul edir, çünki bal axtarışında arı yuvalarını məhv edir, həmçinin ev quşlarını yemək üçün bəzən toyuq hinlərinə girirlər. Zəhərlənmiş yemlərdən və tələlərdən istifadə edərək bal porsuğunun sayına nəzarət bəzi bölgələrdə, o cümlədən Cənubi Afrikada onların populyasiyalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Ancaq bal porsuğu bu gün nəsli kəsilməkdə olan heyvan hesab edilmir.

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Zambatis N. The honey badger — a tough customer. // Fauna and Flora. — 1970. — No. 27 — P. 1. Sitat: «For its ferocity and fearlessness the honey badger is surprisingly small.»
  4. Luke Hunter, ‎Susan Rhind, ‎David Andrew. Watching Wildlife: Southern Africa. — 2002. — P. 239. Sitat: «their reputation for ferocity is well earned».
  5. The Guinness Book of Records. — 1998. — P. 119. Sitat: «BRAVEST MAMMAL».
  6. The Guinness Book of Records. — 2003. — P. 82. Saitat: «MOST FEARLESS MAMMAL».
  7. "National geographic Documentary - Honey Badger". gizmodo.com. 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.