Böyük Qatçina sarayı
Böyük Qatçina sarayı | |||||
---|---|---|---|---|---|
Большой Гатчинский дворец | |||||
59°33′50″ şm. e. 30°06′28″ ş. u.HGYO | |||||
Ölkə | Rusiya | ||||
Şəhər | Qatçina | ||||
Yerləşir | Qatçina | ||||
Memar | Antonio Rinaldi | ||||
Sifarişçi | II Yekaterina | ||||
Əsas tarixlər |
|
||||
Tikilmə tarixi | 1766—1781 | ||||
Üslubu | Klassisizm | ||||
Sahəsi |
|
||||
Vəziyyəti | muzey | ||||
Rəsmi sayt | gatchinapalace.ru | ||||
Rəsmi adı: Historic Centre of Saint Petersburg and Related Groups of Monuments | |||||
Tipi | Mədəni | ||||
Kriteriya | i,ii,iv,vi | ||||
Təyin edilib | 1990 | ||||
İstinad nöm. | 540-012 | ||||
Dövlət | Rusiya | ||||
Region | Avropa | ||||
İstinad nöm. | 4710204013 | ||||
Mühafizə dərəcəsi | Federal | ||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Qatçina sarayı 1766-1781-ci illərdə II Yekaterinanın favoriti qraf Qriqori Orlov üçün Antonio Rinaldinin layihəsinə əsasən tikilmişdir. Gümüş gölün yanındakı təpədə yerləşən saray hal-hazırda hündür ağaclarla əhatələnmişdir və orta əsrlər qəsrini xatırladır. Sarayın interyeri XVIII əsrin ikinci yarısında mövcud olan rus klassizmi və XIX əsr tarixiliyi nümunəsindədir. Saray çar ailəsinin istirahət etdiyi ən sevimli yerlərdən biri olmuşdur.
Sarayın tarixi
[redaktə | vikimətni redaktə et]Tikintisi
[redaktə | vikimətni redaktə et]1765-ci ildə II Yekaterina knyaz Boris Aleksandroviç Kurakinaidən Qatçina xutorunu almışdır. Heç bir sənəddə öz təsdiqini tapmasa da deyilənə görə II Yekaterina bu yeri öz favoriti qraf Qriqori Qroqoriyeviç Orlova 1762-ci ildə onun imperatriçə olması ilə nəticələnən saray çevrilişinin təşkilində iştirakına minnətdarlıq əlaməti olaraq bağışlamışdır. 30 may 1766-cı ildə xutor ərazisində Qatçina sarayının tikintisinə başlanılmışdır. Saray layihəsinin hazırlanması saray memarı italyan Antonio Rinaldiyə həvalə olunmuşdur. Qatçinada o, italyan villasını canlandırmağa cəhd göstərsə də, lakin İtaliyada mövcud olan ənənəvi bağ quruluşu ilə yox, məhz ingilis peyzajı ilə əhatə olunması bu sarayın tutqun orta əsrlər qəsri ilə assosiasiya yaratmasına səbəb olmuşdur. Bu sarayın orta əsrlə qəsrinə oxşarlığını divarlarına, qüllələrinə və yeraltı gedişlərə daş üz çəkilməsi olmuşdur. İlkin layihəyə əsasən yaradılacaq xəndək sarayın istehkamı kimi yox, hasarı kimi olmalı idi. Sarayın tikintisi çox ləng aparılırdı. 1768-ci ildə saray karnizə qədər ucaldılmış, 1770-1772-ci illərdə isə sarayın xarici işləmələri aparılmışdır. Daxili işləmələr isə 1770-ci illərdin sonlarına qədər ləngimişdir. (1950-ci illərə qədər sarayın mərkəzi korpusunda yerləşən mis lövhədə sarayın tikintisinin başlama və bitmə tarixi qeyd olunmuşdur: “30 may 1766-cı ildə tikintiyə başlanılmış, 1781-ci ildə bitmişdir.” Tikinti işləri italyan italyan daş ustası Cüzeppe Peduççi tərəfindən aparılmışdır.
