Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Azərbaycan 2000 Yay Olimpiya Oyunlarında

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan
2000 Yay Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İdmançı sayı31 idmançı (8 idman növündə)
BayraqdarNamiq Abdullayev (açılış mərasimi)
Medallar
Yer: 34




2 0 1 3
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022
Digər əlaqəli oyunlar
SSRİ Sovet İttifaqı (1952—1988)
Beynəlxalq Olimpiya Komitəsi Birləşmiş Komanda (1992)

Azərbaycan 2000 Yay Olimpiya Oyunlarında — 2000-ci ilin 16–30 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasında 31 idmançı ilə 8 idman növündə təmsil olundu.[1]

Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasını 3 medalla (2 qızıl və 1 bürünc) başa vurdu. Komandanın heyətində stend atıcılığı turnirində çıxış edən Zemfira Meftahətdinova və sərbəst güləş turnirində çıxış edən Namiq Abdullayev Sidney Olimpiadasının qalibi oldu. Boks turnirində çıxış edən Vüqar Ələkbərov isə Sidney Olimpiadasını bürünc medalla başa vurdu.

Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 34-cü pillədə, medalların sayına görə isə 50-ci pillədə qərarlaşdı.

Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 2000-ci il tarixli Sərəncamına əsasən Sidney Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 225 milyon ₼ (onun məşqçisinə 115 milyon ₼), gümüş medal qazanan idmançıya 135 milyon ₼ (onun məşqçisinə 65 milyon ₼), bürünc medal qazanan idmançıya 70 milyon ₼ (onun məşqçisinə isə 35 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 5 nəfər "Şöhrət" ordeni, 2 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi.

Medalçıların siyahısı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Olimpiya Komandası XXVII Yay Olimpiya Oyunlarını üç medalla (2 qızıl və 1 bürünc) başa vurdu. Komandanın heyətində sərbəst güləşçi Namiq Abdullayev və stend atıcısı Zemfira Meftahətdinova olimpiadanın qalibi oldu, boksçu Vüqar Ələkbərov isə olimpiadanın bürünc medalına sahib oldu.

Medal
Medalçı
İdman növü
Yarış
Tarix
Zemfira Meftahətdinova Atıcılıq Qadınlar, stend 21 sentyabr
Namiq Abdullayev Güləş Kişilər, sərbəst, 54 kq 30 sentyabr
Vüqar Ələkbərov Boks Kişilər, 75 kq 30 sentyabr

Komandanın heyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Sidney Olimpiadasında 8 idman növü üzrə 31 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin başlanğıcı idi — Azərbaycanı 1996-cı il Atlanta Olimpiadasında 23 idmançı təmsil eləmişdi. Komandanın heyətində 31 idmançıdan 6-sı qadın idi. Bundan əvvəl Azərbaycanı 1996-cı il olimpiadasında üç qadın idmançı təmsil edirdi.

Azərbaycan 1996-cı ildə Olimpiya Oyunlarında suya tullanma turnirində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növü üzrə vəsiqə qazana bilmədi.

Azərbaycan Milli Olimpiya Komandasının heyətində 31 idmançıdan 23 nəfəri olimpiadalarının debütantı idi. Olimpiada təcrübəsi olan 8 idmançıdan bir nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — son olimpiadanın gümüş medalçısı Namiq Abdullayev (sərbəst güləş).

Komandanın ən yaşı üzvü 42 yaşlı güllə atıcısı İradə Aşumova, ən gənc üzvü isə 18 yaşlı cüdoçu Elçin İsmayılov idi.

Ağır atletika

[redaktə | mənbəni redaktə et]
  • DNF — bitirmədi

Sidney Olimpiadasında ağır atletlərin idman növü üzrə turnirlər 16-26 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə dörd atlet təmsil elədi.[1]

Sentyabrın 17-də 62 Kq. turnirində çıxış edən Elxan Süleymanov mübarizə apardı.[2] Birdən qaldırma mərhələsində Elxan Süleymanov birinci cəhdində 130.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[3] Növbəti cəhdində 135.0 kiloqramlıq ştanq sifariş verən Elxan Süleymanov bu səfər ştanqın öhdəsindən gələ bilmədi.[3] Üçüncü cəhdi də uğursuz olan Elxan Süleymanov birdən qaldırma mərhələsini 130.0-lıq nəticə ilə başa vurdu.[3] Təkanla qaldırma mərhələsində isə Elxan Süleymanov birinci cəhdində 162.5 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi.[3] Növbəti cəhdində də ştanqın öhdəsindən gələ bilməsə də, üçüncü cəhdində Elxan Süleymanov ştanqı qaldıra bildi və mərhələni 162.5-lıq nəticə ilə başa vurdu.[3] Ümumi nəticədə isə Elxan Süleymanov 292.5-lıq (130.0+162.5) nəticə göstərdi və olimpiadanı 20 idmançı sırasında 8-ci pillədə başa vurdu.[3]

Sentyabrın 18-də isə qadınların 52 Kq. turnirində çıxış edən Təranə Abbasova mübarizə apardı.[4] Birdən qaldırma mərhələsində Təranə Abbasova birinci cəhdində 70.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[5] Növbəti cəhdində Təranə Abbasova 75.0 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi.[5] Təranə Abbasova sonuncu cəhdində 75.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi və birdən qaldırma mərhələsini 75.0-lıq nəticə ilə başa vurdu.[5] Təkanla qaldırma mərhələsində isə Təranə Abbasova əvvəl 85.0 kiloqramlıq, sonra isə 90.0 kiloqramlıq ştanqların öhdəsindən gəldi.[5] Üçüncü cəhdindən 92.5 kiloqramlıq ştanq sifariş versə də, Təranə Abbasova onun öhdəsindən gələ bilmədi mərhələni 90.0-lıq nəticə ilə başa vurdu.[5] Ümumi nəticələrə əsasən Təranə Abbasova 165.0-lıq (75.0+90.0) nəticə ilə olimpiadanı on atlet sırasında sonuncu, onuncu pillədə başa vurdu.[5]

