Böyük Sfinks
Misir Tanrıları Sfinks | |
---|---|
Böyük Sfinks | |
Adı | Sfinks |
Sfinks — Qədim Misir mifologiyasına görə qoruyucu tanrı (başı insan, bədəni şir). Cizədə Qədim Misir dövründə qurulmuş sfinks heykəli. Nilin qərb sahilində, Gizə yaylasında yerləşir. Ehtimala görə, Qədim Padşahlıq dövründə (təqribən e.ə. 1575-1465-ci illər) qurulmuşdur. Nəhəng və monolit qayadan yonulmuş uzanmış, insan başlı şir formasında heykəlin uzunluğu 73 m, hündürlüyü 20 metrdir.
Heykəlin üzü Nil çayına, gündoğana baxır. Qədim Şərqdə şir günəş ilahisi kimi tərənnüm edilirdi. Qədimdən fironlar şikarını parçalayan aslan kimi təsvir edilirdilər. Buna əsasən də Sfinks firon məqbərələrinin qoruyucucusu sayılır. Qədim Misir mənbələrində ad barəsində elə bir dəlil və məlumat verilmir. Sfinks sözü yunan dilində "boğan" deməkdir. Orta əsrlər ərəb mənbələrində ("Min bir gecə" mətnində) sfinks "dəhşət(in) atası" adlandırılır.