Yeni sarayın tikintisinin bitməsindən sonra tikili özündə üç əsas hissəni birləşdirirdi. Əsas hissədə iki qüllə ilə əhatələnmiş üçmərtəbəli korpusu, cənub tərəfsə saatları, şimal tərəfdə isə ildırım ötürücüsü vardı. Əsas korpus qalereyalar vasitəsilə iki birmərtəbəli xidmət yerləri ilə - Mətbəx və Tövlə karelərinin həyətləri ilə birləşirdi. Bu həyətlər dördbucaqlı qapalı formada idi və künclərində səkkizbucaqlı qüllələr yerləşirdi. Vestibül və parapetə üz çəkilməsi Pudost qəsəbəsindən gətirilmiş daşlarla aparılmışdır. Sarayın bu illərdəki daxili bəzəyi haqda demək olar ki, heç bir məlumat qalmamışdır. Lakin iddia olunur ki, böyük kyaz Pavel Petroviç qrad Orlovun ölümündən sonra malikanəni əldə etdikdən sonra yenidənqurma işləri zamanı ən yaxşılarını olduğu kimi saxlamış, lakin sarayın statusuna müvafiq olmayanlarda isə dəyişiklilər aparılmasına göstəriş vermişdir.
Qraf Orlov bu sarayda çox az müddət yaşamışdır. Onun 1783-cü ildə vəfatından sonra Qatçina II Yekaterinanın qardaşalrı tərəfindən geri alınmış və 6 avqust tarixində böyük knyaz Pavel Petroviçə (gələcək imperator I Pavel) bağışlanmışdır. Bu vaxt Pavel Petroviçin başı öz iqamətgahının tikintisinə qarışmışdır. Sonradan həmin yer Pavlovski kəndi adlanır. Şəxsi büdcəsinin məhdudiyyətinə görə, o Qatçina ilə bağlı işlərini ancaq 1790-ci illərdə Pavlovski kəndində əsas işlərin bitməsindən sonra apara bilmişdir.
Sarayın birinci yenidən qurması
[redaktə | vikimətni redaktə et]Sarayın yenidən qurması ilə bağlı həyata keçirilməyən bir neçə layihə mövcud olmuşdur. Onlardan biri xüsusi maraq doğurur. Belə ki, 1783-cü ilə aid edilən planda Qatçina sarayının oxunda ( indiki Baltik vağzalının yerində) , sarayın qarşısında geniş meydana malik olan monumental saray yerləşdiyi bildirilir. Bu layihə Qatçinada həyata keçirilməmişdir. Lakin Sankt-Peterburqda yerləşən Mixaylov qəsrinin prototipi sayılır.
1790-ci illərin əvvəllərdində sarayın daxili yerlərində dəyişikliklər aparılmağa başlanıldı. Həmin dəyişikliklərdən biri kimi Mətbəx həyətində Çesmen və onun ardınca Oval qalereyanın peyda olması olmuşdur. 1794-cü ildэ Mərmərdən yeməkxanasında sütunlar qoyulmuşdur. Pavel Petroviçin taxta çıxamasından sonra sarayın daxili yerlərinin görkəmi indiki kimi olmuşdur. 1797-ci ilin yazına kimi tələsik yaradılan tək yer sonradan “Rotarinin otağı” adını almış Yunan qalereyası və kiçik bir otaq olmuşdur.
Pavel Petroviçin taxta çıxması sarayın genişlənməsinə səbəb olmuşdur. Belə ki Qatçina böyük knyazın şəhərkənarı iqamətgahından imperatorun şəhərkənarı iqamətgahna çevrilir. Belə ki bura həm imperatorun ailəsinin bütün üzvlərinin burada yaşaması, həmçinin burada artistlərin çıxışı, qonaqların qəbulu üçün çox rahat bir yer idi. Saray işlərinin aparılmasının əsas mərhələso 1796-cı ilin payızında memar Vinçenso Brenn tərəfindən aparılmışdır. Ona hər iki karenin ikinci və üçüncü mərtəbəsinin yenidənqurulması və onların evə uyğun olması, həmçinin əsas korpusun ikinci mərtəbəsində kolonnadların yaradılması işləri tapşırılmışdı. Yenidənqurma işlərindən sonra açıq qalereyaların əvəzinə dekor olunmuş sütunlar peyda olmuşdur. Bundan başqa əsas korpusun mərkəzində birinci mərtəbədə açıq arkadların yerinə divarlar peyda olmuşdur. Arsenal karesində və əsas korpusda I Pavelin ailəsi üçün nəzərdə tutulmuş otaqların yenidənqurma işəri 1797-ci ildə başlanılmışdır. Bundan başqa sarayın önündə yeləşən meydan daha da genişləndirilmişdir.