Kişilərin 69 Kq. turnirində çıxış edən Turan Mirzəyev sentyabrın 20-də mübarizə apardı.[6] Birdən qaldırma mərhələsində Turan Mirzəyev əvvəl 140.0 kiloqramlıq, sonra isə 145.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[7] Sonuncu cəhdində 147.5 kiloqramlıq ştanq sifariş verən Turan Mirzəyev onun da öhdəsindən gəldi və nəticədə birdən qaldırma mərhələsini 147.5-lıq nəticə ilə başa vurdu.[7] Təkanla qaldırma mərhələsində isə Turan Mirzəyev birinci cəhdində 175 kiloqramlıq, növbəti cəhdində isə 180 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[7] Sonuncu cəhdində 182.5 kiloqramlıq ştanq sifariş verən Turan Mirzəyev onun öhdəsindən gələ bilmədi və mərhələni 180-lıq nəticə ilə başa vurdu.[7] Ümumi nəticədə isə Turan Mirzəyev 327.5-lıq (147.+180.0) nəticə göstərdi və olimpiada da doqquzuncu pillənin sahibi oldu.[7]

Sentyabrın 23-də isə son olaraq 85 Kq. turnirində çıxış edən Nizami Paşayev mübarizə apardı.[8] Birdən qaldırma mərhələsində Nizami Paşayev birinci cəhdində 155.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[9] Növbəti cəhdində 166.0 kiloqramlıq ştanq sifariş verən Nizami Paşayev bu səfər ştanqın öhdəsindən gələ bilmədi.[9] Üçüncü cəhdi də uğursuz olan Nizami Paşayev birdən qaldırma mərhələsini 150.0-lıq nəticə ilə başa vurdu.[9] Təkanla qaldırma mərhələsində isə Nizami Paşayev birinci cəhdində 197.5 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi.[9] Növbəti cəhdində 203.5 kiloqramlıq ştanqın öhdəsindən gələ bilməsə də, üçüncü cəhdində Nizami Paşayev ştanqı qaldıra bildi və mərhələni 203.5-lıq nəticə ilə başa vurdu.[9] Ümumi nəticədə isə Nizami Paşayev 357.5-lıq (155.0+202.5) nəticə göstərdi və olimpiadanı 20 idmançı sırasında 12-ci pillədə başa vurdu.[9]

Bununla da ağır atletlərdən ibarət Azərbaycan yığması Sidney Olimpiadasını medalsız başa vurdu. Dörd il əvvəl olimpiadada 2 idmançı ilə təmsil olunan Azərbaycan yığması bu səfər biri qadın olmaqla dörd idmançı ilə təmsil olundu turnirdə.

İdmançı
Yarış
Birdən qaldırma
Təjanla qaldırma
Ümumi
Yer
1.
2.
3.
Nəticə
1.
2.
3.
Nəticə
Kişilər
Elxan Süleymanov -62 kq
130.0
135.0
135.0
130.0
162.5
162.5
162.5
162.5
292.5
8
Turan Mirzəyev -69 kq
140.0
145.0
147.5
147.5
175.0
180.0
182.5
180.0
327.5
9
Nizami Paşayev -85 kq
155.0
166.0
166.0
155.0
197.5
202.5
202.5
202.5
356.5
12
Qadınlar
Təranə Abbasova -52 kq
70.0
75.0
75.0
75.0
85.0
90.0
92.5
90.0
165.0
10
  • Q — növbəti mərhələyə adladı
Zemfira Meftahətdinova Sidney Olimpiadasında

Sidney Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 16-24 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə İradə AşumovaZemfira Meftahətdinova təmsil elədi.[1] İradə Aşumova Dünya və Avropa Çempionatlarının qalibi idi.[10] Zemfira Meftahətdinova isə bir dəfə Dünya, dörd dəfə Avropa Çempionatlarının qalibi olan titullu idmançı idi və Azərbaycan yığmasının əsas "medal ümidi" idi.[11]

Sentyabrın 17-də 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində çıxış edən İradə Aşumova mübarizə apardı. Təsnifat mərhələsində İradə Aşumova birinci cəhdində 100 baldan 95-ini, növbəti cəhdində isə 100 baldan 90-nını topladı. Üçüncü cəhdində isə uğursuz nəticə göstərən İradə Aşumova 100 baldan 46-sını topladı. Üç cəhddən sonra 228 balla sonuncu pillədə qərarlaşan İradə Aşumova final mərhələsinə vəsiqə qazanma şanslarını itirdiyinə görə dördüncü cəhddən imtina elədi. Bununla da İradə Aşumova mərhələni 45 idmançı sırasında sonuncu, 45-ci pillədə başa vurdu.[12]

Sentyabrın 21-də stend atıcılığı turnirində çıxış edən Zemfira Meftahətdinova mübarizə apardı.[13] Stend atcılığı turnirləri birinci dəfə Olimpiya Oyunlarının proqramına salınmışdı. Dünya və Avropa Çempionatlarının qalibi olan Zemfira Meftahətdinova mövsüm ərzində beynəlxalq turnirlərdə ciddi uğura imza atmadığına görə turnirin favotirlərindən biri hesab olunmurdu. Ümumi olaraq turnirdə 12 idmançı mübarizə apardı.[13] Zemfira Meftahətdinova əvvəlcə təsnifat mərhələsində mübarizə apardı.[13] Təsnifat mərhələsində Zemfira Meftahətdinova 74 balla həm birinci pillənin sahibi oldu, həm də olimpiya recordunu müəyyənləşdirdi.[13] Nəticələrə əsasən altı idmançı final mərhələsinə vəsiqə qazandı.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində Zemfira Meftahətdinova və onun əsas rəqibi, bir zamanlar SSRİ yığması ilə birgə Avropa Çempionatlarında zəfərlər qazanan Rusiya nümayəndəsi Svetlana Demina da 25 bal topladı.[13] Belə olan halda təsnifat mərhələsində toplanan ballarda ümumi nəticəyə əlavə edildi.[13] Bununla da Rusiya nümayəndəsi Svetlana Demina 95 balla gümüş medallara sahib oldu.[13] Zemfira Meftahətdinova isə 99 balla XXVII Yay Olimpiya Oyunlarının qalibi oldu.[13] Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

