Bənəniyar
Bənəniyar | |
---|---|
39°08′47″ şm. e. 45°39′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Bənəniyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndi Əbrəqunus kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bənəniyar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimiyası
[redaktə | mənbəni redaktə et]Əlincə çayının (Arazın qolu) sağ sahilində, Zəngəzur silsiləsinin yamacındadır. Bəzi ədəbiyyatlarda Bənəniyar, Bənənigar kimi qeydə alınmışdır. Oykonim bənən (bələn) və yar (yarğan, dərə) komponentlərindən ibarət olub, "dağ boynunda yarğan, dağ aşırımında çuxur yer" mənalarını bildirir. Kəndin coğrafi mövqeyi oykonimin ifadə etdiyi mənaya uyğundur.[2]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Bənəniyar rayonun ən iri yaşayış məntəqələrindən biridir. Kənd təsərrüfatı işləri əhalinin əsas məşğuliyyətlərindən biridir.
Burada Muxtar Respublikanın ən iri su anbarlarından biri, Bənəniyar su anbarı (17 mln. m³), yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 3385 nəfərdir.[3]
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Akif Əliyev — kimya elmləri doktoru.
- Əliəddin Abbasov — Azərbaycan alimi.
- İbrahim Məmmədov — аktyоr, Аzərbycan Rеspublikаsının хаlq аrtisti.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.