1800-ci ildə I Pavel Andrey Dmitriyeviç Zaxarovu Qatçinanın baş memarı təyin eləyir. O, Brennin Peterburqda Mixaylov qəsrinin tikintisi ilə məşğul olması ilə əlaqədar sarayda yarımçıq qalmış bəzi işləri tamamlamışdır. O, əsasən Mətbəx karesində işləri bitirmişdir. Həmçinin onun layihəsinə əsasən, sarayda qraf Orlovun vaxtından qalmış kilsə 1800-ci ildə yenisi ilə əvəz edilmişdir.
1801-ci ildə I Pavelin vəfatından sonra Qatçina onun xanımı imperatriçə Mariya Fyodorovnaya məxsus oldu. Onun istəyi ilə 1809-1811-ci illərdə memar Andrey Voronixin tərəfindən sarayda bəzi kiçik dəyişikliklər aparılmışdır. Bu dəyişikliklər özündə sarayın əsas korpusunun üçüncü mırtəbəsində yerləşən imperator I Aleksandr və onun xanımı Yelizaveta Alekseyevnanın, həmçinin dul qalmış imperatriçənin öz otağında bəzək işlərinin aparılmasını birləşdirmişdir. Həmçinin saray “qışa” uyğunlaşdırılmışdır. Bu məqsədlə ön və yaşayış otaqlarının hava istilik sistemi yaradılmışdır. Bu səbəbdən zirzəmilərdə quraşdırılmış sobalardan isti havanın gəlməsi üçün divarlarda kanallar quraşdırılmışdır. Dağılmış və indiyə qədər bərpa olunmamış Çesmen qalereyası və Oval otaqda bu kanallar çox aydın görünür.
1835-ci ildə sarayın qüllələrində birində siqnal optik teleqrafı quraşdırılmışdır.
Sarayın ikinci yenidənqurması
[redaktə | vikimətni redaktə et]Sarayın yenidən qurma işlərində növbəti mərhələ 1840-ci illərdə aparılmışdır. Bu zaman saray I Nikolaya məxsus idi. 1844-cü ildən Qatçina sarayında işlərə 1841-ci ildən İmperator saray Nazirliyinin baş memarı vəzifəsində çalışan Roman Kuzmin rəhbərlik etməyə başlamışdır. Əsas işlər karedə aparılmış və onlar hamısı demək olar ki, tamamilə yenidən qurulmuşdur. Karedə yeraltı mərtəbələr yaradılmış, birinci və üçüncü mərtəbənin hündürlüyü böyüdülmüş, onların arasında isə balaca ikinci mərtəbə tikilmişdir.
Karenin hündürlüyünün dəyişilməsi ilə əlaqədar sarayın mərkəzi korpusu tikili üzərində öz əsaslılığını itirmişdir. Bu səbəbdən Kuzminin rəhbərliyi altında sarayın yan qüllələrinə daha bir mərtəbə əlavə edilmişdir. Sarayın mərkəzi korpusunda aparılan irihəcmli rekonstruksiya işlərindən savayı, bəzi restavrasiya işləri də aparılmışdır. Eyvanın fasadında sütunların saxlayacağı talvar tikilmişdir. Memar həmin sütunların mərmərdən olmasını fikirləşsə də, I Nikolayın məsləhəti ilə həmin sütunlar çuqundan hazırlanmışdır. Həmçinin 1850-ci illərdə böyük qala divarı yaradılmışdır. Bu sarayın yenidənqurma işləri ilə bağlı sonuncu böyük işlər idi. Bu sarayın növbəti sahibləri isə ancaq bəzi təmir işləri aparmışdılar.