Sentyabrın 22-də isə İradə Aşumova 25 metr məsafəyə tapançadan atəşaçma turnirində mübarizə apardı.[14] Birinci cəhdində 300 baldan 285-ini toplamağı baracan İradə Aşumova növbəti cəhdində də 285 bal topladı və təsnifat mərhələsini 570 balla 42 idmançı sırasında 31-ci pillədə başa vurdu.[14] Nəticədə İradə Aşumova final mərhələsinə vəsiqə qazana bilmədi və olimpiadada mübarizəsini başa vurdu.[14]

Olimpiada da 2 idmançı ilə təmsil olunan və bir qızıl medala sahib olan Azərbaycan yığması medal sıralanmasında 24 dövlət sırasında 10-cu pillədə qərarlaşdı. Dörd il əvvəl 2 idmançı ilə təmsil olunan və turniri medalsız başa vuran Azərbaycan atıcıları bu səfər bir qızıl medala sahib oldu.

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
İradə Aşumova 10 m., hava tapançası
DNF
N/A
25 m., tapança
568
31
N/A
Zemfira Meftahətdinova Stend
74
1 Q
25
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Sidney Olimpiadasında bu idman növü üzrə turnirlər 16-30 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə beş idmançı təmsil elədi.[1] Onların sırasında ən titullu idmançı 1999-cu ildə Dünya Çempionatının və mayda Avropa Çempionatının bürünc medalına sahib olan Əli İsmayılov idi.

-60 Kq. turnirində çıxış edən Mahaç Nurəddinovun[15] olimpiadanın təsnifat mərhələsində rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Rusiya nümayəndəsi Alexander Maletin oldu.[16] Sentyabrın 17-də baş tutan görüşdə Mahaç Nurəddinov rəqibinə 5:14 hesabı ilə məğlub olaraq Sidney Olimpiadasında mübarizəsini başa vurdu.[16]

-67 Kq. turnirində isə Azərbaycanı Ruslan Xeyirov təmsil elədi.[17] Təsnifat mərhələsindən azad olan Ruslan Xeyirov olimpiadanın 1/8 final mərhələsindı Tunis nümayəndəsi Kamel Çater ilə üz-üzə gəldi.[18] Sentyabrın 21-də baş tutan görüşdə Ruslan Xeyirov rəqibi üzərində 14:8 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[18] Medala gedən yolda onun rəqibi Dünya və Çempionatlarının qalibi, 1996-cı il Atlanta Olimpiadasının çempionu Rusiya nümayəndəsi Oleq Saitov oldu.[18] Sentyabrın 26-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 10:10 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə və fəallığa görə Oleq Saitov qalib elan edildi. Ruslan Xeyirov isə Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.[18]

-75 Kq. turnirində çıxış edən Vüqar Ələkbərov[19] sentyabrın 18-də mübarizə apardı.[20] Həmin gün baş tutan təsnifat mərhələsində Vüqar Ələkbərovun rəqibi Keniya nümayəndəsi Peter Kariui Ngumi oldu.[20] Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 12:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı.[20] Bu mərhələdə onun rəqibi Avstraliya nümayəndəsi Paul Miller oldu.[20] Sentyabrın 22-də baş tutan görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu.[20] Nəticədə isə Vüqar Ələkbərov rəqibinə 10:8 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[20] Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Axın Kuloğlu oldu.[20] Sentyabrın 26-da baş tutan görüş Azərbaycan idmanı üçün tarixi bir görüş oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 18:8 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı.[20] Bununla da o, ən azından bürünc medalı təmin elədi və bu idman növü üzrə olimpiya medalına sahib olan birinci azərbaycanlı oldu.[20] Sentyabrın 28-də baş tutan yarım-final mərhələsində Vüqar Ələkbərovun rəqibi Kuba nümayəndəsi Xorxe Qutiyerrez oldu.[20] Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 10:20 hesabı ilə məğlub oldu və XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[20]

-81 Kq. turnirində çıxış edən Əli İsmayılov[21] Azərbaycan yığmasının əsas medal ümidi hesab olunurdu. Son Dünya Çempionatının bürünc medalçısı Əli İsmayılovun təsnifat mərhələsində Bolqarıstan nümayəndəsi Emil Krastev ilə üz-üzə gəldi.[22] Sentyabrın 20-də baş tutan görüşdə Əli İsmayılov rəqibinə 14:10 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[22] Bu mərhələdə isə onun rəqibi Asiya Oyunlarının qalibi Özbəkistan nümayəndəsi Sergey Mixailov oldu.[22] Sentyabrın 24-də baş tutan görüşdə Əli İsmayılov rəqibinə 18:24 hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini başa vurdu.[22]

-91 Kq. turnirində isə Azərbaycanı Məhəmməd Arifhacıyev təmsil elədi.[23] Məhəmməd Arifhacıyev olimpiadanın 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Köber ilə üz-üzə gəldi.[24] Sentyabrın 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd Arifhacıyev rəqibinə 4:10 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.[24]

Bununla da Azərbaycan yığması Sidney Olimpiadasını bir bürünc medalla 22 dövlət sırasında 14-cü pillədə başa vurdu. Dörd il əvvəl olimpiada da 2 idmançı ilə təmsil olunan və turniri medalsız başa vuran Azərbaycan yığması bu səfər 5 idmançı ilə təmsil olundu və olimpiadanı bir bürünc medalla başa vurdu.

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Final
Yer
Mahaç Nurəddinov -60 kq
Rusiya Maletin
Məğ. 5:14
N/A
17
Ruslan Xeyirov -67 kq
N/A
Tunis Çater
Qəl. 14:8
Rusiya Saitov
Məğ. 10:10[a]
N/A
5
Vüqar Ələkbərov -75 kq
Keniya Ngumi
Qəl. 12:4
Avstraliya Miller
Qəl. 10:8
Türkiyə Kuloğlu
Qəl. 18:8
Kuba Qutierrez
Məğ. 10:20
N/A
Əli İsmayılov -81 kq
Bolqarıstan Krastev
Qəl. 14:10
Özbəkistan Mixailov
Məğ. 18:24
N/A
9
Məhəmməd Arifhacıyev -91 kq
N/A
Almaniya Köber
Məğ. 4:10
N/A
9
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Sidney Olimpiadasında cüdo idman növü üzrə turnirlər 16-22 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə üç idmançı təmsil elədi.[1] Onların sırasında ən titullu idmançı mayda Avropa Çempionatının qalibi olan 18 yaşlı Elçin İsmayılov idi.

