Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi | |
---|---|
Yaranma tarixi | 2002 |
Rəsmi dili | |
Mərkəzi | |
Sədr | İsmayıl Hacıyev |
ameanb.az |
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi — Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən biri.
Tarixi
[redaktə | vikimətni redaktə et]Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır.
Strukturu
[redaktə | vikimətni redaktə et]Bölmə nəzdində üç ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir.
2003–2012-ci illərdə bölmənin 50 nəfər əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, 6 nəfəri elmlər doktoru, 44 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Təkcə 2010-cu ildə bölmənin 13 nəfər əməkdaşı müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.[1].
AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" elmi jurnalları ildə 4 nömrə olmaqla mütəmadi olaraq işıq üzü görür.[1]
Elmi-tədqiqat institutları və tabe qurumlar
[redaktə | vikimətni redaktə et]Elmi Kitabxana
[redaktə | vikimətni redaktə et]Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur.
2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir. 4 sentyabr 2013-cü ildə kitabxana Elektron Kitabxana statusu alaraq fəaliyyətini bu istiqamətdə aparmağa başlamışdır.
Hazırda kitabxana universal xarakterli elmi kitabxana olaraq fondları elmi-texniki, ictimai-siyasi və ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir. Kitabxana əsasən müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərməktədir.
Əsas fəaliyyət istiqamətləri
[redaktə | vikimətni redaktə et]Oxuculara xidmət
[redaktə | vikimətni redaktə et]- Elektron oxu zalında internet vasitəsilə;
- Müxtəlif çap məhsullarını əhatə edən fondlar vasitəsilə;
- Elektron və ənənəvi kataloq-kartoteka sistemi vasitəsilə;
- Müxtəlif mövzuları əhatə edən və yeni kitablardan təşkil olunmuş sərgilərin vasitəsilə.
Kitabxana Fondlarının komplektləşdirilməsi
[redaktə | vikimətni redaktə et]- Abunə yolu ilə alınmış qəzet və jurnallar;
- Pul köçürmə yolu ilə alınmış müxtəlif kitablar vasitəsilə;
- Müəlliflər tərəfindən hədiyyə edilmiş kitablar vasitəsilə;
- Müxtəlif şəxslərin fərdi kitabxanalarından hədiyyə edilmiş ədəbiyyatlar vasitəsilə;
- Müxtəlif müəssisə və təşkilatların hədiyyə etdiyi kitablar vasitəsilə.
Məlumat- Biblioqrafiya işləri
[redaktə | vikimətni redaktə et]- Soraq-biblioqrafiya işlərinin təşkili və aparılması
- Məlumat-biblioqrafiya işlərinin təşkili və aparılması
Fondlar
[redaktə | vikimətni redaktə et]- Kitab fondlarının həcmi- 41081;
- Jurnal fondunun həcmi- 19611;
- Avtoreferat fondunun həcmi- 8280;
- Dissertasiya fondunun həcmi-107;
- Elektron kataloqlaşdırılmış kitablar- 37988;
- Elektron kartotekaya yazılmış qəzet və jurnal məqalələri-20951;
- Elektron kataloqlaşdırılmış avtoreferatlar-8280;
- Elektron kataloqlaşdırılmış dissertasiyalar-107;
- Skaner olunmuş kitablar-1984.
Bölmənin nəşriyyatı
[redaktə | vikimətni redaktə et]Təşkilatlar
[redaktə | vikimətni redaktə et]- AMEA Naxçıvan Bölməsi "Tusi" nəşriyyatı.[3]
- AMEA Naxçıvan Bölməsinin elmi kitabxanası.[4]
- AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən N.01.211 dissertasiya şurası.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi rəsmi səhifəsi". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
- ↑ "Elmi-tədqiqat institutları və tabe qurumlar". http://www.ameanb.az/?st=2. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin "Tusi" nəşriyyatı". 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elmi Kitabxanası". 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.