Bürhan Kərimov
Bürhan Kərimov | |
---|---|
Bürhan Kərim oğlu Kərimov | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Kərim |
Elm sahəsi | atom fizikası |
Elmi dərəcələri | fizika-riyaziyyat elmləri doktoru (1962), professor, |
Təhsili |
Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsi, Moskva Dövlət Universiteti |
Tanınır | professor, dünyada tanınmış atom fizikasının nümayəndəsi |
Bürhan Kərimov (1922, Ağdaş) — MDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru.
Həyatı
[redaktə | vikimətni redaktə et]Bürhan Kərimov 1922-ci ildə Ağdaş rayonunda anadan olub. 1939-cu ildə Ağdaş şəhər S.M. Kirov adına orta məkətbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) fiziki-riyaziyyat fakültəsini bitirmişdir. 1944-45-ci illərdə fizika kafedrasında assistent işləmişdir. 1946-49-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin aspirantı olmuşdur. 1950-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. B.Kərimov 1962-ci ildə fizik-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]O, 1953–76-cı illərdə M.V Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində nəzəri fizika kafedrasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən həmin kafedrada professor işləmişdir. B.Kərimov 1950–53-cü illərdə ADU-nun nəzəri fizika kafedrasında baş müəllim və dosent işləmişdir. "Kvant mexanikası", "Elektrodinamika", "Elektron nəzəriyyəsi" və "Nüvə fizikası" kursları mühazirələrini oxumuşdur. B.Kərimovun elmi işləri zərrəciklər fizikasının və nüvə fizikasının müasir problemlərinin tədqiqinə həsr olunub. Dünyada tanınmış atom fizikasının nümayəndəsi, atom fizikası kafedrasının müdiri. Dünya şöhrətli alimin atom fizikasına aid çoxlu elmi əsərləri var. B.Kərimov 200-dən çox elmi işlərin müəllifidir. O, 30 elmlər namizədi və 4 elmlər doktoru hazırlamışdır.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı ,2013, səh.156