Kişilər -60 Kq. turnirində Azərbaycanı Elçin İsmayılov təmsil elədi.[25] Elçin İsmayılov həmin ilin mayında Vrotslav şəhərində (Polşa) baş tutan Avropa Çempionatının qalibi olmuşdu.[26] Olimpiadanın təsnifat mərhələsində Elçin İsmayılov Yeni Zelandiya nümayəndəsi Brendon Kroos oldu.[25] Həmin görüşdə Elçin İsmayılov rəqibi üzərində ipponla qələbə qazandı və turnirin 1/16 final mərhələsinə adladı.[25] Bu mərhələdə onun rəqibi İsveçrə nümayəndəsi David Moret oldu.[25] Həmin görüşdə də Elçin İsmayılov rəqibinə ipponla qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[25] Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının bürünc medalçısı olan Belarus nümayəndəsi Natiq Bağırov oldu.[25] Üçüncü görüşündə də Elçin İsmayılov rəqibinə üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[25] Bu mərhələdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Əlişir Muxtarov oldu.[25] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elçin İsmayılov rəqibinə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda təsəllivirici qrupda davam elədi.[25] Bu qrupda onun birinci rəqibi Əlcəzair nümayəndəsi Ömər Rəbahi oldu.[25] Həmin görüşdə Elçin İsmayılov rəqibinə ipponla qalib gəldi və növbəti mərhələyə adladı.[25] Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Bazarbəy Donbay oldu.[25] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elçin İsmayılov rəqibinə məğlub oldu və olimpiadanı yeddinci pillədə başa vurdu.[25]

Sentyabrın 18-də qadınların -57 Kq. turnirində çıxış edən Zülfiyyə Hüseynova mübarizə apardı.[27] Zülfiyyə Hüseynova dörd il əvvəldə olimpiada da mübarizə aparmışdı və turniri yeddinci pillədə başa vurmuşdu.[28] Zülfiyyə Hüseynova olimpiadanın təsnifat mərhələsində Avstraliya nümayəndəsi Mariya Peli ilə üz-üzə gəldi.[27] Həmin görüşdə Zülfiyyə Hüseynova rəqibinə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[27] Bu qrupun birinci görüşündə onun rəqibi Kamerun nümayəndəsi Fanços Nqule oldu.[27] Bu görüşdə Zülfiyyə Hüseynova rəqibi üzərində ipponla qələbə qazandı və növbəti mərhələdə adladı.[27] Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Penilla Ribeyro Novais oldu.[27] Həmin görüşdə də Zülfiyyə Hüseynova rəqibinə qalib gəldi və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı.[27] Bu mərhələdə onun rəqibi Yaponiya nümayəndəsi Kie Kusabehe oldu.[27] Həmin görüşdə Zülfiyyə Hüseynova rəqibinə məğlub oldu və olimpiadanı yeddinci pillədə başa vurdu.[27]

Kişilər -81 Kq. turnirində Azərbaycanı Mehman Əzizov təmsil elədi.[29] Mehman Əzizov 1998-ci il Avropa Çempionatının finalçısı idi.[29] Mehman Əzizov olimpiadanın təsnifat mərhələsində Argentina cüdoçusu Qaston Qarsiya ilə üz-üzə gəldi.[30] Nəticədə Mehman Əzizov həmin görüşdə rəqibinə ipponla məğlub olaraq olimpiada da mübarizəsini başa vurdu.[30]

Azərbaycan yığmasının üzvlərindən son olaraq sentyabrın 20-də -90 Kq. turnirində çıxış edən Rəsul Səlimov mübarizə apardı.[31] Rəsul Səlimov son Avropa Çempionatının bürünc medalçısı idi.[32] Rəsul Səlimovun olimpiadanın 1/16 final mərhələsində rəqibi Çili nümayəndəsi Qabriel Lama oldu.[31] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Səlimov rəqibinə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı.[31] Bu mərhələdə onun rəqibi Kanada cüdoçusu Keyt Morqan oldu.[31] Bu görüşdə Rəsul Səlimov rəqibinə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[31] Bu qrupun birinci görüşündə onun rəqibi Avstraliya nümayəndəsi Robert İvers oldu.[31] Həmin görüşdə Rəsul Səlimov rəqibi üzərində ipponla qələbə qazandı və növbəti mərhələyə adladı.[31] Bu mərhələdə onun rəqibi Mavrici cüdoçusu Cen Klod Rafael oldu.[31] Bu görüşdə də Rəsul Səlimov rəqibi üzərində ipponla qələbə qazandı və qrupun üçüncü mərhələsinə adladı.[31] Bu mərhələdə isə onun rəqibi Dünya Çempionatının bürünc medalçısı Birləşmiş Ştatlar nümayəndəsi Bryan Olson oldu.[31] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Səlimov rəqibinə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[31] Həlledici görüşdə onun rəqibi Fransa cüdoçusu Fred Demonfauson oldu.[31] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Səlimov rəqibinə məğlub oldu və Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.[31]

Dörd il əvvəl olimpiada da 2 cüdoçu ilə təmsil olunan cüdo üzrə Azərbaycan yığması bu səfər olimpiada da 4 cüdoçu ilə təmsil olunsa da, bu səfər də turniri medalsız başa vurdu.