1851-ci il 1 avqust tarixində sarayın meydanında I Nikolayın atası I Pavelin heykəli qoyulmuşdur.
1880-ci illərdə imperator III Aleksandrın hakimiyyət dövründə sarayda elektrik, telefon işləri aparılmış, kanalizasiya, soba qızdırıcısı, suötürücülər dəyişdirilmişdir. Bu dövrdə artıq sarayda aşağı mərtəbədə hazırlanan yeməkləri III Aleksandrın otağına aparmaq üçün xüsusi qaldırıcı mexanizmlər quraşdırılmışdır.
İnqilabdan sonra Saray
[redaktə | vikimətni redaktə et]1917-ci il Fevral burjua-demokratik inqilabından sonra II Nikolayın taxtdan imtina etməsindən sonra Aleksandr Kerenskinin başçılığı altında Müvəqqəti hökumət hakimiyyəttə gəldir. Saray artıq çar ailəsinə mənsub deyildi. Yeni hökumətin qərarı ilə 1917-ci il 27 may tarixində şəhərkənarı saray iqamətgahlarda yerləşən mülkün hesablanması və qəbulu üçün komissiya işə başlamışdır. Qatçina komissiyasına Valenin Platonoviç Zubov rəhbərlik edirdi. Paralel olaraq sarayların gələcəkdə necə istifadə olunması məsələsi müzakirə edilirdi. Qərara alındı ki, saraylar, o cümlədən də Qatçina sarayı milli muzeylər olmalıdır. 1917-ci il 26 oktyabr tarixində baş tutmuş Oktyabr inqilabından sonra Valentin Zubov Qatçina saray-muzeyinin ilk direktoru olmuşdur.
İnqilab günlərində Qatçinada general Krasnovun kazak dəstəsi ilə qırmızı ordu hissələri qarşı-qarşıya gəlmişdilər. 1917-ci ilin 27 oktyabr tarixində s üçüncü süvari kazak korpusunun nümayəndəsi Kerenski hökumətinin sədrinin başçılığı altında saraya gəlmişdir. 1917-c il 14 noyabr tarixində sarayın qarşısındakı meydanda mitinq keçirilmişdir. Bu mitinqdə sovet hökumətinin hərbi və dəniz işləri üzrə xalq komissarı Pavel Dıbenko kazak dəstələrini Petroqradda sovet hakimiyyətinə qarşı çıxmamağı inandırdı. Nəticədə 1-dən 2-sinə keçən gecə Kerenski sarayı tərk edir. Bundan sonra inqilabi dəstələr sarayı ələ keçirir. Muzey kimi gəlmək üçün Qatçina sarayı 1918-ci il 19 may tarixində açılır.
1918-1941-ci illər dövrü sarayın muzey kimi inkişafı dövrü olmuşdur. Ancaq 1919-cu ildə Rusiya vətəndaş müharibəsi zamanı saray döyüş əməliyyatlarının aparıldığı zonada yerləşirdi. Bu zaman Yudeniçin qoşunları Qatçinaya daxil olmuşdur. Bu hadisələr zamanı həlak olmuş Qırmızı Qrdu əsgərləri sarayın qarşısındakı meydanda dəfn olunmuşdur. Lakin onların qəbir bu günə qədər gəlib çıxmamışdır.
1921-ci ildə muzeyə 21 min nəfərdə çox insan gəlmişdir.
Böyük Qatçina sarayı Böyük Vətən müharibəsinə qədər Sankt-Peterburqun ən böyük şəhərkənarı saray-muzeylərindən biri olmuşdur. Çox vaxt isə "şəhərkənarı Ermitaj" adlanmışdır.
Böyük Vətən müharibəsi illərində Saray
[redaktə | vikimətni redaktə et]Müharibənin başlanmasının elan edilməsindən sonra şəhərkənarı saray-muzeylərdə, o cümlədən Qatçina sarayında qiymətli əşyaların daşınması və tikililərin hava bombardmanlarından qorunması ilə bağlı işlər görülməyə başladı. 15 avqust 1941-ci ildə sarayın pəncərələri qarşısında ilk aviabomba partladı, ayın sonunda isə artıq şəhərin alman artilleriyasının əhatəsinə keçməsinə çox az qalmışdı. 24 avqust tarixində Arsenal karesinə zərər dəymiş, 3 sentyabrda isə karenin həyərinə düşən aviabomba isə onu yaşayış üçün yararsız hala salmışdır.