İdmançı
Yarış
1/32 final
1/16 final
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici qrup
Final
Yer
1-ci görüş
2-ci görüş
3-cü görüş
Kişilər
Elçin İsmayılov -60 kq
Yeni Zelandiya Kroos
Qəl. 101:000
İsveçrə Moret
Qəl. 100:000
Belarus Bağırov
Qəl. 110:001
Özbəkistan Muxtarov
Məğ. 010:101
N/A
Əlcəzair Rebahi
Qəl. 101:000
Qazaxıstan Donbəy
Məğ. 000:101
N/A
7
Mehman Əzizov -81 kq
Argentina Qarsiya
Məğ. 000:100
N/A
Rəsul Səlimov -90 kq
N/A
Çili Lama
Qəl. 001:001
Kanada Morqan
Məğ. 000:100
N/A
Avstraliya İvers
Qəl. 100:000
Mavriki Rafael
Qəl. 101:010
ABŞ Olson
Qəl. 010:010
Fransa Demonfauson
Məğ. 000:100
5
Qadınlar
Zülfiyyə Hüseynova -56 kq
N/A
Avstraliya Peli
Məğ.
N/A
N/A
Kamerun Nquele
Qəl.
İsveç Andersson
Qəl.
Yaponiya Kusabaye
Məğ.
N/A
7
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu
  • Q — növbəti mərhələyə adladı

Sidney Olimpiadasında güləş idman növü üzrə turnirlər 16-22 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə doqquz idmançı təmsil elədi.[1] Onların sırasında ən titullu idmançı Avropa Çempionatlarının qalibi, Dünya Çempionatının finalçısı və son olimpiadanın gümüş medalçısı Namiq Abdullayev idi.

Yunan-roma güləşi

[redaktə | mənbəni redaktə et]

Yunan-roma güləşi turnirlərində Azərbaycanı üç güləşçi təmsil elədi. Sentyabrın 24-də Avropa Çempionatının qalibi, Dünya Çempionatının isə finalçısı Natiq Eyvazov[33]Xviça Biçinaşvili[34] mübarizə apardı. Natiq Eyvazov qrup mərhələsinin birinci görüşündə Yeni Zelandiya nümayəndəsi Yoham Pellev ilə üz-üzə gəldi.[35] Həmin görüşdə Natiq Eyvazov rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı.[35] Növbəti görüşdə onun rəqibi Dünya Çempionatının alibi Kuba nümayəndəsi Lazaro Rivas oldu.[35] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Natiq Eyvazov rəqibinə 1:6 hesabı ilə məğlub oldu.[35] Bununla da Natiq Eyvazov növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi.[35] Formal əhəmiyyətə sahib olan üçüncü görüşdə isə Natiq Eyvazov Dünya çempionu Türkiyə nümayəndəsi Ercan Yıldıza 4:0 hesabı ilə qalib gəldi.[35] Bu minvalla da Natiq Eyvazov olimpiadanı yeddinci pillədə başa vurdu.[35]

Xviça Biçinaşvilidə olimpiada da uğursuz çıxış elədi.[36] Qrup mərhələsinin birinci görüşündə Xviça Biçinaşvili Cənubi Koreya nümayəndəsi Kim İn-So ilə üz-üzə gəldi.[36] Həmin görüşdə Xviça Biçinaşvili rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi.[36] Növbəti görüşdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Türkiyə nümayəndəsi Nazmi Avluca oldu.[36] Bu görüşdə Xviça Biçinaşvili rəqibinə 0:4 hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu.[36]

Sentyabrın 25-də isə yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətindən son olaraq İslam Duquçiyev mübarizə apardı.[37] 1990-1994-cü illərdə SSRİ və Rusiya yığmasının heyətində dörd dəfə Dünya Çempionatının qalibi, həmçinin 1992-ci il Barselona Olimpiadasının finalçısı olub. İslam Duquçiyev qrup mərhələsinin birinci görüşündə İran nümayəndəsi Pərviz Zeydvənd ilə üz-üzə gəldi.[37][38] Həmin görüşdə İslam Duquçiyev rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı.[38] Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Finlandiya nümayəndəsi Yuna Lappalaynen oldu.[38] Həm Duquçiyev, həm də Lappalaynen birinci görüşlərində qələbə qazanmışdı və bu görüşdə qalib gələn güləşçi növbəti mərhələyə vəsiqə qazanacaqdı.[38] Gəgrin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslam Duquçiyev rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazandı və qrup mərhələsini birinci pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı.[38] Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi Estoniya nümayəndəsi Valeri Nihitin oldu.[38] Həmin görüşdə İslam Duquçiyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı altıncı pillədə başa vurdu.[38]

Sərbəst güləş

[redaktə | mənbəni redaktə et]
XXVII Yay Olimpiya Oyunlarının final görüşü zamanı ABŞ nümayəndəsi Samuel Henson (qırmızı geyimdə) və Azərbaycan nümayəndəsi Namiq Abdullayev (göy geyimdə)

Sərbəst güləş üzrə Azərbaycan yığmasının altı üzvü olimpiada da çıxış elədi. Sentyabrın 28-də Namiq Abdullayev, Şamil ƏfəndiyevElşad Allahverdiyev mübarizə apardı. 54 Kq. turnirində çıxış edən Namiq Abdullayev son olimpiadanın gümüş medalçısı idi və Azərbaycan yığmasının əsas medal ümidi hesab olunurdu.[39] Namiq Abdullayev qrup mərhələsində E qrupunda mübarizə apardı.[40] Birinci görüşdə onun rəqibi Şimali Koreya nümayəndəsi Yin Yu-Don oldu.[40] Həmin görüşdə Namiq Abdullayev rəqibi üzərində 6:0 hesabı ilə qələbə qazandı.[40] Növbəti görüşdə isə onun rəqibi Yeni Zelandiya güləşçisi Martin Lidli oldu.[40] Bu görüşdə də Namiq Abdullayev rəqibi üzərində qələbə qazandı (10:0).[40] Bununla da Namiq Abdullayev qrup mərhələsini birinci pillədə başa vurdu və olimpiadanın yarım-final mərhələsinə adladı.[40] Finala gedən yolda onun rəqibi Yunanıstan nümayəndəsi Əmiran Kardanov oldu.[40] Sentyabrın 29-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibi üzərində 5:4 hesabı ilə qələbə qazandı və Sidney Olimpiadasının final görüşünə vəsiqə qazandı.[40] Bununla da Namiq Abdullayev 2 Olimpiya Oyunlarında medala sahib olmağı bacaran birinci azərbaycanlı oldu.[40] Həlledici görüşdə isə onun rəqibi 1998-ci il Dünya Çempionatının qalibi Birləşmiş Ştatlar güləşçisi Samuel Henson oldu.[40] Sentyabrın 30-da Azərbaycan idmanı üçün tarixi bir gün oldu. Gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibi üzərində 5:4 hesabı ilə qələbə qazandı və XXVII Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[40] Bu həm də Azərbaycan Milli Olimpiya Komandasının Sidney Olimpiadasında qazandığı 2-ci qızıl medal oldu. Namiq Abdullayev həm də Olimpiya Oyunlarının çempionu olmağı bacaran birinci azərbaycanlı idmançı olaraq da tarixə düşdü.

-63 Kq. turnirində çıxış edən Şamil Əfəndiyev[41] qrup mərhələsinin birinci görüşündə Slovakiya nümayəndəsi Stefan Fernya ilə üz-üzə gəldi.[42] Həmin görüşdə Şamil Əfəndiyev rəqibi üzərində 6:1 hesabı ilə qələbə qazandı.[42] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Yeni Zelandiya nümayəndəsi Musa İlhan oldu.[42] Bu görüşdə də Şamil Əfəndiyev rəqibi üzərində qələbə qazandı (10:0).[42] Qrup mərhələsinin üçüncü turu isə həlledici oldu.[42] Bu görüşdə Şamil Əfəndiyev son olimpiadanın finalçısı Cənubi Koreya nümayəndəsi Yan Ya-Su ilə üz-üzə gəldi.[42] Həm Əfəndiyev, həm də Ya-Su bütün görüşlərində qalib gəlmişdi və sırf bu görüşün qalibi olimpiadanın yarım-final mərhələsinə vəsiqə qazanacaqdı.[42] Həmin görüşdə Şamil Əfəndiyev rəqibinə 1:6 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandıraraq olimpiadanı yeddinci pillədə başa vurdu.[42]

-76 Kq. turnirində Azərbaycanı Elşad Allahverdiyev təmsil elədi.[43] Dörd il əvvəl olimpiada da mübarizə aparan Elşad Allahverdiyev bu səfər də turnirdə uğursuz nəticə göstərdi.[44] Elşad Allahverdiyev qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Ruslan Xinçaqov ilə üz-üzə gəldi.[44] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi.[44] Növbəti görüşdə onun rəqibi CAR güləşçisi Canni du Tot oldu.[44] Formal əhəmiyyətə sahib olan görüşdə Elşad Allahverdiyev rəqibinə 8:5 hesabı ilə qalib gəlsə də, nəticədə mübarizəsini dayandırdı.[44] Ümumi nəticədə Elşad Allahverdiyev olimpiadanı onuncu pillədə başa vurdu.[44]

-97 turnirində çıxış edən Davud Məhəmmədov[45] isə qrup mərhələsinin birinci görüşündə Qazaxıstan nümayəndəsi İslam Bayramğov ilə üz-üzə gəldi.[46] Həmin görüşdə Davud Məhəmmədov rəqibinə 0:4 hesabı ilə məğlub oldu.[46] Növbəti görüşdə onun rəqibi Kuba güləşçisi Vilfredo Morales oldu.[46] Həmin görüşdə Davud Məhəmmədov rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazandı.[46] Qrup mərhələsinin nəticələrinə əsasən Kuba güləşçisi Vilfredo Morales növbəti mərhələyə adladı.[46] Mübarizəsini qrup mərhələsində dayandıran Davud Məhəmmədov isə olimpiadanı 12-ci pillədə başa vurdu.[46]

Sentyabrın 29-da sərbəst güləş üzrə Azərbaycan yığması üzvlərindən son olaraq Arif Abdullayev[47]Rəcəb Əşhəbəliyev[48] mübarizə apardı. 58 Kq. turnirində çıxış edən Arif Abdullayev qrup mərhələsinin birinci görüşündə Almaniya nümayəndəsi Otmar Kuhner ilə üz-üzə gəldi.[49] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibi üzərində 8:5 hesabı ilə qələbə qazandı.[49] Növbəti görüşdə onun rəqibi Ukrayna güləşçisi Yevgeni Busloviç oldu.[49] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Arif Abdullayev rəqibinə 5:8 hesabı ilə məğlub oldu.[49] Qrup mərhələsinin sonuncu görüşündə isə onun rəqibi Ermənistan nümayəndəsi Martin Berberyan oldu.[49] Formal əhəmiyyətə sahib olan görüşdə Arif Abdullayev rəqibinə 1:11 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı.[49] Ümumi nəticədə isə Arif Abdullayev olimpiadanı doqquzuncu pillədə başa vurdu.[49]

130 Kq. turnirində çıxış edən Rəcəb Əşhəbəliyev qrup mərhələsinin birinci görüşündə Ukrayna nümayəndəsi Merab Vəliyev ilə üz-üzə gəldi.[50] Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı.[50] Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Keri Koy oldu.[50] Həm Əşhəbəliyev, həm də Koy qrup mərhələsində bir dəfə qələbə qazanmaışdı və bu görüş həlledici idi.[50] Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı.[50] Ümumi nəticədə Rəcəb Əşhəbəliyev olimpiadanı doqquzuncu pillədə başa vurdu.[50]

Keçən olimpiada da 8 idmançı ilə təmsil olunan və turniri bir gümüş medalla başa vuran güləş üzrə Azərbaycan yığması bu səfər olimpiada da 9 idmançı ilə təmsil olundu və bir qızıl medala sahib oldu.

İdmançı
Yarış
Qrup mərhələsi
1/4 final
1/2 final
Final / BM
Yer
1-ci görüş
2-ci görüş
3-cü görüş
Yer
Yunan-roma güləşi
Natiq Eyvazov -54 kq
Yeni Zelandiya Pellev
Qəl. 10:0
Kuba Rivas
Məğ. 1:6
Türkiyə Yıldız
Qəl. 4:0
2
N/A
7
İslam Duquçiyev -69 kq
N/A
İran Zeydvənd
Qəl. 5:0
Finlandiya Lappalaynen
Qəl. 1:0
1 Q
Estoniya Nihitin
Məğ. 1:4
Cənubi Koreya San-Pil
Məğ. WO
N/A
6
Xviça Biçinaşvili -76 kq
N/A
Cənubi Koreya Ji-So
Məğ. 2:4
Türkiyə Avcula
Məğ. 0:4
3
N/A
16
Sərbəst güləş
Namiq Abdullayev -54 kq
N/A
Şimali Koreya Yu-Don
Qəl. 6:0
Yeni Zelandiya Lidli
Qəl. 10:0
1 Q
N/A
Yunanıstan Kardanov
Qəl. 5:4
ABŞ Henson
Qəl. 5:4
Arif Abdullayev -58 kq
Almaniya Kuhner
Qəl. 8:5
Ukrayna Busloviç
Məğ. 5:8
Ermənistan Berberyan
Məğ. 1:11
3
N/A
9
Şamil Əfəndiyev -62 kq
Slovakiya Fernyah
Qəl. 6:1
Avstraliya İlhan
Qəl. 10:0
Cənubi Koreya Yan-Sun
Məğ. 1:6
2
N/A
7
Elşad Allahverdiyev -76 kq
N/A
Özbəkistan Xinçaqov
Məğ. 2:4
Cənubi Afrika Respublikası du Tot
Qəl. 8:5
2
N/A
10
Davud Məhəmmədov -97 kq
N/A
Qazaxıstan Bayramuxov
Məğ. 0:4
Kuba Morales
Qəl. 4:0
2
N/A
12
Rəcəb Əşhəbəliyev -130 kq
N/A
Ukrayna Vəliyev
Qəl. 4:0
ABŞ McKoy
Məğ. 0:10
2
N/A
9
  • Q — növbəti mərhələyə adladı

Sidney Olimpiadasında suya tullanma idman növü üzrə turnirlər 22–30 sentyabrda baş tutdu. Azərbaycanı bu turnirdə Emin Cəbrayılov təmsil elədi.[1][51]

Sentyabrın 29-da mübarizə aparan Emin Cəbrayılov təsnifat mərhələsində 334.74 xal nəticə göstərdi.[52] Bununla da Emin Cəbrayılov Sidney Olimpiadasını 42 idmançı sırasında 26-cı pillədə başa vurdu.[52]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final mərhələsi
Final
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Emin Cəbrayılov Kişilər, 10 m., platforma
334.74
26
N/A
  • Q — növbəti mərhələyə adladı

Sidney Olimpiadasında üzgüçülərin turnirləri 16–24 sentyabrda baş tutdu. Azərbaycanı bu turnirdə Emin QuliyevAlisa Xalıyeva təmsil elədi.[1][53][54]

Sentyabrın 21-də mübarizə aparan Emin Quliyev təsnifat mərhələsinin C qrupunda 25.36 saniyə nəticə göstərdi və qrupu 8 üzgüçü sırasında 7-ci pillədə başa vurdu.[55] Ümumi nəticədə isə Emin Quliyev Sidney Olimpiadasında 80 idmançı sırasında 60-cı pillənin sahibi oldu.[55]

Sentyabrın 22-də mübarizə aparan Alisa Xalıyeva isə təsnifat mərhələsinin C qrupunda 28.78 saniyə nəticə göstərdi və qrupu 8 üzgüçü sırasında 4-cü pillədə başa vurdu.[56] Ümumi nəticədə Alisa Xalıyeva Sidney Olimpiadasında 74 idmançı sırasında 58-ci pillənin sahibi oldu.[56]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final mərhələsi
Final
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Kişilər
Emin Quliyev 50 m., sərbəst
25.36
7
N/A
Qadınlar
Alisa Xalıyeva 50 m., sərbəst
28.78
4
N/A

Yüngül atletika

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı
  • DNF — bitirmədi

Sidney Olimpiadasında yüngül atletlərin turnirləri 22-30 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə dörd idmançı təmsil elədi.[1]

100 metr məsafəyə qaçış turnirində Azərbaycanı təmsil edən Teymur Qasımov sentyabrın 22-də mübarizə apardı.[57] Nəticədə o, 10.98 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vurdu.[58] Bir gün sonra 800 metr məsafəyə qaçış turnirində çıxış edən Faiq Bağırov mübarizə apardı.[59] Nəticədə o, 1:58.40 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vurdu.[60] Həmin gün üçtəkanla tullanma turnirində mübarizə aparan Sergey Boçkov isə təsnifat mərhələsində 16.02 metr nəticə göstərdi və mərhələni 30-cu pillədə başa vurdu.[61][62]

Sentyabrın 28-də son olaraq qadınların 20 Km. məsafəyə yürüşündə Azərbaycanı təmsil edən Aidə İsayeva mübarizə apardı.[63] Nəticədə o, finişə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.[64]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Nəticə
Yer
Nəticə
Yer
Kişilər
Teymur Qasımov 100 m.
10.98
7
N/A
Faiq Bağırov 800 m.
1:58.40
8
N/A
Sergey Boçxov Üçtəjanla tullanma
16.02
14
N/A
Qadınlar
Aidə İsayeva 20 Km.
N/A
DNF

Olimpiadadan sonra

[redaktə | mənbəni redaktə et]

Sidney Olimpiadasından sonra Azərbaycan Milli Olimpiya Komandasının heyətindən bir sıra idmançılar və məşqçilər təltif edildi. Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 402 nömrəli Fərmanına əsasən XXVII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Olimpiya Oyunlarının qalibləri Namiq AbdullayevZemfira Meftahətdinova, onların şəxsi məşqçiləri Vahid MəmmədovHafiz Cəfərov, həmçinin güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Yaqub Məmmədov "Şöhrət" ordeni ilə təltif edildi.[65] Həmçinin Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 404 nömrəli Fərmanına əsasən XXVII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov və onun şəxsi məşqçisi Rəşid Məmmədov "Tərəqqi" medalı ilə təltif edildi.[66]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə "Azərmarka" MMC tərəfindən 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarına həsr olunan poçt markaları dövriyyəyə buraxıldı.

2001-ci il yanvarın 26-da isə "Azərmarka" MMC tərəfindən Azərbaycanın 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında medallara sahib olan üç idmançısının şərəfinə poçt markaları dövriyyəyə buraxıldı. 584 nömrəli poçt markası Namiq Abdullayeva, 585 nömrəli poçt markası Zemfira Meftahətdinovaya, 586 nömrəli poçt markası isə Vüqar Ələkbərova həsr edildi.

  1. Görüş 10:10 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə əsasən rəqib qalib gəldi
  1. 1 2 3 4 5 6 7 8 9 Olympedia.org. "Azerbaijan at the 20000 Summer Olympics". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Olympedia.org. "Elxan SÜLEYMANOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 3 4 5 6 Olympedia.org. "2000 Summer Olympics / Weightlifting / Featherweight (62 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. Olympedia.org. "Təranə ABBASOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. 1 2 3 4 5 6 Olympedia.org. "2000 Summer Olympics / Weightlifting / Featherweight (53 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. Olympedia.org. "Turan MİRZƏYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. 1 2 3 4 5 Olympedia.org. "2000 Summer Olympics / Weightlifting / Lightweight (69 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  8. Olympedia.org. "Nizami PAŞAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  9. 1 2 3 4 5 6 Olympedia.org. "2000 Summer Olympics / Weightlifting / Light-Heavyweight (85 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  10. Olympedia.org. "İradə AŞUMOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  11. Olympedia.org. "Zemfira MEFTAHƏTDİNOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  12. Olympedia.org. "2000 Summer Olympics / Shooting / Air Pistol / 10 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  13. 1 2 3 4 5 6 7 8 9 Olympedia.org. "2000 Summer Olympics / Shooting / Sceet / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  14. 1 2 3 Olympedia.org. "2000 Summer Olympics / Shooting / Sporting Pistol / 25 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  15. Olympedia.org. "Mahaç NURƏDDİNOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  16. 1 2 Olympedia.org. "2000 Summer Olympics / Boxing / Lightweight (60 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  17. Olympedia.org. "Ruslan XEYİROV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  18. 1 2 3 4 Olympedia.org. "2000 Summer Olympics / Boxing / Welterweight (67 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  19. Olympedia.org. "Vüqar ƏLƏKBƏROV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  20. 1 2 3 4 5 6 7 8 9 10 11 Olympedia.org. "2000 Summer Olympics / Boxing / Middleweight (75 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  21. Olympedia.org. "Əli İSMAYILOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  22. 1 2 3 4 Olympedia.org. "2000 Summer Olympics / Boxing / Light-Heavyweight (81 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  23. Olympedia.org. "Məhəmməd ARİFHACIYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  24. 1 2 Olympedia.org. "2000 Summer Olympics / Boxing / Heavyweight (91 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  25. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Olympedia.org. "2000 Summer Olympics / Judo / Extra-Lightweight (60 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  26. Olympedia.org. "Elçin İSMAYILOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  27. 1 2 3 4 5 6 7 8 9 Olympedia.org. "2000 Summer Olympics / Judo / Lightweight (57 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  28. Olympedia.org. "Zülfiyyə HÜSEYNOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  29. 1 2 Olympedia.org. "Mehman ƏZİZOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  30. 1 2 Olympedia.org. "2000 Summer Olympics / Judo / Half-Middleweight (81 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  31. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Olympedia.org. "2000 Summer Olympics / Judo / Middleweight (90 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  32. Olympedia.org. "Rəsul SƏLİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  33. Olympedia.org. "Natiq EYVAZOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  34. Olympedia.org. "Xviça BİÇİNAŞVİLİ". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  35. 1 2 3 4 5 6 7 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Bantamweight / Greco-Roman (54 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  36. 1 2 3 4 5 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Middleweight / Greco-Roman (76 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  37. 1 2 Olympedia.org. "İslam DUQUÇİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  38. 1 2 3 4 5 6 7 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Welterweight / Greco-Roman (69 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  39. Olympedia.org. "Namiq ABDULLAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  40. 1 2 3 4 5 6 7 8 9 10 11 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Bantamweight / Freestyle (54 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  41. Olympedia.org. "Şamil ƏFƏNDİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  42. 1 2 3 4 5 6 7 8 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Lightweight / Freestyle (63 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  43. Olympedia.org. "Elşad ALLAHVERDİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  44. 1 2 3 4 5 6 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Middleweight / Freestyle (76 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  45. Olympedia.org. "Davud MƏHƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  46. 1 2 3 4 5 6 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Heavyweight / Freestyle (97 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  47. Olympedia.org. "Arif ABDULLAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  48. Olympedia.org. "Rəcəb ƏSHƏBƏLİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  49. 1 2 3 4 5 6 7 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Featherweight / Freestyle (58 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  50. 1 2 3 4 5 6 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Super-Heavyweight / Freestyle (130 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  51. Olympedia.org. "Emin CƏBRAYILOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  52. 1 2 Olympedia.org. "2000 Summer Olympics / Diving / Platform / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  53. Olympedia.org. "Emin QULİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  54. Olympedia.org. "Alisa XALEYEVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  55. 1 2 Olympedia.org. "2000 Summer Olympics / Swimming / 10 metres / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  56. 1 2 Olympedia.org. "2000 Summer Olympics / Swimming / 50 metres / Freestyle / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  57. Olympedia.org. "Teymur QASIMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  58. Olympedia.org. "2000 Summer Olympics / Athletics / 100 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  59. Olympedia.org. "Faiq BAĞIROV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  60. Olympedia.org. "2000 Summer Olympics / Athletics / 800 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  61. Olympedia.org. "Sergey BOÇKOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  62. Olympedia.org. "2000 Summer Olympics / Athletics / Triple Jump / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  63. Olympedia.org. "Aidə İSAYEVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  64. Olympedia.org. "2000 Summer Olympics / Athletics / 20 Km. / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  65. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 402 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  66. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Vüqar Mürsəl oğlu Ələkbərovun və Rəşid Qafar oğlu Məmmədovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 404 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.