Sarayda yerləşən qiymətli əşyaların hamısının daşınması isə mümkün olmadı. Ancaq ən qiymətli eksponatlar olan dörd eşelon Leninqrada arxa cəbhəyə göndərilə bilmişdir.Yerdə qalan mülk isə sarayın zirzəmilərdinə yerləşdirilmiş, iri heykəllərin bir hissəsi parkda, digər hissəsi isə qum kisələri ilə gizlədilmişdir. Ancaq 9 sentyabrda sağ qalmış sarayın əməkdaşları evakuasiya oluna bilmişdir. Həmin gün bomba ilə Mətbəx karesi və sarayın park fasadının ətrafı dağıdılmışdı. Qatçina və saray 1944-cü ilin yanvarına qədər işğalçıların əli altında olmuşdur. Geri çəkilmə zamanı alman qoşunları Qatçina sarayını yandırmış və minalamışdılar. Yerdə qalmış qiymət əşyaları məhv etmiş, qalanlarını isə özləri ilə Almaniyaya aparmışdılar. Sarayın divarlarından birində belə yazı saxlanılmışdır: “Biz burada idik. Bura biz bir daha qayıtmayacağıq. Əgər İvan bura gəlsə, hər yer onsuzda boş olacaq”. Bu yazı fraqmentlə birlikdə divarda saxlanılmış və hal-hazırda saray ekspozisiyası kimi nümayiş olunur.
Müharibədən sonrakı illərdə saray
[redaktə | vikimətni redaktə et]Müharibənin bitməsindən sonra Qatçina sarayında bərpa işləri aparılmağa başlanmışdır. Lakin sarayda aparılan işlər tam mınada restavrasiya işləri deyildi. Sadəcə bu tikilinin istifadə oluna bilməsi üçün bəzi tədbirlər görülürdü. 1944-cü ildən salamat qalmış mərmər, gips barelyeflər və ayrı dekorativ detallar müvəqqəti qalxanlarla bağlanılmışdır. 1950-ci illərin əvvəllərində mərtəbələr arası örtülmələr, əsas korpusun damı, pəncərə və qapı oyuqları bərpa edilmişdir. Arsenal karesinin uzun müddət damsız qalması nəticəsində Mərmər pilləkanlar və Çin qalereyasına çox güclü zərər dəymişdir. Saray-muzey gəlirsiz hesab olunduğundan onu bərpa etmək planlaşdırılmamışdır. Qatçina saray-muzeyindən çıxarılmış kolleksiyalar SSRİ və RSFSR-in Mədəniyyət Nazirliyinin göstərişinə əsasən ölkənin 24 muzeyində saxlanılmağa verilmişdir. Bu əşyaların doğma yerinə qayıtması işləri bu günə qədər çox çətinliklə aparılır.
1950-1959-cu illərdə sarayda SSRİ Müdafiə Nazirliyinin Hərbi-Dəniz məktəbi yerləşmişdir. 1960-ci ildə isə saray Sank-Peterburqun tarixi və mədəni abidələrinin qorunması və istifadəsi üzərində dövlət nəzarətini həyata keçirən Komitənin siyahısına salınır. Sarayın memarlıq abidəsi kimi statusu 1970-ci illərdə bərpa edilmişdir.
1961-1963-cü illərdə memar Mixayil Mixayloviç Plotnikov tərəfindən Qatçina sarayının dirçəlməsi üçün layihə işlənib hazırlanır. Memarlıq ölçülmələri aparılır, arxiv materialların axtarışına başlanılır, birinci və ikinci mərtəbələrinin interyerlərinin çertyojları hazırlanır. Bu layihə sarayın interyerini 1890-ci illərdə mövcud olmuş duruma gətirib çıxarılmasını nəzərdə tutmuşdur.
Restavrasiya işləri muzeyin baş qoruyucusu Adelaida Yolkinanın sayəsində bərpa edilmişdir. O, 8 il ərzində ayrı-ayrı vəzifəli şəxslərdən “Elektrostandart”ın tikilini boşaltması üçün razılıq ala bilmişdir. Saray-muzeyin ilk interyerləri kütləyə 1985-c ilin 8 mayında, Qələbə Gününün 40 illik yubileyi ilə əlaqədar nümayiş olunmuşdur. Sarayın interyerlərinin yenidən qurulması işləri bu gün də aparılır. Əvvəllər bu restavrasiyalar üçün minimal vəsait ayrılsa da, lakin 2006-cı ildən bu vəsaitin həcmi artmışdır.
Böyük Saray Qatçinanın qeyri-rəsmi simvollarından biridir. Onun təsvirini şəhərə həsr olunmuş suvenir mallarında, kitabların üz qabıqlarının üzərində görə bilərik.
Sarayın arxitekturası
[redaktə | vikimətni redaktə et]Sarayın binası landşaftla əhatə olunmuş yüksəklikdə yerləşir. Yamaca daxil olan binanın şimal fasadı parka yönəldilmiş və Gümüş göldən aşağıya doğru Saray parkı boyunca uzanan Ağ gölə gedib çıxır. Sarayın cənub fasadı isə özünün böyük görünüşü ilə parkdakı görünüşün qarşısını alır. Sarayın ümumi planına baxdıqda üç əsas hissə görmək olar. Əsas korpus düzbucaqlı formasındadır və ona park tərəfdən onun künclərinə beşyaruslu qüllələr birləşmişdir. Korpus iki üçmərtəbəli karesi olan iki yarımdairəvi qalereya ilə birləşmişdir. Bütövlükdə sarayın planlaşdırılması binaların plastikliyini yaradır.
Sarayın interyeri
[redaktə | vikimətni redaktə et]Qatçina sarayının interyerinin yaradılmasında əsas iki mərhələ olmuşdur. İlk əvvəl 1770-1780-ci illərdə sarayın baş memarı Antonio Rinaldinin layihəsinə əsasən sarayın daxili otaqlarının bəzədilməsi olmuşdur. Həmin dövrdə sarayın otaqlarında yaradılmış dekorasiyaların fərqləndirici xüsusiyyəti nazik və zərif lepka, həmçinin qiymətli ağac növlərindən hazırlanan yığma parketlər olmuşdur. Otaqların divarları güllərlə, meyvə və bitki təsvriləri ilə bəzədilmişdir. Lepka işləri əsasən təcrübəli italyan ustalar tərəfindən yerinə yetirilirdi.
1790-ci iilərdə sarayın daxili otaqların Vinçenso Brennin başçılığı altında əhəmiyyətli dəyişikliyə məruz qalmışdır. Brenn saray zallarının yeni tərtibatını yaratmışdı. Memar klassik memarlıq orderlərindən, lepkalarda, qızılı, çətin ornamentli kompozisiyalardan, qobelenlərdən istifadə etmişdir. Bəzi yerlərin rənglənməsi ilə öz dövrünün məşhur rəssamı Covanni (İvan) Skotti məşğul olmuşdur. Əhəmiyyətli dəyişikliklərə baxmayaraq, otaqların çox hissəsi ( 13-dən 7-si) Qriqori Orlovun dövründə olan görkəmini qoruyub saxladı.
Böyük Vətən müharibəsi zamanı 1944-cü ildə yanğın nəticəsində bütün saray zalları məhv edilmişdir. İnteryerlərin bərpası 1976-cı ildən başlanmış və indiyədək də davam etdirilir.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Böyük Qatçina sarayı Arxivləşdirilib 2010-10-18 at the Wayback Machine
- Böyük Qatçina sarayı
- Qatçina sarayı. İnteryeri Arxivləşdirilib 2014-08-24 at the Wayback Machine
- Sarayın Ağ zalının heykəlləri Arxivləşdirilib 2014-09-11 at the Wayback Machine
- Qatçina sarayının kolleksiyaları Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine